Multikulturalizm: nəzəri yanaşmalar
və gündəlik həyatın reallıqları
II yazı
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə dövlət
müşaviri Kamal Abdullaya görə, “multikulturalizm Azərbaycanda
əsrlərdən bəri
formalaşan, Azərbaycan
insanının tolerantlıq
və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq,
psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq”
kimi başa düşülməlidir. Bəzi tədqiqatlarda
isə Azərbaycanda multikulturalizm anlayışının
tərifini verərkən
onu “Azərbaycan modeli” kimi səciyyələndirirlər
və fərqli sivilizasiya və mədəniyyət daşıyıcılarının
eyni məkanda yanaşı yaşaması
və qarşılıqlı
zənginləşməsi kimi
izah edirlər.
Beləliklə, bu iqtibaslardan görünür ki, Azərbaycan multikulturalizmi
“etnik münasibətlərin
təzahürü”, “Azərbaycan
insanının tolerantlıq
və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq,
psixoloji səbat və bəşəri dəyərlərə açıqlığı”,
“fərqli sivilizasiya və mədəniyyət
daşıyıcılarının eyni məkanda yanaşı yaşaması
və qarşılıqlı
zənginləşməsi” kimi təqdim olunur. Göründüyü kimi, humanitar,
sosial, siyasi elmlərdə qəbul olunmuş yanaşmaların
bir çoxundan Azərbaycan müəlliflərinin
yanaşması ciddi sürətdə fərqlənir.
Əgər elmi siyasi-fəlsəfi
leksikonda multikulturalizm
köklü surətdə
bir-birindən fərqlənən
mədəniyyətlərin münasibətlər sistemidirsə,
Azərbaycanda biz müxtəlif
etnik qruplar arasında mədəniyyət
baxımından ciddi fərqlər müşahidə
etmirik. Hətta bəzi qrupların
fərqli dini mənsubiyyəti belə onların etnomədəni
baxımdan birlik təşkil etmələrinə
xələl gətirmir.
Azərbaycanın etnik, konfessional
quruluşuna nəzər
salsaq görərik ki, burada “fərqli
sivilizasiya və mədəniyyət daşıyıcılarına”
rast gəlmək də qeyri-mümkündür.
Azərbaycan ərazisində yaşayan
əhali tarixən polietnik olmuşdur. Və təbiidir
ki, belə bir şəraitdə etnik qruplar arasında
müəyyən münasibətlər
sistemi formalaşmışdır.
Lakin belə bir halı
unikal hesab etmək, bizcə, düzgün olmaz. Dünya ölkələri arasında
nadir halda əhalisi monoetnik olanlara rast gəlmək olar. Əksinə, dünya ölkələrinin
tam əksəriyyəti polietnikdir.
Bu ölkələrin tarixi təcrübəsi bir daha təsdiq
edir ki, insan cəmiyyətinin təkamülü nəticəsində
müxtəlif etnik, mədəniyyət, din, maraq
qrupları arasında
bu və ya digər ölkə
üçün səciyyəvi
olan birgəyaşayış
sistemi formalaşmışdır.
Tarixən gedən bu proses qədim
dövrlərdən müşahidə
olunub və multikulturalizm terminin elmi və siyasi
leksikona daxil olmasından çox-çox
qabaqlara təsadüf
edir. Belə olan halda, əgər multikulturalizmi yalnız müəyyən
etnik münasibətlər
sistemi kimi qəbul etsək, o zaman bütün polietnik ölkələri
multikultural ölkələr
kimi səciyyənləndirməliyik.
Belə olan halda Azərbaycanda
multikulturalizm dedikdə
biz nəyi nəzərdə
tuturuq? Dövlətin həyata keçirdiyi
etnik siyasəti, tarixən formalaşmış
etnoslararası münasibətlər
sistemini, yoxsa müasir şəraitə
uyğunlaşmış dövlət
ideologiyasını?
Azərbaycanda yaşayan xalqların çoxəsrli birgəyaşayış təcrübəsi, müxtəlif etnik birliklər arasında formalaşan sıx təsərrüfat, sosial və mədəni əlaqələri, Azərbaycan xalqı kimi dərin inteqrasiya olmuş sosial-mədəni birliyin yaranması ilə nəticələnmişdir. Yaranan birlik ümumi tarixə, iqtisadiyyata və mədəniyyətə, vahid Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi özünü dərk edən və eyni zamanda etnik kökləri ilə, öz etnosu ilə genetik bağlılığı olan əhali qruplarının yaranmasına əsaslanır.
Azərbaycanda inteqrasiya prosesləri sovet hakimiyyəti qurulduqdan çox-çox əvvəl gedib. Sovet ideoloqları bəyan edirdilər ki, inteqrasiya prosesləri, qardaşlıq, mehriban qonşuluq prinsipləri məhz 1917-ci il çevrilişindən sonra bərqərar olub. Lakin Azərbaycanın təcrübəsi göstərir ki, bu heç də belə deyil. Bəzən Azərbaycan haqqında yazılarda müəlliflər belə bir məlum faktı görmək istəmirlər ki, burada inteqrasiya prosesləri qədim zamanlardan mövcud olmuşdur. O zamanlar Azərbaycan müstəqil dövlət deyildi və təbiidir ki, heç bir assimilyasiya siyasəti yürüdə bilməzdi. Zaman-zaman Azərbaycan ərazisində məskunlaşan müxtəlif etnik qrupların taleyi heç bir təzyiq olmadan təbii inteqrasiyanın, mədəniyyət mübadiləsinin bariz nümunəsidir. Məzh bu səbəbdən etnoslararası dərin inteqrasiya ölkə səviyyəsindən tutmuş, kənd, icma, ailə səviyyəsində də baş vermişdir.
Bunun səbəbi, çox guman, tarixin böyük bir hissəsində dini mənsubiyyətin insanlar üçün əsas rol oynaması olub. XIX əsrə qədər, bəzi ölkələrdə isə hətta XX əsrin ortalarına qədər insanların identiklik strukturunda önəmli yeri məhz dini identiklik tuturdu. Azərbaycanda tarixən yaşayan etnik qrupların tam əksəriyyəti islam dininə mənsubdurlar və bu səbəbdən islam burada gedən inteqrasiya proseslərinin və etnoslararası tolerant münasibətlərin ciddi bünövrəsini təşkil edir. Lakin məlumdur ki, azərbaycanlıların belə münasibətləri təkcə dindaşlarla deyildi. Məsələn, azərbaycanlıların xristian dininə mənsub olan udilərlə, XIX əsrdən Azərbaycan ərazisinə köçürülən ruslar və ermənilərlə, yahudi dinin nümayəndələri ilə tarixən formalaşmış münasibətlərini də qeyd etmək olar. Azərbaycanda yaşayan müxtəlif etnoslar arasında gedən inteqrasiya prosesləri əsrlər boyu davam edib və bu gün də ölkədə mövcud olan tolerantlıq və qarşılıqlı anlaşma mühitini təmin edir. Məhz bu amil Azərbaycan ərazisində müxtəlif qruplar arasında dərin inteqrasiya proseslərini müəyyənləşdirirdi.
Etnoslararası inteqrasiya proseslərinin gücləndirən digər amilərdən biri də ölkədə yaşayan müxtəlif etnosların təsərrüfat fəaliyyətinin bir çox növləri arasındakı oxşarlıq olmuşdur. Azərbaycan ərazisində məskunlaşan ayrı-ayrı etnoslar eyni təbiət-iqlim şəraitində yaşadıqlarına görə eyni təsərrüfat növləri ilə məşğul olurdular ki, bu da etnoslararası əlaqələrin və qarşılıqlı mədəni təsirlərin intensivliyini müəyyənləşdirmiş olurdu.
Etnoslararası inteqrasiyanın inkişafına təsir göstərən digər amil Azərbaycan (türk) dili idi. Tarixi proseslərin gedişində elə vəziyyət yaranmışdı ki, məhz bu dil ölkədəki etnik birliklər arasında əsas ünsiyyət vasitəsinə çevrilə bilmişdi. Bunun obyektiv və subyektiv səbəbləri var idi. Əsas səbəblərdən biri bu idi ki, bu dildə danışanlar ölkə əhalisinin böyük əksəriyyətini təşkil edirdi, bu dili öyrənmək asan idi, təsərrüfat fəaliyyətinin müəyyən növü ilə məşğul olan azərbaycanlılar vaxtaşırı köçlər zamanı bir növ informasiya daşıyıcıları kimi çıxış edirdilər. Rusiya işgalından sonra XIX-cu yüzillyin əvvəllərində rusların Qafqazı təsvir etdikləri ilk yazılı mənbələrdə göstərilirdi ki, “Azərbaycan dilini öyrənmək asandır. Avropada fransız dili işləndiyi kimi Qafqazda da Azərbaycan dili işlənilir” (Îáîçðåíèå ..., 1836, ñ.78). Beləliklə, hələ sovet hakimiyyətinə qədərki dövrdə ənənəvi Azərbaycan mədəniyyəti məlum səbəblərdən Qafqazın böyük bir hissəsində çoxsaylı etnoslararası əlaqələrin gerçəkləşdiyi kommunikasiya-işarə məkanına çevrilmişdi.
Azərbaycanda tarixən formalaşmış etnomədəni birlik şəraitində mədəniyyətlərin fərqliyindən, çoxluqundan və onların hansısa birgəyaşayış prinsiplərinin axtarışına çıxması haqqında bəhs etmək, bizcə düzgün olmaz. Məhz bu səbəbdən Azərbaycanda multikulturalizm anlamı müxtəlif təzahürləri olan vahid mədəniyyətin variantlığını, müxtəlifliyini, çeşidliyini nəzərdə tutmalıdır. Azərbaycan mədəniyyəti anlayışı altında maddi, mənəvi, davranış mədəniyyətlərinin bəzi elementləri müəyyən dərəcədə fərqli olan və eyni zamanda əsas səciyyələrinə görə vahid olan mədəniyyət başa düşülür. Bu birlik müxtəlif varlıqların süni birləşməsi kimi yox, tarixən eyni ərazidə yaşayan, həyat tərzində, davranış qaydalarında ümumi cəhətləri olan təbii birlik kimi formalaşmışdır. Azərbaycansayağı multikulturalizmin əsaslandırılması üçün, bizcə, multikulturalizm nəzəriyyəçilərindən olan B.Parekxin fikirlərini önəmli hesab etmək olar. Belə ki, Parekxə görə, hər bir cəmiyyət kimi, multikultur olan cəmiyyətin də özünü saxlamaq üçün çoxluqun bölüşdüyü dəyərlərə ehtiyacı var. Öz kontekstinə çoxlu mədəniyyətləri daxil edən belə bir mədəniyyət mədəni müxtəlifliyi dəstəkləyərək və qidalandıraraq yalnız onların qarşılıqlı əlaqəsi nəticəsində əmələ gələ bilər. Multikulturalizm nəzəriyyəçiləri üçün bu doktrina, millətin daxilində etnik və mədəni müxtəlifliyin saxlanılması ilə yanaşı, vətəndaş millət institutunun möhkəmlənməsinə xidmət edir.
Birgəyaşayiş prosesində əldə olunmuş Azərbaycanda yaşayan etnosların çoxəsirlik təcrubəsi təsdiq edir ki:
- müxtəlif etnik icmalar arasında sıx təssərrüfat, sosial və mədəni əlaqələr təşəkkül tapıb;
- ümumi tarixə, iqtisadiyyata və mədəniyyətə əsaslanan dərin inteqrasiya olunmuş sosial-mədəni toplum formalaşıb;
- genetik olaraq öz etnik kökləri ilə bağlı olan və eyni zamanda özlərini vahid Azərbaycan mədəniyyətinin bir hissəsi kimi dərk edən əhəmiyyətli təbəqə yaranıb.
Avropa və dünya əməkdaşlıq sisteminə qoşulan və polietnik əhali tərkibinə malik olan Azərbaycanın müstəqillik və demokratiya yolunda irəliləyə bilməsinin vacib şərtlərindən biri də sabit etnoslararası qarşılıqlı əlaqələr sistemini qurmaqdır. Bu daima davam edən prosesdə multikulturalizmi məhz bir mədəniyyət çərçivəsində müxtəlif etnomədəni təzahürlərin qarşılıqlı təsiri, qarşılıqlı mənimsənilməsi kimi təqdim etmək, bizim fikrimizcə, Azərbaycan reallıqlarını əks etdirərdi.
Şübhəsiz ki, Azərbaycanda multikulturalizmlə bağlı durum və onun ətrafında baş verən müzakirələr bir məqalə ilə kifayətlənə bilməz. Bu mövzunun tam işlənməməsi səbəbindən burada bizim müşahidə etdiyimiz mürəkkəb və hələ də tam aydın olmayan proseslərin yalnız fraqmentar icmalı verilib. Buna baxmayaraq bu proseslərin ilkin təhlili göstərir ki, multikulturalizmlə bağlı məsələlər, nə qədər avtonom olsalar da, iqtisadi və sosial-siyasi proseslərlə sıx əlaqədədirlər. Məhz buna görə etnik siyasətin milli maraqlarla uzlaşdırılması Azərbaycan dövlətinin müstəqil inkişafının əsas şərtlərindən biridir.
Cavid
Xalq Cəbhəsi.- 2016.- 15 iyun.-
S.13.