“Bakı-2015”-in ən gözlənilməz anı 5 mart

Bədən Tərbiyəsi və İdman Günüdür

 

Bu gün Azərbaycan bədən tərbiyəçiləri və idmançıları, bütün idman ictimaiyyətimiz növbəti dəfə öz bayramlarının sevinci ilə yaşayırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 5-nin ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günükimi qeyd olunması haqqında 4 mart 2005-ci il tarixli sərəncam imzalamasından artıq 11 il ötür.

 

O  vaxtdan hər il respublikamızda gənclik, sağlamlıq və gözəllik bayramı böyük təntənə ilə, ildən-ilə artan nailiyyətlərimizin doğurduğu ruh yüksəkliyi şəraitində qeyd olunur. Ötənilki  bayram ilə indiki bayram arasında ən mötəbər idman hadisəsi isə Azərbaycan idmanının şöhrətini beynəlxalq dairələrdə daha da artırmış “Bakı-2015” birinci Avropa Oyunları olmuşdur. Bu bayram günündə Oyunların qəhrəmanlarından biri İlham Zəkiyevin gözlənilməz və xoş təşəbbüsünü xatırlamaq yerinə düşər.

İdman mətbuatında çalışdığım, demək olar, yarım əsr ərzində hamı üçün gözlənilməz, eyni zamanda, hamının qəlbini riqqətə gətirən o axşamkı kimi səhnənin şahidi olmamışdım. Hərçənd, bütün bu dövr ərzində qaynar idman meydanlarında baş verən hadisələri ən azı peşə borcum kimi yaxından-uzaqdan izləmişəm. Lakin əvvəlcə 2012-ci ilə qayıdaq.

“...Bu mənim üçün çox gözlənilməz oldu. Bu ”Qızıl çinar" təkcə İlham Zəkiyevə verilən mükafat deyildir. Bu, Azərbaycan idmançılarının qələbəsidir".

Fədakar insan olduğu qədər də təvazökarlığı ilə seçilən, Azərbaycan idmanında, bütün ölkəmizdə ən görkəmli, deməli, həm də ən sevimli şəxsiyyətlərdən biri İlham Zəkiyev bu sözləri ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümüonun adını daşıyan Fondun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə 2012-ci il mayın 10-da Heydər Əliyev Mərkəzində keçirilən təntənəli mərasimdə Fond tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatını qəbul edərkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya böyük minnətdarlıq hissi ilə söyləmişdi.

“Qızıl çinar” 2012-nin iki sahibindən biri, o zaman Litva Respublikasının Azərbaycandakı səfiri Kestutis Kudzmanas bu yüksək mükafata Heydər Əliyev Fondunun təhsil sahəsindəki fəaliyyətinə göstərdiyi böyük dəstəyə görə layiq görülmüşdüsə, Əməkdar idman ustası İlham Zəkiyev  beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etdiyinə, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırdığına, dövlət himnimizi səsləndirməklə Vətənimiz, xalqımız naminə göstərdiyi əvəzsiz xidmətlərə görə mükafatlandırılmışdı...

...2015-ci il iyunun 26-da, “Bakı-2015” birinci Avropa Oyunlarının on beşinci günü Heydər Əliyev adına İdman Sarayında çıxış edən paralimpiyaçı cüdoçuların görüşləri başa çatdıqdan sonra tarixdə ilk Avropa Oyunlarının çempionu adını qazanmış İlham Zəkiyev tamamilə gözlənilməz təşəbbüsü ilə bir andaca hamını heyrətə gətirdi. İkiqat alqışa layiq həmin cəsarətli təşəbbüs xatirələrdə hələ təzə olsa da, onu bir daha yada salaq.

Paralimpiya Oyunlarının iki qızıl və bir bürünc medalının sahibi İ.Zəkiyev yarımfinalda yunanıstanlı rəqibi üzərində qələbədən sonra, finalda Ukrayna cüdoçusu Aleksdandr Pominovu da məyus edərək Avropa Oyunlarının çempionu adını qazanır.

Bir qədər sonra isə qaliblərə medalların təqdim olunması mərasimində çempion hamını mat qoyur. Bayaqdan tribunadan görüşlərin gedişini diqqətlə izləyən dövlət başçımız, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təşkilatçılar tərəfindən qalibləri mükafatlandırmağa dəvət olunduqdao, qızıl medalı sahibinə təqdim etdikdən sonra İ.Zəkiyev Prezidenti də fəxri kürsüyə dəvət edironlar zirvədə yanaşı dayanıb idman sarayına toplaşmış tamaşaçıları salamlayır, möhkəm dəstəyə görə minnətdarlıqlarını bildirirlər.

Tarixi məqam idi. Həmin anı “Bakı-2015” birinci Avropa Oyunlarının ən möhtəşəm qələbəsi kimi də qiymətləndirmək olardı. İlham Zəkiyevin uğuru təkcə onun özünün yox, Prezident İlham Əliyevin, bütün Azərbaycan xalqının qələbəsidir!

Belə qələbələr tarixdə əbədi yaşayır. Elə həmin təşəbbüs də nə vaxtsa unudulası deyil. Əksinə, idman dünyasına nümunə ola biləcək təşəbbüsdür.

Paralimpiya Oyunlarının ikiqat çempionubirinci Avropa Oyunlarının qızıl medalının sahibi, “Şöhrət” ordenli İlham Əzizağa oğlu Zəkiyev qarşıdakı sentyabrda Rio-de-Janeyroda keçiriləcək XV Paralimpiadaya da lisenziya qazanmışdır. Əlbəttə ki, Oyunların üçqat çempionu olmaqbir daha zirvəyə yüksəlmək arzusu ilə.

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2016.- 5 mart.- S.5.