Formula–1” dünyanı Azərbaycana daha da yaxınlaşdıracaq

 

Bu dərin bir rəmzi məna daşıyır ki, Bakıda start ərəfəsində olan və dünyanın hər yerində böyük maraq, xoş bir həyəcanla gözlənilən  “Formula-1” Avropa Qran-prisinin Bakı mərhələsi Milli Qurtuluş Gününü bayram etdiyimiz bir vaxta təsadüf edir. Cəmi iki gündən sonra Azərbaycan tarixində ilk dəfə çox möhtəşəm və bizim üçün qeyri-adi görünən hadisənin şahidi olacaq, mahir sürət ustalarının kəskin rəqabət vəd edən bənzərsiz mübarizəsini izləməyə başlayacağıq.

 

Bakı, Azərbaycan müxtəlif illərdə idmanın ayrı-ayrı növləri üzrə dünyaAvropa çempionatlarını, Olimpiya təsnifat turnirlərini, Qran-priləri nə qədər yüksək səviyyədə təşkil edib beynəlxalq idman dairələrinin onlara bəslədiyi ümidləri tam doğrultsalar da, hələ bu yaxınlaradək, deyək ki, iki-üç il əvvəl “Formula-1” Avropa Qran-prisinin bir mərhələsinin məhz bizim gözlərimizin qarşısında keçiriləcəyini bəlkə də çoxlarımız ağlımıza belə gətirə bilməzdik.

 

Ancaq bu artıq bir reallıqdır. Bakı dünyanın, demək olar, hər yerindən qarşıdakı böyük idman hadisəsi ilə bağlı Azərbaycana gələn insanlarıyarış iştirakçılarını, mütəxəssisləri, minlərlə turisti tam hazırlıqla qarşılayır.

 

Paytaxtımıza növbəti dəfə yüksək etimad göstərilməsi ölkəmizdə bədən tərbiyəsi idmanın inkişafının daim diqqət mərkəzində saxlanılması bu məqsədlə həyata keçirilən təxirəsalınmaz tədbirlər, görülən böyük işlər sayəsində mümkün olmuşdur. Bu gün Bakının ən böyük müxtəlif tədbirlərin, o cümlədən genişmiqyaslı yarışların, hətta “Formula-1”-in təşkilini cəsarətlə öz üzərinə götürməsi adi bir hala çevrilmişdir. Hər dəfə yekdil rəyə görə bu tədbirlərlə bağlı həyata keçirilən işlər, yarışların yüksək səviyyədə təşkili hər yerdə geniş əks-səda doğurur, rəğbətlə qarşılanır.

 

Şübhəsiz, bu dəfə belə olacaq, idmançılar qonaqlar Bakıda unudulmaz anlar yaşayacaq, əsl Azərbaycan həqiqətlərini öz gözləri ilə görəcək vətənlərinə xoş məramlı ölkəmiz haqqında zəngin təəssüratla qayıdacaqlar. “Formula-1” onların hər birinin qəlbində xoş duyğular yaradacaq, dünyanı Azərbaycana daha sürətlə yaxınlaşdıracaq.

 

Bu günlər respublikamıza səfərə çıxan xarici ölklə vətəndaşları, ilk növbədə isə avtomobil idmanı həvəskarları artıq təyyarədən enərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yüksək səviyyədə qarşılanmalarından məmnun qalır əmin olurlar ki, paytaxtımızda yaşayacaqları bütün günlər ərzində hər cür qayğı diqqətlə əhatə olunacaqlar. Çünki görülən işlərin beynəlxalq standartlra tam uyğun həyata keçirildiyi göz qabağındadır.

 

Otellərdə yaradılmış rahat şərait, “Bakı Şəhər HalqasıƏməliyyat Şirkətinin bütün hazırlıq işlərinin lazimi səviyyədə yerinə yetirilməsi üçün həyata keçirdiyi tədbirlər, gözəl infrastruktur sayəsində qonaqlar Bakıda özlərini vətənlərindəki kimi hiss edəcəklər. Burada ötən ilin elə bu günlərində birinci Avropa Oyunları zamanı minlərlə qonağa əla xidməti ilə ad çıxarmış könüllülər yada düşür.  Qarşıdakı yürüşdə iştirakçı qonaqlara köməklərini əsirgəməyəcək vətənpərvər gənclərimiz yenə onlara həvalə olunan işləri ən yüksək səviyyədə həyata keçirməyə hazırdırlar. Onların bir çoxunun “Bakı-2015”də qazandığı təcrübə qonaqlarımıza hər bir işdə yaxından kömək etmək səylərini daha da artıracaq. Yarış ərəfəsində könülülər üçün keçirilmiş təlim gənclərə onlara tapşırılmış işlərin öhdəsindən layiqincə gəlmək imkanı yaradacaq.

 

Bütün  bunlara əsasən, cəsarətlə belə bir qənaətə gəlmək olar ki, Beynəlxalq Avtomobil İdmanı Federasiyasının rəhbərləri nümayəndələri, bütün qonaqlarımız Bakıda keçirəcəkləri günləri gələcəkdə məmnuniyyətlə xatırlayacaqlar.

 

Bundan əlavə, Azərbaycan paytaxtında “Formula-1” Bakıda, bütün ölkəmizdə avtomobil idmanına marağı artıracaq, onun pərəstişkarlarının sıralarının genişlənməsi, kütləviliyin artırılması istiqamətində mühüm addım olacaqdır.

 

Yürüş iştirakçılarından yüksək sürət, möhkəm iradə, mərdlik tələb edən, tamaşaçılara isə əsl idman bayramı vəd edən “Formula-1” Avropa Qran-prisi Azərbaycanın idman təşkilatları rəhbərlərinin yüksək təşkilatçılıq  bacarığını bir daha təsdiq edəcək. Bu startlar həm ölkəmizin vətəndaşlarının tarixi hadisəyə öz töhfələrini vermək əzmini, xalqımızın birliyini, dövlətimizin qüdrətini tam gücü ilə dünyaya nümayiş etdirəcək. Bununla da “Formula-1” dövlətimizin idmana daimi qayğısının növbəti təntənəsinə çevriləcək, dünya sürətli inkişaf yolunda olan Azərbaycan Respublikasının möhtəşəm idman hadisəsini şərəflə, böyük məsuliyyət hissi ilə öz tarixinə parlaq səhifə kimi yazmasını alqışlayacaq.

 

Təsadüfi deyil ki, beynəlxalq mətbuat öz səhifələrində “Formula-1”Avropa Qran-prisinə səxavətlə yer ayırır, Bakı startlarını 2016-cı ilin beynəlxalq yarışlar təqvimində ən çox maraq doğuran idman hadisələrindən biri kimi qiyəmətləndirərək, Azərbaycan paytaxtının yarışa yüksək səviyyədə hazırlaşdığını məmnunluq hissi ilə diqqətə çatdırır.

 

İyunun 16-da “Sərhədçiİdman-Olimpiya Mərkəzində başlanacaq XXXI Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks turniri iştirakçılarının da bəxti gətirmişdir. Mahir rinq ustalarının döyüşləri sürət ustalarının yarışları ilə eyni vaxta təsadüf edir. Təbii ki, boksçular asudə vaxtlarında avtomobilçilərin yürüşünü izləmək imkanını itirmək istəməyəcəklər. Axı, belə imkan heç hər gün ələ düşmür. Rio-de-Janeyroda Olimpiya oyunları ilində bu şəhərlə qardaşlaşmış Bakıda “Formula-1” mövsümün ən əlamətdar idman hadisələrindən biridir.

 

Oqtay BAYRAMOV,

Xalq qəzeti.-2016.-15 iyun.-S.9.