Bu gün Bakıda “Formula-1” Avropa Qran-prisinə start verilir!

Qeyri-adi günlərini yaşayan Bakı dünyanın diqqət mərkəzindədir. Azərbaycan paytaxtında Yay Olimpiya Oyunlarından futbol üzrə dünya çempionatından sonra beynəlxalq dairələrdə üçüncü ən böyük idman hadisəsi hesab edilən “Formula – 1” Avropa Qran-prisinin Bakı mərhələsi başlanır.

Bəri başdan tam əsasla bu qənaətə gələ bilərik ki, şəhərimiz çətin sınaqdan şərəflə, məharətlə, yalnız onun özünə xas olan təşkilatçılıq yaradıcılıq bacarığı ilə çıxacaq Azərbaycanın idman tarixinə daha bir şanlı səhifə yazılacaq. Ötən ilin iyun ayında bütün planeti Avropa Oyunlarının fantastik təşkili ilə heyrətə gətirən Bakı indi “Formula-1" iştirakçıları qonaqları ilə görüşə mükəmməl şəkildə hazırlaşmışdır. Ən mahir sürət ustalarının Avropa Qran-prisi Azərbaycan tarixinə bizim yerlər üçün nadir idman hadisəsi kimi daxil olacaq.

Bakıda start ərəfəsində yarış iştirakçılarının söylədikləri müxtəlif  saytlarda əksini tapan fikirlərdə onların hamısının paytaxtımızda yürüşü səbirsizliklə gözlədiyi avtomobil idmanı həvəskarlarının maraqlı mübarizənin şahidi olacaqları bildirilir. Hamı da əmindir ki, Azərbaycan paytaxtı indiyə qədər bu populyar yarışların keçirildiyi şəhərlər sırasında özünə layiqli yer edəcəkdir.

“Formula – 1"  Avropa Qran-prisi Bakı mərhələsinin tamaşaçılarıbizim özümüzlə yanaşı Türkiyə, Rusiya, ABŞ, Koreya, İtaliya onlarca digər ölkədən Azərbaycana gəlmiş idman pərəstişkarları, minlərlə turist təkcə sürət ustalarının startlarından zövq almayacaq, həm bu gün adı dünyanın ən gözəl şəhərləri ilə yanaşı çəkilən Bakı ilə yaxından tanış olacaq, Azərbaycan mədəniyyəti qonaqpərvərliyi haqqında çox şey öyrənəcəklər. Onlar həmçinin ölkəmizin həyatın bütün sahələrində sürətli inkişafı bunun da nəticəsində Azərbaycanın beynəlxalq nüfuzunun durmadan artması haqqında geniş məlumat alacaq, ölkəmizin böyük imkanlarını dəyərləndirə biləcəklər.

Bununla əlaqədar İsrailin Azərbaycandakı səfiri Dan Stav bu günlərdə Trendə müsahibəsində deyib ki, Bakıda “Formula – 1” Avropa Qran-prisinin keçirilməsi Azərbaycanın yeni imkanlarını dünyaya açacaq. Səfir daha sonra əlavə edib ki, Bakıda belə beynəlxalq tədbirlərin keçirilməsi  ondan xəbər verir ki, Azərbaycan irimiqyaslı tədbirləri, müsabiqə yarışları təşkil edə uğurla keçirə bilən ölkədir. Azərbaycan paytaxtındaFormula — 1" Avropa Qran-prisinin keçirilməsi ölkə iqtisadiyyatına birbaşa dolayısı ilə müsbət təsir edəcək.

İkiqat dünya çempionu, “McLaren”in pilotu, Bakıda Avropa Qran-Prisinin səfiri Fernando Alonso öz müsahibəsində şəhərimizdə Avropa Qran-prisinin başlanmasını səbirsizliklə gözlədiyini bildirib: – Azərbaycan paytaxtında ilk dəfə yarış məsafəsinə çıxa biləcəyim cümə gününü maraqla gözləyirəm. Bakıda yürüşün rəsmi səfiri kimi bir neçə ay ərzində dairənin konfiqurasiyası ilə ətraflı tanış olmuşam. Deyə bilərəm ki, bu ən sürətli küçə məsafələrindən biridir. Görək, belə şəraitdə rəqabət necə olacaq. Güman etməyə hər cür əsas var ki, bizi maraqlı gərgin mübarizə gözləyir.

“Force İndia”nın pilotu Serxio Peres öz  növbəsində belə bir fikir söyləyib: – Əvvəllər mən heç  vaxt Azərbaycanda olmamışam yeni sərgüzəştlərə hazıram. Yeni ölkələrlə tanış olmaq, görməli yerlərə baxmaq həmişə xoşdur. Bu çox yaxşıdır ki, bizim idman yeni ölkələrə gəlməkdə, özünə yeni azarkeşlər cəlb etməkdə davam edir.

Rusiyalı yürüşçü Daniil Kvyat isə Bakıda Avropa Qran-prisindən gözləntiləri haqqında danışarkən bildirmişdir ki, təzə yerə gəlmək həmişə maraqlıdır. Bakıdakı yarış məsafəsi bir qədər Valensiya şəhərindəki məsafəni xatırladır. Bu, şübhəsiz, maraqlı çağırışdır ona hazıram. Mən gözləyirəm ki, startları çoxlu rusiyalı azarkeş izləyəcək. Deməli, mənə dəstək böyük olacaq.

Kvyatın komanda yoldaşı ispan Karlos Sayns Bakı məsafəsini “Formula — 3" mərhələsinin keçirildiyi Makaodakı şəhər məsafəsi ilə müqayisə edərək demişdir ki, mən bu yürüşü böyük səbirsizliklə gözləyirəm.

Pirelli”nin avtomobil idmanı şöbəsinin rəhbəri Pol Hembri Azərbaycanda “Formula — 1" ərəfəsində öz fikrini belə ifadə etmişdir: — Biz Bakı avtodromu haqqında maraqlı çox şey eşitmişik. Məsafənin əsas xüsusiyyətləri kimi, onun uzunluğunu sürət xarakterini qeyd etmək olar. Yeni avtodroma uyğunlaşmaq həmişə çətindir, amma şərait istisnasız olaraq hamı üçün eyni olacaq.

“McLaren-Honda” komandasının yürüş direktoru Erik Bulye: – “Baku City Circuit" bizə növbəti parlaq tamaşa vəd edir. Bu yürüş yeni-yeni azarkeşləri dünya miqyasında geniş auditoriyanı özünə cəlb edəcək. Bizim əməkdaşların Bakıya ilk səfərlərindən Fernandonun söhbətlərindən sonra məsafə onunla bağlı infrastruktur haqqında müsbər rəylər eşitmişik. Ona görə maraqlı yürüşə ümid edirik.

Haas”ın üzvü Esteban Qutyerres demişdir ki, mən Bakıdakı məsafəni başqa məsafələrlə müqayisə edə bilmərəm. Stimulyatorda apardığımız işə əsasən bizi unikal bir hadisə gözləyir. Asan olmayacaq, lakin düşünürəm ki, maraqlı mərhələnin iştirakçılarına çevriləcəyik.

Nəhayət, Kanadada uğurlu çıxışından sonra paytaxtımızda Avropa Qran-prisində də müvəffəqiyyətə ümid edən “Williams”ın pilotu Valtteri Bottasın fikrini də diqqətinizə çatdıraq:—Bakıdakı məsafə əladır. Mən heç vaxt Azərbaycanda olmamışam. Düşünürəm ki, yürüş maraqlı keçəcək. Şahidi olduğum görüntülərə əsasən deyə bilərəm ki, məsafə əla görünür. Bundan başqa, bu məsafə çox sürətlidir. Yeni ölkələrdə olmaqdanözüm üçün yeni mədəniyyətlər kəşf etməkdən xoşum gəlir. Mən Azərbaycan, Bakı və yarış məsafəsi ilə görüşü səbirsizliklə gözləyirəm.

Beləliklə, Bakıda “Formula – 1” Avropa Qran-prisinin birinci günündəyik. Dünyanın nəzərləri Azərbaycan paytaxtına yönəlmişdir. Ümid etmək olar ki, ölkəmizdə ilk dəfə  keçirilən bu startlardan hamı razı  qalacaq.

 

Oqtay BAYRAMOV,

Xalq qəzeti.-2016.- 17 iyun.- S.3.