Qafqazın ən böyük Kitab evi Gəncədə açıldı

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 15 İyun Milli Qurtuluş GünüKitab evinin açılışı münasibətilə keçirilən mərasim iştirakçılarını təbrik edib. Bildirib ki, Kitab evinin açılışında əsas məqsəd ölkədə kitabçılığın inkişafı və mütaliənin təbliğinə töhfə verməkdir. Burada minlərlə adda kitabın oxuculara təqdim olunması ilə yanaşı, zəngin elektron kitab bazasının yaradılması da oxucular üçün yaradılan geniş imkanlardan biridir.

AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev mərasimdə çıxış edərək deyib ki,  yeni açılan Kitab evi oxuculara lazım olan və onları razı salan ədəbiyyat nümunələrinin əldə edilməsinə xidmət edəcək ən gözəl məkandır.

Milli Məclisin deputatı Pərvin Kərimzadə, Gəncədə kitaba marağın dirçəlməsinin və Kitab evinin açılmasının vacibliyindən danışıb. Deputat Kitab evində çalışacaq işçilərə uğurlar arzulayıb.

39 nömrəli tam orta məktəbin müəllimi Manə Hüseynova elm, biliksavad mənbəyi olan kitablarda axtardığımız sualların cavablarını tapa biləcəyini qeyd edərək,  Kitab evinin  Gəncənin həyatında mühüm hadisə olduğunu bildirib.

Rəmzi qırmızı lent kəsildikdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və qonaqlar Kitab evi ilə yaxından tanış olublar.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Şəmil Sadiq bildirib ki, üçmərtəbəli Kitab evində oxucu klubu və müxtəlif şirkətlərin dəstəyi ilə hazırlanan “Qoy-götür” guşəsi də təşkil olunub. İnsanlar buraya kitab gətirib hədiyyə edə və əvəzində başqa kitablardan da yararlana bilərlər.

Gənclərin asudə vaxtlarını daha müasir üslubda, zövq oxşayan bir məkanda keçirməsi, ziyalıların müzakirələr aparması, söhbətlərini təşkil etməsi, monitorlarda əhəmiyyətli kitablardan video görüntülər vermək, təqdimatlar yayımlamaq da nəzərdə tutulur.

Yeni Kitab evində “Günün, həftənin, ayın kitabı” adlı guşə də təsis olunubbu guşəyə yerləşdirilən kitablar maya dəyərinə satılır. Burada yerlixarici ədəbiyyata aid kitablar tapmaq mümkündür. Eyni zamanda, imza günləri, seminarlar və müxtəlif tədbirlərin keçirilməsi üçün geniş bir guşə təşkil edilib. “Kitabkafe” guşəsində isə kitabsevərlərin istirahəti üçün hər cür şərait yaradılıb. Bununla yanaşı, kitab marketininelektron kitab” bazası da var ki, burada da müştərilər üçün istənilən şərait yaradılır.

Qeyd edək ki, yeni açılan obyekt Qafqazın ən böyük Kitab evidir. Burada 5000-ə yaxın əyani, elekton bazada isə 20 minə yaxın kitab var. İstər Azərbaycanda, istərsə də ölkənin hüdudlarından kənarda istənilən kitabı burada oxumaqsifariş vermək mümkündür.

 

Hamlet QASIMOV,

Xalq qəzeti.-2016.- 17 iyun.- S.6.