“Formula-1” şəhərciyi: Əyləncə, adrenalin sürət

 

Dənizkənarı Milli Parkda “Formula-1” Avropa Qran-prisinin “Formula-1” şəhərciyi qonaqları qəbul etməyə başlayıb. Bayram ab-havasına bürünmüş Bakıda sürət adrenalin həvəskarları məhz bu məkana toplaşırlar.

 

AZƏRTAC xəbər verir ki, yerli xarici qonaqların vaxtının maraqlı keçməsi üçün burada bütün işlərBakı Şəhər HalqasıƏməliyyat Şirkəti tərəfindən yüksək peşəkarlıqla görülüb.

 

 

“Formula-1” Azərbaycan mədəniyyəti

 

 

Qədim zəngin tarixə, mədəniyyətə sahib olan Azərbaycan həmişə qonaqpərvərliyi ilə seçilib. “Formula-1 Şəhərciyi”ndə ölkəmizin mədəniyyətini mətbəxini təmsil edən xüsusi bölmələr xalqımızın qədim ənənələrini qonaqlara təqdim edir. Yüksək keyfiyyəti naxışlarının zənginliyi ilə seçilən Azərbaycan xalçaları bu məkanda qonaqların diqqətini cəlb edir. Milli şirniyyat növləri olan paxlava, şəkərbura qoğalın ləziz dadı turistlərin zövqünü oxşayır. Rəngarəng naxışlı əl işləri ipək kəlağayılar da ziyarətçilərin böyük marağına səbəb olur.

 

 

Bakı, sürət həyəcan

 

 

“Formula-1 Oyun Zonasıda maraqla qarşılanan məkanlardan biridir. Yüksək sürəti sevən azarkeşlər burada simulyator oyunu vasitəsilə Bakı trekində yürüş edirlər. Azarkeşlər bu oyunlarda sanki Avropa Qran-prisinin bir hissəsinə çevrilərək bu mötəbər yarışın həyəcanını yaşayır, onun adrenalinini hiss edirlər. Burada azarkeşlərə digər oyunlar da təqdim olunur. İsti iyun günlərində “Formula-1 Oyun Zonası”nda boliddə əyləşib Bakı şəhər halqasında yürüş etməyin həyəcanını sözlə ifadə etmək mümkün deyil.

 

 

“Formula-1”in məşhur brendləri Bakıda

 

 

Şəhərcikdə “Formula-1” məhsullarının satışı da təşkil olunur. Burada “Mercedes” “Ferrari” kimi məşhur komandaların geyim, aksessuarı digər ləvazimatlarını əldə etmək olar. Bundan başqa, “Mixael Şumaxerbrendi ilə təqdim edilən istənilən “Formula-1” aksessuarına da sahib olmaq mümkündür. Satışların yeni başlamasına baxmayaraq, azarkeşlərin coşğusu həm yerli, həm əcnəbi fanatların burada istədiklərini tapmalarından xəbər verir.

 

 

Dünya ulduzları Bakı səhnəsində

 

 

Cümə günü axşam saatlarında Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə möhtəşəm musiqi idman həftəsonuna rəng qataraq əyləncə proqramına start verəcək. Amerikalı müğənni, bəstəkar rəqqas yarışın ilk günü başa çatdıqdan sonra minlərlə “Formula-1” azarkeşinin qarşısında özünün “Yeah3x”, “Look At Me Now” “Beautiful People” kimi məşhur hitlərini ifa edəcək.

 

Şənbə günü axşam isə dünyanın ən məşhur canlı musiqi ifaçısı adını qazanmış Enrike İqlesias həyəcan dolu konsert proqramı ilə səhnədə yer alacaq. Latın pop musiqisinin kralı kimi tanınan ispan əsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos “I Like It” kimi məşhur hitlərini səsləndirəcək. Ehtiraslı balladaları yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə dünyada 137 milyonluq satış rekordu qıran ifaçı təsnifat yarışları başa çatdıqdan sonra “Formula-1 Şəhərciyi”ndə öz mahnıları ilə tamaşaçıları coşduracaq.

 

Bazar günü axşam isə yaddaqalan yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış nüfuzlu ulduzlarından biri Farel Vilyams əsas səhnədə yer alaraq möhtəşəm musiqi proqramı ilə Avropa Qran-prisinə yekun vuracaq. Amerikalı istedadlı ifaçı, bəstəkar prodüser musiqi tarixində “Get Lucky”, “Happy” Frontinkimi populyar hitlərinin digər musiqi parçalarının müəllifi kimi tanınır. Avropa Qran-prisində sonuncu avtomobilin finiş xəttini keçməsindən təxminən bir saat sonra Vilyamsın mükəmməl ifası ilə Bakıda ilk dəfə keçirilən “Formula-1” Avropa Qran-prisi yekunlaşacaq. Səhnəyə, həmçinin 2013-cü ilYeni dalğamusiqi yarışmasının qalibi, kubalı müğənni Roberto Kel Torres çıxacaq.

 

 

Səyyar əyləncə proqramı

 

 

Yarış günləri ərzində səyyar məzhəkəçi aktyorlar tamaşaçıların istirahətinə xüsusi rəng qatacaqlar. Səyyar proqrama Güzgü Adam, aktyor Spandi Andi, Ağacayaq, Küçə rəssamları, Titan Robot və ənənəvi Azərbaycan rəqsləri daxildir. Həmçinin yerüstü 3D illüziya incəsənət nümunələri, 8 metr hündürlüyündə dırmanma divarı, hava tunelində uçuş, müxtəlif maili enişlərdən və relslərdən ibarət skeyt parkda skeytbordçular və birçarxlı konki sürənlərin çıxışı, batut şousu da azarkeşlərə təqdim olunacaq. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti trekdə dincəlməyə yer axtaranları da diqqətdən kənarda qoymayıb. Trekdəki gərginlikdən bir qədər uzaqlaşmaq istəyənlər çuval formalı rahat oturacaqlarda, çətirlərin altında, divanlarda, kiçik masalardaşezlonqlarda istirahət edə bilərlər.

 

Xalq qəzeti.-2016.- 17 iyun.- S.9.