Bakıda “Formula-1” Avropa Qran-prisi: Sürət həyəcan yarışı

 

... İsti Bakı küləyi, sürət həyəcanı, dünyanın tanınmış pilotları ilə “Formula-1” adrenalinini yaşamaq arzusu.  Son günlər Bakının ev sahibliyi etdiyi “Formula-1” Avropa Qran-prisinin başlanmasına zaman azaldıqca,   bu idman növünə olan yerli əcnəbi həvəskarların da diqqəti yarış hazırlıqlarına yönəlib. “Formula-1” yarışlarına idman növündən çox həyat tərzi kimi yanaşan idman həvəskarları daha çox gənclər olsa da, bu ərəfədə şəhərimizə qonaq gəlmiş turistlər arasında hər yaşdan insanları görmək mümkündür. Maraqlıdır, bəs dünyada maraqla izlənilən bu sürət yarışının tarixi vaxtdan başlanır?!

 

“Formua-1” yarışlarının tarixçəsi 1950-ci ildən başlanır. Bu növ üzrə ilk yarış  1950-ci il mayın 13-də İngiltərənin Silverstoun trasında keçirilib yarış tarixində ilk qələbə çalan  italyan pilot “Nino” ləqəbli  Emiliyo Cüzeppe Farina  olub. O, həmçinin “Formula-1” üzrə ilk dünya çempionu hesab edilir. 1906-cı ildə Turində anadan olmuş pilot, həmçinin  avtomobilqayırma  sahəsində öz zavodu  ilə məşhur idi. Onun ad günündə atası avtomobil banı istehsal edənStabilimenteadlı sexin əsasını qoyub. Ailə biznesini davam etdirməli olan Nino Farinanın doqquz yaşında ikən atasının zavodunda mini avtomobildə gəzintisi onun qəlbində pilotçuluq arzusu oyadır.  Artıq on altı yaşında gələcək pilot babasını yürüşdə  sərnişin kimi müşayiət edirdi. On doqquz  yaşında isə sərbəst olaraq, yarış maşınının sükanına əyləşən pilotun ilk təcrübəsi o qədər uğurlu olmur. Bu uğursuzluğa baxmayaraq, 1932-ci ildəHillclimbyarışında iştirak etmək üçün “Alfa-Romeo” alır yarışlara qatılır. Tərslikdən, bu dəfə qəza keçirən pilot ağır yaralanır. Bütün bu uğursuzluqlar onu həvəsdən salmır, əksinə o, “Mazeratikomandasına daxil olaraq özünü yaxşı pilot kimi təsdiq edir. 1938-ci ildə Nino Farina İtaliya çempionu olur, 1940-ci ildə isə Liviyanın Tripoli şəhərində keçirilən  Qran-pridə qələbə qazanır.

 

Yarışlarda dəfələrlə qəzaya düşən pilot sağ qalmasını belə əlaqələndirir: “Müqəddəs Məryəm mənə imkan verir ki, hətta ən təhlükəli yerlərdə hərəkət edəndə büdrəməyim. Sanki o, məni qoruyur.”

 

Lakin, təəssüf ki, 1966-cı il iyunun 30-da  Fransada keçirilən Qran-pri yarışlarında iştirak etmək üçün yola düşərkən  adi yol avtomobilində qəzaya düşür həlak olur.

 

Digər pilot Alberto Askari  1954-cü ildən etibarən ardıcıl olaraq 4 dəfə dünya çempionu adını qazanıb. Lakin 1955-ci ildə Le Manda baş vermiş faciədən sonra “Formula-1” üzrə dünya çempionatını tərk edir.

 

“Formula-1”-in ilk 10 ilində  Xuan Manuel Fanxio 5, Alberto Askari 2, Cek Brəbhəm, Nino Farina Mayk Hotorn bir dəfə çempion olublar.

 

1960-69-cu illərdə  Formula-1”- bir sıra dəyişikliklər baş verdi. Sürücülər arasında titul uğrunda gərgin mübarizə ilə yanaşı, texniki yeniliklər tətbiq edildi. Çempionata inqilabçı Kolin Çəpmənin gəlişi bütün konsepsiyanı dəyişdi: maşınlarda motorlar sürücüdən arxaya keçirildi antiqanadlar meydana gəldi.

 

1970-1979-cu illər “Formula-1” yarış tarixində bir sıra əlamətdar hadisələrlə yadda qalıb. 1970-ci il çempionatının  Yoxen Rindtin qələbəsi ilə başa çatması, 1973-cü ildə Kanada Qran-prisində “Formula- 1”də ilk dəfə təhlükəsizlik maşınının tətbiqi, 1977-ci ildə isəFerrari”dən sonra ən titullu 2-ci komanda olanWilliams”ın  “Formula-1”ə gəlişi buraya daxildir.

 

1980 - 1989-cu illər  Formula-1” tarixinin ən böyük mübarizəsi hesab olunan Ayrton Senna - Alen Prost qarşıdurması ilə yadda qalıb.  Bu dövrdə Nelson Pike Alen Prost 3 dəfə, Alan Cons, Keke Rozberq, Niki Lauda Ayrton Senna isə bir dəfə çempion adını qazanıblar.

 

1990-1999-cu illərdə braziliyalı pilot Sennanın iki ardıcıl qələbəsini, Mixael Şumaxerin “Benetton” komandası ilə iki titul qazanmasını bu dövrün uğuru saymaq olar.

 

1994-cü ildə “Formula-1” tarixində ən böyük faciələrdən biri baş verib,  Ayrton Senna San Marino Qran prisində həlak olub. Bu onillikdə Ayrton Senna, Mixael Şumaxer Mika Hakkinen 2, Naycl Mansell, Alen Prost, Deymon Hill Jak Vilnöv isə bir dəfə titul qazanıb.

 

2000-ci ildən “Ferrari” komandasının ulduzu parlamağa başlayıb. Komanda 20 il titulsuz qalan Mixael Şumaxerlə ardıcıl 5 dəfə çempion adını qazanaraq fanatlarını sevindirib. 2007-ci ilin son yarışında çempionluğu rəsmiləşdirən Kimi Raykkonen isə “Ferrarinin onillikdə uğurunu möhkəmlədib. Fernando Alanzo çempionata yenidən qayıdan “Renault” komandası ilə iki titul qazanıb.

 

2010-cu ildən indiyədək “Formula-1”  yarışlarının ən yaddaqalan hadisələri kimi Adrian Nyuinin yeni komandası “Red Bulla ardıcıl dörd titul qazandırmasını, hər dəfə də Sebastian Vettelin çempionatda birincilik əldə etməsini söyləmək olar.

 

Bakı “Formula-1” Avropa Qran-prisində mübarizə aparacaq iddialı komandalar yer alıb;  “Mercedes AMG Petronas”,  Scuderia Ferrari”, “Williams Martini Racing”, “Red Bull Racing”, “Sahara Force India”, “Toro Rosso”, “Sauber F1 Team”, “Renault Sport F1”, ”Manor Racing”.

 

Odur ki, idman həvəskarlarının maraqla gözlədiyi “Formula-1” yarışlarında həyəcanlı anların yaşanması gərgin rəqabətin olacağı şübhəsizdir.

 

Əfsanə BAYRAMQIZI,

Xalq qəzeti.-2016.-15 iyun.-S.9.