“Azərbaycan Olimpiya
Oyunlarını da yüksək səviyyədə
keçirməyə qadir ölkədir”
Dünyanın idman həvəskarlarının diqqət mərkəzində olan “Formula-1" yarışı yüksək səviyyədə başa çatdı. Digər idman növləri ilə müqayisədə bu yarışın təşkili çox çətindir. Hazırlıq işləri zamanı da bunun şahidi olduq. Bakının bu mürəkkəb tədbirə ilk dəfə ev sahibliyi etməsinə baxmayaraq, hər şey yüksək səviyyədə, gözlənildiyindən də artıq uğurla başa çatdı. Azərbaycan dünya idman tarixinə yeni bir imza atdı. Bakı Şəhər Halqasında yarışlara dünyanın ən məşhur pilotlarının —Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərlərinin qoşulmaları da bunu təsdiqlədi.
“Formula -1" Avropa Qran-prisini izləməyə gələn turistlər yarışın çox gözəl təşkil olunmasından, yerli sakinlərin qonaqpərvərliyindən, şəhərimizin gözəlliyindən, yarışların keçirildiyi yol infrastrukturunun yüksək səviyyədə qurulmasından razılıqla danışdılar. İştirakçıların təhlükəsizliyinin təmin olunması üçün görülən işlər də qonaqların ürəyincə olmuşdur. Yarışı izləməyə gələn turistlər də bizimlə görüşlərində bunu etiraf etdilər.
Nasir Səlmani (Tehran):
– Eşidəndə ki, “Formula -1" Avropa Qran-prisi Azərbaycanda keçiriləcək, çox sevindik. İlk növbədə belə bir çətin yarışın Bakıda keçirilməsinə razılıq verən Prezident İlham Əliyevə dönə-dönə, qəlbən minnətdarlığımızı bildirdik. Çünki böyük bir qrupla Azərbaycana getmək, orada bir neçə gün qalmaq üçün əlverişli şərait yaranmışdı. Biz Azərbaycanı özümüzə Vətən hesab edirik. Bu ölkənin hər bir uğuru ilə sevinir və fəxr edirik. Bir neçə ay əvvəl Azərbaycan əsgərlərinin erməni işğalçılarına necə toy tutduqları yadımızdan çıxmayıb. Bu xəbəri eşidəndə bir neçə gün bayram etdik. Deməli, düşməni yerində oturdan, onları işğal etdikləri ərazilərdən qova bilən igid qardaşlarımız var. İnanın ki, İranda yaşayan azərbaycanlıların bu xəbərdən uçmağa qanadları olmadı. Axır ki, ermənilər Azərbaycan Ordusunun gücünü gördülər. Biz isə bunu səbirsizliklə gözləyirdik.
Mən İranda
“Sky Goldengate” agentliyinin
rəhbəriyəm. Müxtəlif ölkələrə turist
səfərlərinə qruplar
təşkil edib, aparırıq. Nə
gizlədim, bəzən
turist səfərlərinə
gedənlərin sayı
çox az
olur. Ancaq Azərbaycana gəlmək
istəyənlər o qədər
çox idi ki, hətta biz bunu qruplaşdırmaqda çətinlik çəkirdik.
Hamı deyirdi ki, Vətənim
Azərbaycanı, onun
inkişafını, səmimi
insanları öz gözlərimlə görmək
istəyirəm. Budur, artıq
arzularımız reallığa
çevrilib. Biz Bakının küçələrində
sərbəst gəzirik.
Buralar çox gözəldir.
Mən peşəmlə əlaqədar
dünyanın əksər
ölkələrində olmuşam.
Ancaq Azərbaycandakı
gözəlliyi, müxtəlif
dizaynlı hündürmərtəbəli
binaları, yaraşıqlı
parkları gördükdə
fikirləşirəm ki,
Bakı dünyanın
əksər şəhərlərindən
fərqlidir: həm qədimliyi, həm də müasirliyi ilə. Yarışlara gəlincə isə,
gözlədiyimizdən də
maraqlı keçdi.
Təşkilati işlərin
yüksək səviyyədə
qurulması Azərbaycanın ən məsul idman yarışlarını da yüksək səviyyədə keçirməyə
qadir ölkə olmasını bir daha təsdiqlədi.
Steve Larvis (Böyük Britaniya):
— Azərbaycanda heç olmamışdıq. “Formula
-1" yarışmasının Bakıda keçirildiyini eşidəndə internetə
girib Azərbaycan haqqında məlumatlar topladıq. Bu ölkədə
son illər baş verən hadisələrlə,
qazanılan uğurlarla,
Ermənistanla müharibənin
yaranma səbəbləri
ilə tanış
olduq. Açığını
deyim ki, xoşa gəlməyən
məlumatlara da rast gəldik. Əvvəlcə Bakıya gəlməyə
tərəddüd etdik.
Sonra öyrəndik ki, son illər Bakıda bir-birinin ardınca beynəlxalq əhəmiyyətli
tədbirlər keçirilib
və hamısı da yüksək səviyyədə başa
çatıb. Buna qədər ”Eurovision"
mahnı müsabiqəsinin,
birinci Avropa Oyunlarının və digər tədbirlərin təhlükəsiz başa
çatdığını öyrəndik. Son illər
isə Bakının beynəlxalq tədbirlərin
mərkəzinə çevrilməsi
və bu tədbirlərin təşkilatçılıq
işlərinin yüksək
səviyyədə qurulması
bizi “Formula -1" yarışına gəlməyə
ürəkləndirdi. Bakıya
gələndən sonra Azərbaycan
haqqında yazılan tənqidi məqalələrin
qərəzli olduğunu
bildik.
Söhbətə Steve Larvisin həyat
yoldaşı Sal Larvis
də qoşuldu:
— Bakıda gördüklərimizə
heyran qalmışıq.
İnsanlar o qədər mehriban və səmimidir ki, onlarla danışmaqdan
doymaq olmur. Hər hansı bir yerə getmək istədikdə, qarşımıza
çıxan insanlardan
həmin ünvanı
soruşduqda bizi ora qədər aparırlar. Bizimlə
əsl dost kimi davranırlar. Şəhərdəki ab-havanı gördükcə
bu vaxta qədər Azərbaycana gəlməməyimizdən peşmançılıq
çəkirik. Qərara
almışıq ki, hər il
Azərbaycana gələk,
məzuniyyətimizi burada
keçirək. Yerli sakinlər deyirlər ki, Azərbaycanda elə rayonlar var ki, həmin
rayonlardakı təbii
müalicəvi əhəmiyyətli
sular, yerdən çıxan
qaynar su və isti mazutlar
min bir dərdin dərmanıdır. “Formula -1" yarışmasına gəlincə
isə, deyim ki, bu. çox mürəkkəb və çətin bir prosesdir. Bu yarışlara
hazırlıq işləri
böyük səbir və təmkin tələb edir. Mən hazırlıq işlərini
görəndən sonra
tam əmin oldum ki, bu gün
Azərbaycan Olimpiya Oyunlarını da keçirməyə qadir ölkədir.
Johannes
Dressler (Almaniya):
— Mən özüm Almaniyadanam, xanımım isə Moskvadandır. Hər ikimiz Almaniyada SAP Kompaniyasında çalışırıq.
Bu bizim Azərbaycana
3-cü səfərimizdir. İki yaşlı qızımızı da gətirmişik ki, məktəbə gedəndə
sinif yoldaşlarına
fəxrlə desin: Mən Azərbaycanda keçirilən “Formula -1" yarışının
ən kiçik tamaşaçılarından
biri olmuşam. Hər dəfə Bakıya gələndə bizə elə gəlir ki, bu şəhərdə
birinci dəfədir ki, oluruq. Hər gəlişimizdə yeniliklərlə
qarşılaşırıq. Bu dəfə isə Bakı tamamilə tanınmaz olub. Qısa müddətdə
şəhərdə elə
hündürmərtəbəli binalar tikilib ki, lap xəyallarda olduğu
kimi. Bu yarışlar
üçün aparılan
hazırlıq işlərinin
az bir vaxtda
belə yüksək səviyyədə başa
çatdırılması adamı heyran qoyur.
Katya
Dressler:
— Ümumiyyətlə, beynəlxalq
səviyyəli idman yarışlarının keçirilməsi
hər bir ölkəyə baha başa gəlir. Bir də ki, bu
səviyyəli yarışları
hər ölkə keçirə bilməz.
Bundan ötrü ilk növbədə
yüksək iqtisadi inkişaf tələb olunur. İqtisadiyyatı zəif olan
ölkələr beynəlxalq
idman yarışları
keçirə bilməzlər.
Azərbaycanda isə belə nüfuzlu yarışlar demək olar ki, hər
il keçirilir.
Ötən il
ilk Avropa Oyunları, bu il “Formula -1” Qran-prisi, gələn il İslam Həmrəylik
Oyunları və yenə də “Formula -1” yarışması. Bütün bunlar
yüz milyonlarla vəsait deməkdir.
Üstəlik, bu yarışlara
hazırlıq işlərini
də nəzərə
alsaq, çox çətindir. Ancaq Azərbaycan
çətinliklərin öhdəsindən
layiqincə gəlir, belə mürəkkəb
yarışları yüksək
səviyyədə başa
çatdırır.
Nandan Gautam (Hindistan, Bangalore):
— Mənim oğlum bir
neçə ildir ki, Bakıda yaşayır və burada işləyir. Həmişə mənə deyirdi
ki, səni Azərbaycana aparacağam.
Görəcəksən ki, dünyada
necə gözəl bir ölkə, mehriban insanlar var. Doğrusu, tez-tez eşidirdim ki, Azərbaycanda müharibə
gedir. Yaşım 70-i haqlayıb. Oğluma görə çox narahat idim. O isə məni inandırırdı ki, heç bir müharibə yoxdur. Qonşu ölkə olan Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini zəbt edib. Müharibəni
də edən ermənilərdir.
Oğlum
onu da deyirdi
ki, Bakıda tam sakitlik və əmin-amanlıqdır. Müxtəlif xalqların nümayəndələri
küçələrdə sərbəst gəzir, hər kəs öz işi ilə məşğuldur.
Azərbaycanlılar çox mehribandırlar.
Oğlum
“Formula -1" yarışmasına mənim üçün də biliet aldı. İndi mən onunla
birlikdə Bakının
küçələrində sərbəst gəzirik.
Mənim
milli geyimim azərbaycanlıların çox
xoşuna gəlir.
Gəzdiyimiz yerdə neçə
nəfər yaxınlaşıb
mənimlə şəkil
çəkdirməyə icazə
istəyib. Böyük həvəslə
onlarla şəkil çəkdirirəm. Bunlar mənə
Azərbaycandan yadigardır.
Mən Hindistanda hamıya Azərbaycanın necə gözəl ölkə, insanların mehriban, qonaqpərvər, səmimi
olduğunu deyəcəyəm.
Müharibənin isə Ermənistan
tərəfindən aparıldığı
barədə məlumat
verəcəyəm.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
foto Rafiq Salmanovundur,
“Xalq qəzeti”
Xalq qəzeti.- 2016.- 21 iyun.- S.6.