“Formula – 1” Avropa
Qran-pri yarışları
əsl adrenalin mənbəyidir!”
Azərbaycan paytaxtının müxtəlif
məzmunlu beynəlxalq
tədbirlərə ev
sahibliyi etmək ənənəsi getdikcə
daha geniş auditoriyanı əhatə
edir.
Beynəlxalq siyasi və humanitar forumlar, Davos İqtisadi Forumu, “Avrovision” mahnı yarışması, ilk Avropa
Oyunları kimi mötəbər tədbirlərə
imza atmış paytaxtımız
bu gün də miqyas etibarı ilə bütün dünyada üçüncü olan
“Formula — 1” idman yarışının
start fitinin şahidinə
çevrilir. Biz fəxr
edirik ki, bu mötəbər idman yarışını
televiziya vasitəsilə
yüz milyonlarla insan canlı olaraq izlıəyəcək.
Bakının qonağı olan
turist və “Formula —
1” fanatlarının fikrincə
isə, yarışların
məhz Azərbaycan paytaxtında izlənilməsinin
özgə gözəllikləri
vardır. Görüşüb
həmsöhbət olduğumuz
əcnəbi qonaqlardan
bir neçəsinin Bakıda
keçirilən idman
tədbiri barədə
ürək sözlərini
təqdim edirik:
Robert PROJANSKU, Amerika Birləşmiş Ştatları:
— Bu, mənim və xanımım Luis Feuerlenin
Azərbaycana ilk səfərimizdir.
Əslində, “Formula — 1” yarışlarında
iştirak etmək mənim çoxdankı arzum idi. Yaşımızın çox olduğuna
görə idmana, xüsusən, “Formula — 1” kimi
sürətli yarışlara
aludə olmağımız
sizə bir qədər qeyri-adi görünə bilər.
Ancaq neyləməli, adrenalin arzusu
yaş tanımır və bu yarışlar
həqiqətən, adrenalin mənbəyidir. Yüksək sürət, usta pilotlar, dar döngələr — ümumiyyətlə,
bu yarışlarda maraqlı olmayan heç nə yoxdur. Kimsə özünü həmin
sükanın arxasında
hiss etmirsə, deməli,
“Formula — 1”in nə demək
olduğunu bilmir.
O ki, qaldı bu yarışların keçirildiyi Bakıya, açığını deyim
ki, paytaxtınızın
gözəlliyinə vuruldum.
Etiraf edim ki, bu gözəlliklə
yanaşı, paytaxtınızda
hökm sürən sabitliyi, füsunkar Bakı gecələrini, Xəzərin ab-havasını
dünyanın hər
yerində görə bilməzsən.
Təbii
ki, bu möhtəşəmlik,
ilk növbədə, dövlət
başçınız Prezident
İlham Əliyevin apardığı uğurlu
siyasətin bariz göstəricisidir. Birinci Avropa Oyunlarından cəmi
bir il sonra
belə bir möhtəşəm tədbirə
ev sahibliyi edilməsi, məncə, o qədər də asan məsələ deyil. Amma, mətin, cəsarətli,
fədakar insanlar bütün məsələləri
asanlaşdıra bilirlər.
Luis FEUERLE:
— Əlbəttə, bu yarışlar sivil dünyanın bütün
sakinləri kimi bizim üçün də maraqlı və arzuolunandır. Ancaq Bakıda olmağın mənim üçün başqa bir dəyəri, mənası
da vardır. Çünki mənim atam
Toni Feuerlenin ruhu bu şəhərdədir.
Xatırladım ki, mənim atam 110 il əvvəl
Nobel qardaşları ilə
birlikdə Bakıda çalışmışdır. Odur ki, “Formula 1” Qran
— Pri yarışında
iştirak həm də mənim atamın ruhu ilə görüşmək
imkanım oldu. Mən Azərbaycan xalqına firavanlıq, “Formula 1”- in iştirakçılarına
isə uğurlar arzulayıram! Əminəm ki, güclülər,
qələbəyə layiq
olanlar qalib gələcəklər. Fəxr edirəm
ki, bu gün
dünyanın
demokratik və sivil ölkələrindən
birinin qonağıyam.
Anya
və Marina ORXİMENKO
bacıları, Ukrayna,
Kiyev şəhəri:
Anya: — Bu, bizim Azərbaycana üçüncü səfərimizdir. İlk dəfə
2012-ci ildə —
paytaxtınıza “Avrovision” mahnı müsabiqəsinin keçirildiyi günlərdə gəlmişdik.
Möhtəşəm təəssüratla qayıtdıq. Həmin
mədəni tədbir təkcə Avropanı əhatə etsə
də, bütün dünyada
böyük əks-səda
yaratmışdı və insanların yaddaşında uzun illər silinməyəcək xatirə səhifələrinə çevrilmişdi. Xatırladım ki, 2011-ci ildə sizin təmsilçinizin
həmin müsabiqədə qalib gəlməsində
biz ukraynalıların da
rolu olmuşdu. Çünki azərbaycanlı müğənninin
ifasına ilk
yüksək qiymət verənlərdən biri Ukrayna idi. Bakıya ikinci
səfərimiz də məhz Avropa miqyaslı tədbirlə bağlı idi. Belə ki, ötən
il paytaxtınızda keçirilən ilk Avropa Oyunları
möhtəşəmliyinə görə “Avrovision”u qat-qat üstələmiş,
çox mükəmməl beynəlxalq əks-səda
vermişdi.
Biz həmin tədbirin də
canlı şahidi olduğumuza
görə məmnunuq.
Marina: — Dünən rəsmilərinizdən kimsə dedi ki, “Formula-1"də ölkəmizdə keçirilmiş digər beynəlxalq tədbirlər kimi uğurla başa çatacaq. Ancaq mən əlavə edim ki, açılış mərasiminə şahidlik edəcəyimiz ”Formula — 1" yarışları həm miqyasına, həm də möhtəşəmliyinə görə paytaxtınızın qonaqlarında Bakının ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərdən qat-qat üstün təəssürat yaradacaq. Həm idmançılara, həm də təşkilatçılara böyük sevinc və uğurlar arzulayıram!
Anya: — Bu möhtəşəm tədbirləri işıqlandıran mətbuata da həmçinin.
Rafiq SALMANOV
Xalq qəzeti .-2016.- 17 iyun.- S.3.