Milli Kitabxanada “Multikulturalizm və kitab” mövzusunda konfrans keçirilmişdir
Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,
Azərbaycan Respublikası
Prezidenti yanında Bilik Fondu və
Azərbaycan Milli Kitabxanasının birgə
təşkilatçılığı ilə “Multikulturalizm və kitab” mövzusunda konfrans və “Multikulturalizm” jurnalının ilk nömrəsinin
təqdimatı keçirilmişdir.
Milli Kitabxananın direktoru,
professor Kərim Tahirov
tədbirdə
çıxış edərək bildirmişdir ki, bu konfrans
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2016-cı il 11
mart tarixli sərəncamı
ilə təsdiq olunmuş
2016-cı ilin “Multikulturalizm
ili” elan edilməsinə dair Tədbirlər Planının
21-ci bəndinə müvafiq
olaraq keçirilir.
Bununla bağlı kompleks tədbirlərin regionlarda
da keçiriləcəyini diqqətə
çatdıran direktor,
multikulturalizmin Azərbaycanın
ənənəvi siyasətinin
çox mükəmməl
modeli olduğunu, ölkəmizin milli mədəniyyətinə inteqrasiya
olunan müxtəlif xalqların nümayəndəllərinin
harmonik inkişaf etdiyini bildirmişdir. Konfransda Atatürk Mərkəzinin müdiri,
Milli Məclisin deputatı Nizami Cəfərov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitik şöbəsinin müdiri
Nəriman Qasımzadə,
Yazıçılar Birliyinin
katibi, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid, Bəstəkarlar İttifaqının
katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, “Multikulturalizm” ədəbi-bədii,
elmi-publisistik jurnalının
baş redaktoru Fəxri Uğurlu, yazıçı-publisist Sədaqət
Kərimova və b. çıxış edərək
Azərbaycanın multikulturalizm
ənənələri ilə
bütün dünyanın
diqqətini cəlb etdiyini, multikulturalizmin Azərbaycan mədəniyyətinin
cövhəri olduğunu, xalqımızın
mədəniyyətində, başqa xalqlara münasibətində əsrlər
adlayıb gələn
bir anlayış olduğunu bildirmişlər.
Konfransın ikinci hissəsində mövzu ətrafında məruzələr dinlənilmişdir. Azərbaycan
Respublikasının Prezidenti
yanında Bilik Fondu İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi
Ramilə Qurbanlı, Bilik Fondunun əməkdaşı Reyhan
Yusifqızı, Multikulturalizm
Mərkəzinin analitik
şöbəsinin müdiri
Nəriman Qasımzadə, F.Köçərli
adına Uşaq kitabxanasının direktor
müavini Zahirə Dadaşova, Prezident Kitabxanasının əməkdaşı Əliyusif Məmmədov, Hərbi Akademiyanın dosenti, filologiya elmləri namizədi Münəvvər
Məmmədova, Polis Akademiyasının
müəllimi Rahim Məcnunov, AMEA-nın Mərkəzi Kitabxanasının
fondların formalaşması
şöbəsinin biblioqrafı
Sevil Əliyeva və b. öz çıxışlarında multikulturalizm
və kitab mövzusunda ətraflı məruzə
etmişlər. Milli Kitabxananın
əməkdaşları tərəfindən
hazırlanmış “Azərbaycanda
multikulturalizm” elektron məlumat bazası təqdim edilmişdir.
Sonda tədbir iştirakçıları “Multikulturalizm
Azərbaycanın həyat
tərzidir” adlı kitab sərgisi ilə tanış
olmuşlar.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq
qəzeti”
Xalq qəzeti.- 2016.- 25 iyun.- S.10.