“Heydər Əliyev Azərbaycan tarixində ümummilli lider statusu qazanmış ilk dövlət xadimidir

 

Bu mülahizə Səbail rayonunun orta məktəblərində 3 aydan bəri davam edən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfranslar silsiləsinin baş mövzusuna çevrilmişdir. Səbail Rayon İcra Hakimiyyətində keçirilən sonuncu ümumrayon konfransına isə ayrı-ayrı məktəblərin şagirdlərinin ən yaxşı yazı işləri təqdim olunmuşdur.

 

Aksiyanın yekunu olaraq, fəal şagirdlərin özlərinin təşkil və idarə etdiyi, RİH başçısı və orta məktəblərin direktorlarının qonaq çağırıldığı məclis ulu öndərin yeni nəslin Azərbaycan tarixini daha dərindən öyrənməsi çağırışına verilən layiqli cavab olmuşdur. RİH-in foyesində sərgilənən kompozisiyada məktəblilər milli tariximizdə şərəfli yer tutan hökmdarların obrazlarını canlandırmaqla iştirakçılarda həmin dövrlər barədə təsəvvür yaratmağa çalışmışlar.

 

Yekun elmi-praktik konfransın davamında bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ilə Səbail Rayon İcra Hakimiyyətinin təşkil etdiyi bu maarifləndirmə aksiyasına ərazidəki bütün ümumtəhsil məktəbləri qoşulmuşdur. Elmi-praktik konfranslarda şagirdlər şanlı  keçmişimizin önəmli dövrlərinə dövlət müstəqilliyimiz prizmasından nəzər salmaqla yanaşı, “Heydər Əliyev və Azərbaycan tariximövzusunda müstəqil araşdırmalar da aparmışlar. Gənc tədqiqatçılar keçmişimizə ekskurslarda ümummilli lider  Heydər Əliyevin Azərbaycan tarixində yeri, milli dəyərlərimizi qorumaqdaümumu tərəqqidə rolu, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edən, çağdaş tariximizin başlıca yönünü müəyyənləşdirən  hərtərəfli yüksəliş prosesini də diqqətlə izləmişlər.

 

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şagirdləri salamlamış, ulu öndər Heydər Əliyevin zəngin irsinitariximizi dərindən öyrənmək, məktəblilərin ötənlərə marağını artırmaq məqsədi daşıyan silsilə  konfransların əhəmiyyətini vurğulamışdır. Rayon rəhbəri qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin tarixi səyləri nəticəsində dövlət müstəqilliyimiz dönməz, əbədi prosesə çevrilmişdir. Azərbaycanın çoxillik tarixində yalnız iki dövlət xadimi – zəmanəmizin dünya şöhrətli dövlət və siyasət xadimi Heydər Əliyev və beynəlxalq aləmdə diqqət mərkəzində olan yeni tipli rəhbər İlham Əliyev ilk dəfə xalqın həqiqi lideri nüfuzunustatusunu qazanmışlar.

 

Səbail rayonu 6 saylı orta məktəbin şagirdləri Nəzrin Məhərrəmli və Əziz Mustafayevin sədrliyi ilə keçirilən təqdimatlarda  məktəb turlarında xüsusi seçilmiş 20-yə yaxın tarixi araşdırmanın müəllifi çıxış etmişdir. Məclisin sonunda uğula başa çatan aksiyanın münsiflər heyətinin rəhbəri, 6 saylı orta məktəbin tarix müəllimi Elmin İmanov əvvəlki konfraslar, şagirdlərin hazırladıqları yazılar barədə ətraflı məlumat vermişdir.

 

Sonda  bildirilmişdir ki, ümumrayon komissiyası 40-dan çox şagirdin Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid tədqiqat işlərini seçib dəyərləndirmişdir. Bu elmi məqalələr  Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə kitab şəklində çap olunucaqdır.

 

Tahir AYDINOĞLU,

Xalq qəzeti.-2016.-9 iyun.-S.10.