Füzuli: bir tərəfdə
barıt qoxusu, bir tərəfdə
çörək ətri...
Füzuli ənənəvi kənd təsərrüfatı rayonudur. Düzdür, ötən əsrin 70-80-ci illərində üzümçülük burada sürətlə inkişaf etsə də taxılçılıq və heyvandarlıq onun iqtisadiyyatında əsas yer tutur. Ərazisinin 70 faizdən çoxu hələ də düşmən tapdağı altında olsa da, “sarı kəhraba” ustaları məhsul istehsalını nəinki azaltmış, hətta artırmışlar. Məsələn, neçə ildir ki, dalbadal Füzuli rayonu respublika üzrə 100 min ton həddini keçən rayonlar sırasındadır. Rayon statistika idarəsinin rəisi Rafiq Məstəliyev maraqlı müqayisələr aparır, fakt və göstəriciləri geniş təhlil edir, konkret nəticələrdən danışır. Elə bil ki, quru rəqəmlər onun dilində cana gəlir, builki bolluqdan, bərəkətdən xəbər verirdi:
– Cari il rayon üzrə 35828 hektarda taxıl əkilmişdir ki, onun da 23895 hektarı buğda, 11233 hektarı isə arpadır. Əgər əvvəlki illərlə müqayisə aparsaq, əkin sahələrinin xeyli artdığının şahidi olaraq. Biçinə də mütəşşəkül qaydada, hərtərəfli hazırlıqla başlamışıq. Bu günə kimi zəmilərdən 95 min tona yaxın məhsul toplanmışdır. Hazırda havalar biçin üçün olduqca əlverişli keçir. Fermerlər, sahibkarlar, kənd adamları hər dəqiqənin qədrini bilir, məhsulu qısa müddətdə və itkisiz toplamaq üçün bütün qüvvə və səylərini səfərbər etmişlər.
Ən əvvəl cəbhə xəttinə yaxın olan kəndlərdə biçinin gedişi ilə maraqlandıq. Alıxanlı kəndinə getməyi məsləhət gördülər. Düzdür, aprel döyüşlərində bu kəndin əkin sahələrinə, örüş yerlərinə düşmən mərmisi düşmüş, bəzi yerlərdə yanğın təhlükəsi yaranmışdır. Ancaq qarşı tərəfin hücum və basqınları kənd sakinlərinin əlini işdən soyutmamış, əkin-biçin işlərinin gedişinə mane ola bilməmişdir.
Bərəkətli Qarabağ torpağı bu il də bol məhsul yetişdirmişdir. Taxıl zəmilərində, bağ-bostan sahələrində gözlənildiyindən də artıq məhsul var. Biçinçilər isə, sözün əsl mənasında, gecəni-gündüzə qatıblar. Birincisi, ona görə ki, güllə məsafəsində yerləşən taxıl sahələrində məhsulu ən qısa müddətdə, özü də itkisiz toplamaq lazımdır. Digər tərəfdən, təbiətə də bel bağlamaq olmaz. Nə qədər ki, havalar quraq keçir, hər dəqiqə qiymətlidir.
Balaxan Məmmədov nəinki Alaxanlı kəndində, ümumiyyətlə, rayonda qabaqcıl fermerlərdən hesab olunur. Düzdür, burada digər kənd təsərrüfatı bitkiləri də yetişdirilir. Ancaq özünün dediyi kimi, taxılçılıq əsas yer tutur.
– Bərəkətli olsun, əkinçi qardaş.
– Xoş gəldiniz.
– Deyəsən, biçini yarıdan keçirmisiniz?
– Elədir. Qalan, bax, o təpələrin ətəyidir. Uzağı bir həftəlik
işimiz var.
– Atışma-hücum yoxdur
ki?
– Apreldə onların dərsini elə vermişik ki, hələ də özlərinə gələ
bilmirlər.
Balaxan Məmmədov onu da bildirdi ki,
bu il
məhsul ötən ildəkinən çox olacaq. Məhsuldarlıq da yüksəkdir.
Hələlik, hər hektardan
40 sentner götürürük.
Deməli, kənd adamının
illik çörəyi
olacaq. Qalanını isə bazara
çıxardacaq. Ümumiyyətlə,
bu gün kənddə iş elə qurulmuşdur ki, pal-paltardan, qənd-çaydan başqa bazara-dükana getmirik. Qalan nə varsa,
öz əlimizin halal zəhməti ilə bax, bu
torpaqdan çıxır. Qazaxlar kəndi. Aprel
döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin
uğurlu döyüş
əməliyyatlarının biri də məhz
bu istiqamətdə baş tutmuş, “ Lələtəpə” yüksəkliyi
erməni quldurlarından
azad olunmuşdur. Əvvəllər ermənilər elə
həmin yüksəklikdən
Qazaxlar kəndini, o cümlədən əkin-biçin
sahələrini daim atəş altında saxlayırdı. İndi isə
kənd də, kənd sakinləri də rahat nəfəs
ala bilirlər.
Qazaxlarda
tanış olduğum Oktay Alışovun dediyi kimi, son 20 ildə ilk dəfədir ki, qorxusuz-həyəcansız, hücum
və basqın olmadan biçin keçirilir. Taxılçılar ilk günlərdən yüksək sürət götürmüşlər. İndiyə
kimi zəmilərin 80
faizindən çoxu biçilib. Məhsuldarlıq da keçən illərə nisbətən
yüksəkdir. Elə sahələr
var ki, hər
hektardan 40-45 sentner taxıl əldə olunub. Bir sözlə, Qazaxlar
kəndinin fermerləri
taxıl biçinini bu gün-sabah başa çatdıracaqlar. Rayon üzrə
taxılçılıqda fərqlənən fermerlərin
son göstəriciləri ilə
maraqlandıq. Dedilər
ki, Aydın Hüseynov, Xəqani Cəfərov, Abdurrəhman
Bağırov və başqaları hər hektardan orta hesabla 55-60 sentner məhsul götürürlər.
Onu da öyrəndik ki, rayon icra hakimiyyəti nəzdində taxıl yığımını qısa
müddətdə, operativ
və itkisiz başa çatdırmaq üçün xüsusi
qərargah yaradılmışdır. Burada gündəlik
işlər yekunlaşdırılır,
qarşıya çıxan
çətinliklər dərhal
aradan qaldırılır,
fermerlərə əməli
kömək göstərilir.
Biz artıq bir neçə aydır ki, fəaliyyət göstərən Füzuli
Rayon Kənd Təsərrüfatı
İdarəsində də
olduq. İndi kənd təsərrüfatı
işlərinin gedişi,
fermerlərə, sahibkarlara,
kənd adamlarına əməli kömək və istiqamət, planlaşdırma işləri
və s. məhz bu idarədə cəmləşmişdir. İdarənin rəisi Hüseyn Abbasov təcrübəli adamdır, uzun illər kənd təsərrüfatının müxtəlif
sahələrində rəhbər
vəzifələrdə çalışıb.
Söhbət zamanı
Hüseyn Abbasov rayonda kənd təsərrüfatı işlərinin
gedişi barədə
bunları dedi:
– Yerlərdə vəziyyətlə
ətraflı tanışlıqdan
sonra mütəxəssislərimiz
belə qənatə gəliblər ki, bu il rayon üzrə taxıl zəmilərindən
120 min tondan çox məhsul götürüləcəkdir.
Biçinə həmişəkindən tez başlamışıq.
Sürət və keyfiyyət
də bizi qane edir. Əsas diqqət və səylər ona yönəldirilmişdir ki,
biçin nəzərdə
tutulmuş müddətdə,
itkisiz və operativ şəkildə başa çatdırılsın.
Kənd təsərrüfatının digər
sahələrində də
işlərimiz yaxşı
gedir. Bu il 500 hektarda pambıq,141 hektarda kartof, 1200 hektarda bostan-tərəvəz
və s. yetişdirilmişdir.
Hazırda rayonda 33208 baş
qaramal, 129498 baş qoyun-quzu var. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə
xeyli artıqdır.
Ət, süd, yumurta istehsalı da artan sürətlə gedir.
...Arazın yaxası boyu uzanıb gedən taxıl zəmiləri bol məhsuldan xəbər verir. Bərəkətli Qarabağ torpağının
bir tərəfindən
barıt qoxusu, bir tərəfindən isə çörək ətri gəlir. Hamı elliklə iş üstündə, əkin-biçindədir. Cəbhə
xətti yaxın olsa da, kəndlərdə,
əkin-biçin sahələrində atəş
səsləri eşidilsə
də, bu, heç kimi qorxutmur, əlini işdən soyutmur. Ona görə ki, ön cəbhə
də, arxa cəbhə də etibarlı əllərdədir...
Bərəkətli
olsun!
Ziyəddin
SULTANOV,
Xalq qəzeti.-2016.-29
iyun.-S.6.