İpoteka kreditləşməsi dövlətin vətəndaşlara olan diqqət və qayğısının bariz təcəssümüdür

 

Azərbaycan iqtisadiyyatında əldə olunan uğurların son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayan dövlət başçısı cənab İlham Əliyev sosial sahədə həyata keçirilən ciddi proqramların mahiyyətini izah edərək demişdir: “...Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılmış, uğurlar əldə edilmişdir. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq üçün çalışırlar”.

 

Son illərin  reallıqları göstərir ki, ölkənin iqtisadi tərəqqisindən, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Bu baxımdan son illərdə sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür.

 

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin əsas mahiyyəti də əhalinin faydalı məşğulluğunun təmin edilməsindən, yeni yerlərinin açılmasından, sosial müdafiədə ünvanlılıq və səmərəlilik prinsipinə üstünlük verilməsindən, əlillərin, aztəminatlı, habelə şəhid ailələrinin, bu qəbildən olan digər şəxslərin həyat səviyyəsinin yüksəldilməsinə lazımi şərait yaradılmasından ibarətdir.

 

Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması da dövlətin sosial-iqtisadi siyasətində əsas yer tutur. Son illər bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəticəsində mənzilə ehtiyacı olan əhali qruplarının ipoteka kreditlərinə çıxışının artması təmin edilmiş, 17 mindən artıq ailəyə 700 milyon manatdan çox ipoteka krediti, o cümlədən dövlət büdcəsindən ayrılan vəsait hesabına 5 minə yaxın ailəyə 190 milyon manat güzəştli ipoteka krediti verilmişdir.

 

Bu sahədə görülən ciddi işlərə baxmayaraq, əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənilməmişdir. Buna görə də həmin   kateqoriyadan olan insanların əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanları asanlaşdırılmalı, ipoteka kreditləşməsi sistemi təkmilləşdirilməlidir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hələ 27 oktyabr 2015-ci il tarixdə sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ilə bağlı işləri sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək məqsədilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması haqqında fərman imzalamışdır. Xatırladaq ki, həmin fərmana əsasən, Mərkəzi Bankın nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Azərbaycan İpoteka Fondu” ASC yaradılmışdır. “Azərbaycan İpoteka FonduASC-nin  bütün hüquq və öhdəlikləri, habelə əmlakı hüquqi varis kimi  sözügedən cəmiyyətə keçmişdir.

 

Dövlət başçısının yuxarıda adıçəkilən fərmanı ilə həmin “Azərbaycan İpoteka Fondu” ASC qarşısında ölkəmizdə əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin olunması mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerlixarici maliyyə resurslarını cəlb etmək   vəzifəsi qoyulmuşdur.

 

“Azərbaycan İpoteka FonduASC-nin  yaradılması haqqında fərmanda, eyni zamanda, vurğulanmışdır ki, adıçəkilən cəmiyyətin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan, təmir edilən, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilən çoxmərtəbəli binalardakı mənzillərin alınmasına yönəldilməlidir.

 

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 22 iyun 2016-cı il tarixdə imzaladığı fərmana əsasən,  “Azərbaycan İpoteka FonduASC-nin Nizamnaməsi və  ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası təsdiq edilmişdir.

 

Fərmanla, eyni zamanda, cəmiyyətin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi məqsədi ilə “Elektron hökumət” portalında “Elektron ipotekasisteminin yaradılması və onun gələn il yanvar ayının 1-dən tətbiqinə başlanılması nəzərdə tutulmuşdur.

 

Sənəddə yuxarıda qeyd edilənlərlə yanaşı, “Elektron ipotekasisteminin təmin olunması da qarşıya mühüm  vəzifə kimi qoyulmuşdur. Xatırladaq ki, həmin sistemdə ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumat yerləşdiriləcəkdir. Bundan başqa, “Elektron ipotekasistemi sayəsində ipoteka krediti almaq istəyən şəxsin imkanı da ipoteka kalkulyatoru proqramı vasitəsilə müəyyənləşdiriləcəkdir.

 

Fərmanda, eyni zamanda, ipoteka kreditinin alınması üçün ayrıca olaraq hər bir müvəkkil bank üzrə ödəniləcək xidmət haqqının, habelə hər bir müvəkkil qiymətləndiricinin xidmətləri üzrə xidmət haqqının məbləğləri barədə məlumatın olması zəruri şərt kimi irəli sürülmüşdür. Bütün bunlarla yanaşı, ipoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real vaxt rejimində göndərilməsi  qeydiyyata alınması, münasib görüş vaxtının təyin edilməsi də sənəddə öz ifadəsini tapmışdır.

 

İpoteka kreditləşməsi üçün digər yeniliklər də nəzərdə tutulmuşdur. Belə ki, bundan sora  ipoteka krediti almaq üçün müraciət edən şəxslərin müvəkkil banklar tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatı aparılacaq, elektron kabinet yaradılacaq. Ödənişlər elektron formada reallaşdırılacaq.

 

Fərmanda ipoteka kreditləşməsini gerçəkləşdirmək üçün “Azərbaycan İpoteka Fondu  ASC ilə yanaşı, digər hökumət qurumlarına da müəyyən vəzifələr tapşırılmışdır. Məsələn, Rabitə və Yüksək Texnologiyalar NazirliyiElektron ipotekasistemininElektron hökumət” portalına inteqrasiyasını və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə ötürülməsini həyata keçirəcəkdir. Adıçəkilən nazirlik, həmçinin ipoteka kreditinin alınması üçün tələb edilən, aidiyyəti dövlət qurumlarının informasiya sistemlərində mövcud olan müvafiq məlumatların müvəkkil banklar tərəfindən “Elektron ipotekasistemi vasitəsilə alınmasını təmin edəcəkdir.

 

İpoteka kreditləşməsinin həyata keçirilməsində Daxili İşlər, Ədliyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi və Maliyyə Bazarlarına Nəzarət Palatası da iştirak edəcəklər.

 

Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli fərmanı ilə “Azərbaycan İpoteka FonduASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydası da təsdiq edilmişdir. Həmin qaydalarla adıçəkilən fondun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsinə dair tələblər, kreditin verilməsi proseduru, kredit üzrə hüquqların əldə olunması və geri alınması, habelə ipoteka kreditləşməsi ilə bağlı digər məsələlər  müəyyənləşdirilmişdir.

 

Qaydada ipoteka kreditinin verilməsinə dair bir sıra tələblər də öz ifadəsini tapmışdır. Belə ki,  “Azərbaycan İpoteka FonduASC-nin vəsaiti hesabına ipoteka kreditinin Azərbaycan manatı ilə ancaq ölkə vətəndaşına 3 ildən 25 ilədək, güzəştli ipoteka krediti isə 30 ilədək müddətə verilməsi tələbi mühüm bir vəzifə kimi qarşıya qoyulmuşdur. Bundan başqa, kredit  üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına yönəldilməlidir. Eyni zamanda, kredit  Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində, ölkənin digər şəhər və rayonlarında orta bazar qiymətindən artıq olmayan təmirli yaşayış sahələrinin alınmasına verilməlidir.

 

Güzəştli ipoteka kreditinin maksimal məbləği ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında ASC -nin  Müşahidə Şurası tərəfindən müəyyən ediləcəkdir. Bu zaman maksimal məbləğ  Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq,  Nazirlər Kabinetinin müəyyənləşdirdiyi Bakı şəhəri üzrə 7-ci zonada yerləşən, sahəsi 100 kvadratmetr olan təmirli yaşayış sahəsinin 1 kvadratmetrinin orta bazar qiyməti ilə hesablanmış dəyərindən artıq olmamalıdır. Güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri isə  “Azərbaycan İpoteka FonduASC-nin   Müşahidə Şurası tərəfindən müəyyən olunacaqdır.

 

Güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizi həcmində veriləcəkdir. Ancaq bu zaman kredit məbləğinin 85 faizdən az olması barədə borcalanın rəsmi müraciəti istisna olunur.

 

Güzəştli ipotekaya aid olmayan kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizindən çox və 75 faizindən az olmamalıdır.

 

İpoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın aylıq məcmu gəlirinin 70 faizini keçməməli,  kreditin son ödəniş tarixinə borcalanın yaşı pensiya yaşı həddindən çox olmamalı,  kredit yaşayış sahəsinin ipotekası ilə təmin edilməli, ipoteka ilə yüklənən yaşayış sahəsini müstəqil qiymətləndirici qiymətləndirməli, ipotekasaxlayanın hüquqları qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatına alınmalıdır.

 

Qaydaya əsasən, kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə ödəniləcəkdir. Borcalan ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından, ipoteka ilə yüklənən yaşayış sahəsi isə bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanacaqdır.

 

Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkünya ona bərabər tutulan, ən azı 3 il dövlət qulluğunda çalışan, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən, fəlsəfə doktoru elmi dərəcəsi olan  və digər nəzərdə tutulan imtiyazlı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər.

 

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə biləcəkdir.

 

Güzəştli ipoteka krediti dövlət büdcəsindən ayrılan vəsait, habelə dövlət zəmanətli istiqrazların emissiyasından əldə olunan vəsaitin güzəştli ipoteka kreditinə yönəldilən hissəsi hesabına veriləcəkdir.

 

İpoteka krediti almaq istəyən şəxs, müvəkkil bank tərəfindən kreditin verilməsinə dair ilkin razılıq qərarı elektron sistemdə yerləşdirildiyi gündən 45 gün müddətində ipoteka krediti hesabına almaq istədiyi yaşayış sahəsini müəyyənləşdirməklə, müvəkkil edilmiş istənilən qiymətləndirici tərəfindən həmin yaşayış sahəsinin qiymətləndirilməsini aparmalıdır. Qiymətləndirici ipoteka krediti almaq istəyən şəxsin müraciət etdiyi gündən 3 günü müddətində qiymətləndirməni apararaq, qiymətləndirmə aktını müraciət edən şəxsə təqdim etməli və elektron sistemdə yerləşdirməlidir.

 

Müvəkkil bank tərəfindən ipoteka kreditinin verilməsinə razılıq barədə qərar elektron sistemdə yerləşdirildiyi gündən 10 günü müddətində ipoteka kreditinin rəsmiləşdirilməsi və kreditin verilməsi həyata keçirilir.

 

Vaqif BAYRAMOV,

Xalq qəzeti.-2016.-24 iyun.-S.4.