“Formula-1”-in texnoloji təminatı yüksək səviyyədə qurulmuşdur

 

 

Yarışların telekommunikasiya xidmətləri üçün yaradılan işçi qrupu bütün texniki imkanlardan yararlanaraq dayanıqlı sistem qurulması üçün çalışmışdır”. Bu sözləri rabitə yüksək texnologiyalar naziri  Ramin  Quluzadə xəbər.az  saytına müsahibəsində  bildirmişdir.

 

 Onun  sözlərinə görə, yarışlar ərzində lazımi məlumatların fasiləsiz ötürülməsi üçün dayanıqlı mobil rabitə sistemi qurulmuşdur. Yüksəksürətli davamlı internet xidmətləri təşkil edilib, dünyaya yayım üçün bütün müasir resurslardan, o cümlədən Azerspace-1 peykinin  imkanlarından  istifadə olunur. Yarışların yayımının yüksək keyfiyyət standartlarına uyğun aparılması üçün xüsusi radiotezliklər ayrılmışdır.

 

Nazirin  sözlərinə görə, indi yeni medianın auditoriyası ənənəvi mediadan daha genişdir onlayn izləməyə tələbat böyükdür. Bunu nəzərə alaraq, yarışlar internet üzərindən yüksək keyfiyyətlə yayımlanır. “Formula-1"-  rəqəmsal mühitin yaradılmasını texnoloji imkanların tətbiqi Azərbaycanın ən qabaqcıl informasiya texnologiyaları şirkəti Eurodesign-a tapşırılıb.

 

Şirkətin  layihə meneceri Ken Svift  bildirib ki, “Formula-1" yarışlarının İKT təminatı olduqca yüksək səviyyədə təşkil edilib. Onun sözlərinə görə, yarışlar zamanı yüksək səviyyəli internet xidmətlərinin göstərilməsi, simsiz internet şəbəkəsinin yaradılması, internet üzərindən təhlükəsiz çıxışın təşkil edilməsi üçün hər cür şərait yaradılıb.

 

Layihə meneceri təhlükəsizliyə effektiv nəzarət müşahidə məqsədi ilə CCTV- video müşahidə sistemi, habelə yarışların yüksək səviyyədə təşkili tam rəqəmsal dəstəyin göstərilməsi məqsədilə zəruri proqram təminatları, informasiya sistemləri hazırlanmışdır. Yarışda iştirak edən hər komanda  texniki avadanlığını özləri ilə  gətirib.

 

Yarışların translyasiyası (yayım)  internet üzərindən aparılır. Bunun üçün müxtəlif kabinələr ayrılıb. Belə ki, bütün trek boyu şərh birinci kabinədən ötürülür, İtaliya, Fransa,  Yaponiya s. xarici ölkələrdən olan digər şərhçilər isə yanaşı kabinələrdə otururlar.

 

Yarışlar ərzində internet təhlükəsizliyinə Eurodesign şirkəti cavabdehdir. Bununla bağlı  qabaqlayıcı tədbirlər görülüb. Komandamızda  həm peşəkar mühəndislər, həm olduqca təcrübəli  mütəxəssislər var. Şirkətimiz  yarışların telekommunikasiya informasiya texnologiyaları işlərinin öhdəsindən yüksək peşəkarlıqla gəlib.

 

Qeyd edilib ki, şirkət korporativ məlumat bazasının yüksək səviyyəli təhlükəsizliyi məxfiliyini  təmin  etmək üçün  dünyanın ən qabaqcıl həllərini tətbiq edir internet təhlükəsizliyə olduqca böyük önəm verir.

 

Şirkət rəsmilərinin sözlərinə görə, yarışları işıqlandırmaq üçün Azərbaycana gəlmiş 400- ə qədər xarici jurnalist Hilton otelində yerləşdirilmişdir. .

 

Hazırladı:

M. MÜKƏRRƏMOĞLU,

Xalq qəzeti”

Xalq qəzeti.- 2016.- 18 iyun.- S.5.