Multikulturalizm: nəzəri yanaşmalar və
gündəlik həyatın reallıqları
I yazı
Dünya ictimayyətinin son onilliklərdə etnik, etnomədəni
məsələlərə artan diqqəti bir neçə
amillə şərtlənir. Bu amillərdən biri
dünyanın bir çox ölkələrində müxtəlif
etnosların problemlərinin həllində yaranmış
mürəkkəb vəziyyət olmuşdur. Gizlin deyil ki, elə bu gün də bir çox
xalqların elementar hüquqları məhdudlaşdırılır
və hətta onlar açıqcasına diskriminasiyaya məruz
qalırlar. Belə bir şəraitdə,
təsadufi deyil ki, dünya ölkələrinin bir
çoxunun sosial-siyasi həyatında etnik amil rolunun kəskin
artması müşahidə olunur. Bəzi
ölkələrdə bu proseslər bölücü hərəkatların
meydana çıxması, etnik milliyətçilik
ideologiyasının güclənməsi ilə nəticələnmişdi.
Sivilizasiyalar və mədəniyyətlərarası
münasibətlər kontekstində insanlar, cəmiyyətlər
arasında müəyyən problemlərin mövcudluğunu təsdiqləyən
bir çox ölkələrin siyasi, intellektual elitaları və
elmi dairələri eyni zamanda bu problemlərin həlli
yollarının da axtarışındadırlar.
Antropologiya
üzrə elmlər doktoru, AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun şöbə müdiri Əliağa Məmmədlinin
fikrincə, XX əsrdə bir çox ölkələrdə
etnik siyasətin əsası kimi götürülmüş
etnomədəni assimilyasiya doktrinasına alternativ olaraq,
özündə vətəndaşların fərdi
hüquqlarını və etnik birliklərin öz mədəni
identikliklərini tanıtma hüquqlarını birləşdirən
multikulturalizm konsepsiyası meydana
çıxmışdır. Onun nəzəriyyəçiləri
C.Teylor, U.Kimliçka, B.Parekx və başqaları mədəni
müxtəflik dialektikasına və identikliyə əsaslanırdılar.
Multikulturalistlər israr edirdilər ki, “identiklik
məkanından birgə istifadə etmənin alternativi yoxdur”
və bundan çıxış edərək, siyasi millət
çərçivəsində müxtəlif etnomədəni
yönümlü qrupların və fərdlərin birgəyaşayışının
mexanizmlərini təklif edirdilər. Onlar
multikulturalizmi bu və ya digər kontekstə etno-mədəni
müxtəlifliyi təzahür edən və fərdi, icma,
bölgə, dövlət səviyyəsində bu müxtəlifliyi
tənzimləyən ideyalar, qaydalar, qanunlar sistemi kimi qəbul
edirlər. Bu sistemin (qabaqlar multikulturalizm
adlanmasa da) təşəkkül tapma tarixçəsi,
keçdiyi inkişaf mərhələlərinin təhlili
multikulturalizm anlayışının dərk edilməsi
üçün böyük əhəmiyyət kəsb edir.
Bir çox tədqiqatçıların fikrincə, nəzəri
cəhətdən multikulturalizm XX əsrin 40-50-ci illərindən
başlayaraq etnologiyada, mədəni və sosial antropologiyada
geniş yayılmış mədəni relyativizm
ideyalarına əsaslanır (Õàððèñîí, 2014, c. 14). Mədəni relyativizmə
əsasən heç bir mədəniyyət başqalarından
nə pisdir, nə də yaxşı. Mədəni
rålyàtivizmin əsàs idåyàsı müõtəlif õàlqlàr tərəfindən yàràdılmış
mədəniyyətlərin înlàrın
inkişàf səviyyəsindən
àsılı îlmàyàràq bəràbər hüquqlu håsàb ådilməsidən ibàrətdir.
Bu ideyadan irəli gələrək, mədəni
rålyàtivizm tərəfdàrlàrı hesab edirlər ki, müõtəlif õàlqlàrın mədəniyyətləri
müqàyisə ådilməzdir. Hər bir mədəniyyət yårli şəràitə uyğunlàşmàq üsulu îlduğundàn, digərləri ilə åyni hüquqà màlikdir.
Multikulturalizmə həsr olunmuş ədəbiyyatda, bir
qayda olaraq, müasir siyasi və sosiomədəni vəziyyəti
formalaşdıran iki əsas amil qeyd olunur. Birinci amil -
1960–1970-ci illərdə müxtəlif azlıqların (dini,
etnik, mədəni və s.) və qadınların öz
hüquqları naminə mübarizə də daxil olmaqla
demoktarik hərəkat. Məsələn,
bu mübarizə irqi (ABŞ-da qaradərililər) və gender
asimmetriyasının, sosial bərabərsizliyin aradan
qaldırılması naminə aparılırdı. İkinci, bəlkə də, daha da əhəmiyyətli,
amil 1960–1970-ci illərdə güclənən miqrasiya
axınları. Söhbət Qərb
ölkələrinə Asiyanın, Şimali Afrikanın və
Yaxın Şərqin kasıb ölkələrindən
böyük sayda miqrantların gəlməsindən gedir.
Qeyd edilməlidir ki, burada müxtəlif bölgələrdən
olan miqrantların öz maddi və sosial durumunun
yaxşılaşdırılması istəkləri
inkişaf etmiş ölkələrin iqtisadiyyatlarının
ucuz işçi qüvvəsinə tələbatı və
bu ölkələrdə demoqrafik vəziyyətin
yaxşılaşdırılması cəhdləri ilə
üst-üstə düşüb. Bu
proseslərin nəticəsində Qərb ölkələri əhalisinin
ümumi tərkibində miqrantların payı bir neçə
dəfə artmışdı. Belə bir şəraitdə
Qərb dövlətləri elmi ədəbiyyatda mədəni
plyuralizm (və ya mədəni müxtəliflik) adı alan vəziyyətə reaksiya vermək məcburiyyəti
qarşısında qalır və bu reaksiya multikulturalizm siyasəti
kimi tanınmağa başlayır.
Multikulturalizm mövzusu ətrafında müxtəlif
siyasi, ideoloji toqquşmalar baş verir. Belə bir vəziyyət
multikulturalizm anlayışının hələ də tam
müəyyən olunmaması ilə bağlıdır.
Bəziləri multikulturalizmdə tərəqqini,
azadlığın, insan haqlarının, bərabərliyin
inkişafında yeni mərhələni, polietnik postmilli qloballaşmış
gələcək dünyada ahəngdarlığın
bünövrəsini görürlər. Başqaları
üçün isə multikulturalizm tələdir, məhvedici
seçimdir, millətləri, mədəniyyətləri,
Avropa dəyərlərini və demokratiyanı
dağıdandır. Məsələn,
Covanni Sartori qeyd edir ki, “multikulturalizm plyuralistik cəmiyyətin
qapalı yarımqruplara parçalanması” deməkdir və
son nəticədə Avropanın siyasi modelini və
identikliyini təhlükə altına qoyur.
“Multikulturalizm”
termini və bu adla tanınan nəzəriyyə son onilliklərdə
müxtəlif tədqiqatçıların əsərlərində
kifayət qədər geniş şərh edilib və
hazırda aşağıdakı mənalarda istifadə olunur:
1) bu və ya digər ölkədə unikal, çoxmillətli
cəmiyyət formalaşdıran tarixi prosesin nəticəsi
kimi; 2) əhalisi müxtəlif etnik, dini, mədəni
qruplardan ibarət olan və bu səbəbdən daxili birgəyaşayış
qaydalarını tənzimləyən qanunların
axtarışında olan bu və ya digər ölkələrin
spesifik daxili siyasəti kimi; 3) bu və ya digər ölkənin
həyatının polietnik konteksti (mühiti) kimi; 4) müxtəlif
millətlərə mənsub olan, lakin qohumluq, evlilik
münasibətləri olan insanların ailədaxili münasibətlər
fenomeni kimi.
Son illərdə Avropada multikulturalizm siyasətinin nəticələri
bir çoxlarında məyusluq hissi yaradıb. Qərb
ölkələri ilə orada yaşayan diasporalar arasında fərqlərə
baxmayaraq hamısı üçün səciyyəvi bir
tendensiyə müşahidə olunur. Bu da
ondan ibarətdir ki, multikulturalizm konsepsiyasının müəlliflərinin
fikirlərinə əks olaraq formalaşan cəmiyyət
demilliləşmiş yeni tip multikultural (çoxmədəniyyətli)
cəmiyyət deyil. Qərb cəmiyyətlərində
immiqrant icmalarının konsolidasiyası və
institutlaşması baş verir. Və bu
icmalar nə mədəni, nə sosial, nə hüquqi, nə
siyasi inteqrasiyaya meylli deyillər. Alman
sosiologiyasında bu hala “paralel cəmiyyətlər”, Fransa da
isə “kommunitarizm” adı veriblər. Belə
icmalar onlara məxsus olan sosial ukladı və mədəni dəyərləri
saxlayaraq, mənşə ölkələri ilə geniş əlaqələr
saxlayaraq, hətta “etnik iqtisadiyyat” yaradırlar.
Fransa alimləri multikulturalizm siyasətinin neqativ nəticələri
ilə rastlaşaraq, yazırlar ki, hər hansı bir mədəni
birliyin rəsmi tanınması və ona xüsusi
hüquqların verilməsi müəyyən təhlükələr
daşıyır. Məsələn, bu zaman etnomədəni
icmanın müvəqqəti fərqləndirilməsi daimi
xarakter ala bilər və bu da öz növbəsində cəmiyyətin
fraqmentləşməsi, başqa icmalarla qarşıdurma ilə
nəticələnə bilər.
Şübhəsiz, multikultiralizmin nəzəri cəhətdən
tədqiq edilməsinin əhəmiyyəti bu sosial-mədəni
fenomenin praktiki əhəmiyyəti ilə müəyyənləşir. Burada müxtəlifliyin
necə təşkil olunması məsələsinə diqqəti
yetirmək lazımdır. Bəzi mütəxəssislərin
fikrincə, müxtəlifliyin təşkil olunma siyasəti mədəni
fərqlərin institutlaşmasına yönəlməlidir.
Belə olan halda dövlət ictimai sferanın
homoqenliyindən əl çəkərək öz vətəndaşlarına
tək fərdlər kimi yox, həm də müəyyən
etnomədəni qrupların nümayəndələri kimi
baxır.
Nəzərdən
keçirilən yanaşmaları ümumiləşdirsək,
belə bir nəticəyə gələ bilərik ki, sosial,
siyasi, antropoloji elmlərdə multikulturalizm fenomeni
anlayışı altında aşağıdakılar başa
düşülür:
- bu və ya diğər sosial-iqtisadi, tarixi səbəblərdən
(əmək miqrasiyaları, məcburi köçürmələr,
müharibələr) ayrı-ayrı ölkələrə
son iki yüz ildə miqrasiya axınları nəticəsində
etnik, dini, irqi icmaların formalaşması və bu
icmaların qəbul edən cəmiyyətlər ilə
münasibətlər sistemi. Bir qayda olaraq formalaşan icmalar
özlərinə məxsus xüsusiyyətlərini qoruyub
saxlayaraq qəbul edən cəmiyyətə inteqrasiyaya ciddi
müqavimət göstərirlər və yaxud əksinə,
qəbul edən cəmiyyət onları tədric edərək
inteqrasiya üçün süni maneələr yaradır;
- gəlmə etnik, dini, irqi icmalar bir qayda olaraq
onları qəbul edən cəmiyyətlərin etnomədəni,
dini və irqi səciyyələrindən ciddi surətdə fərqlənirlər.
Belə olan halda, bu cür müxtəlifliyin tənzimlənməsi
və birgəyaşayış prinsiplərinin
formalaşdırılması;
- müasir zamanda həyatın bütün sahələrində
çoxluğun, müxtəlifliyin hökm
sürdüyünü nəzərə alaraq, cəmiyyətlərdə
belə bir şəraitdə qruplar, icmalar, təbəqələrin
fərqlənən maraqlarını uzlaşdırmaq məqsədi
ilə dövlət tərəfindən yürüdülən
siyasət.
Azərbaycanda
da son illərdə multikulturalizm anlayışı tez-tez
istifadə olunur və hətta 2016-ci il
ölkə prezidenti tərəfindən “multikulturalizm ili” elan
edilib. Bu mövzuya həsr olunmuş
çoxsaylı elmi, siyasi və ictimai tədbirlərdə
multikulturalizmin “Azərbaycan modelindən” bəhs edilir. Universitetlərdə hətta multikulturalizm
kafedraları açılır, bu adda fənn tədris olunur.
Bununla əlaqədar son bir-iki ildə nəşr
olunan elmi məqalələri, monoqrafiyaları da qeyd etmək
lazımdır. Faktiki olaraq multikulturalizm
dövlət siyasətinə çevrilmişdir və
xüsusi olaraq Prezident Administrasiyasında bu məsələlərlə
məşqul olan dövlət müşavirliyi institutu və
multikultiralizm mərkəzi yaradılmışdır.
Lakin bütün bunlara baxmayaraq Azərbaycan
sayağı multikulturalizmin, bizim fikrimizcə, dəqiqləşdirilməsinə
və əsaslandırılmasına böyük ehtiyac duyulur. Məsələn, mətbutda
tez-tez “multikulturalizm Azərbaycanda həyat tərzidir”, “Azərbaycanda
multikulturalizm ənənələri”, “Azərbaycanda
multikulturalizmin qaynaqları” və s. kimi ifadələrə
rast gəlmək olur. Bu ifadələrin
daşıdığı məna bəzən ya aydın
olmur, ya da ki, ümumiyyətlə izah olunmur. Multikulturalizm mövzusuna həsr olunmuş əsərlərdə,
dövlət xadimlərinin çıxışlarında Azərbaycanda
multikulturalizm anlamının dərk edilməsinə müəyyən
dərəcədə aydınlıq gətirilir.
Cavid
Xalq Cəbhəsi.- 2016.- 14 iyun.-
S.13.