AZƏRBAYCAN -TÜRKİYƏ: Gücümüz
birliyimizdədir və
bütün beynəlxalq məsələlərdə
bir yerdəyik,
bir-birimizin yanındayıq
Bu il Azərbaycan müstəqilliyinin
bərpasının 25-ci ildönümünü
qeyd edəcək. Bizim
müstəqilliyimizi tanıyan ilk ölkə
Türkiyə olmuşdur.
O gündən bu günə qədər bizim
əməkdaşlığımız dərinləşir, inkişaf edir və bu gün strateji
tərəfdaşlıq səviyyəsinə
qalxmışdır. Bu gün
Türkiyə və Azərbaycan dünya
miqyasında bir-birinə ən yaxın olan
ölkələrdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Türkiyə bütün sahələrdə Azərbaycanın
ən yaxın strateji müttəfiqidir.
Şükürlər olsun ki, ikitərəfli əlaqələrimiz bir çox ölkənin
qibtə etdiyi və nümunə götürdüyü səviyyədə davam edir. Bu
iclasımız, inşallah, mövcud əməkdaşlığımızı
daha da inkişaf
etdirəcək və möhkəmləndirəcək.
Rəcəb Tayyib ƏRDOĞAN
Türkiyə Prezidenti
Qardaş ölkənin dövlət başçısının həm fevral, həm də mart aylarında Azərbaycana səfər edərək, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak etmək planı ümumtürk tərəqqisindən ciddi şəkildə narahat olan qüvvələrin yuxusuna haram qatırdı.
Ona görə də, bu qardaşlıq və dostluq münasibətlərini əngəlləməyə çalışan qüvvələr hər iki səfər ərəfəsində Türkiyə ərazisində terror aktları törətdilər ki, adıçəkilən şuranın iclasları baş tutmasın. Ancaq zaman sübut etdi ki, türk əzmi, qətiyyəti bütün bədniyyətli adamların istəklərini gözündə qoymaq iqtidarındadır.
Bir neçə il qabaq Praqada keçirilən beynəlxalq tədbirdə Türkiyə nümayəndəsinin yoxluğundan istifadə edən Serj Sarkisyan Ankaranın ünvanına cəfəngiyyat və sərsəm fikirlər söyləyəndə Azərbaycan Prezidentindən çox sərt cavab almışdı. Türkiyə ekspertləri yazırlar ki, Prezident İlham Əliyev bu il martın 15-də türk xalqlarının düşmənlərinə Praqadakından beş qat artıq zərbə vurdu.
Azərbaycan xalqı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaradakı qanlı terror hadisəsindən sonra Bakı səfərini ikinci dəfə təxirə salmaq məcburiyyəti ilə üz-üzə qalmasından ciddi şəkildə narahat olmuşdu.
Belə bir zamanda İlham Əliyev həmişə olduğu kimi, yenə də 50 milyonluq azərbaycanlıların ürəyinə toxtaqlıq, əminlik gətirən bir addım atdı. “Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası martın 15-də Ankarada keçiriləcək” xəbəri Türkiyəni lərzəyə salan terror hadisəsindən qat-qat sürətlə yayıldı və Prezident İlham Əliyevin düşmən xəyanətinin acısını yaşayan qardaşının yanına getməsi milyonlarla insan tərəfindən alqışlandı, təqdir olundu. Ən böyük alqışı isə təbii ki, qardaş ölkənin dövlət başçısının dilindən eşitdik: “Millətimizin və ölkəmizin bu çətin günündə— Ankaranın mərkəzində, Kızılayda tamamilə mülki əhaliyə qarşı həqiqətən çox ciddi terror aktı — terrorçu-intiharçının törətdiyi hücumla bağlı göstərdiyiniz həmrəyliyə görə öz adımdan və millətimiz adından təşəkkür edirəm. Bu gün Siz mərhum Heydər Əliyevin ”Bir millət, iki dövlət" kəlamını yaşayaraq, bunu açıq-aşkar nümayiş etdirdiniz. Bu səfərinizlə bütün dünyaya, xüsusilə də dünyadakı bütün terror təşkilatlarına və onların arxasındakı qüvvələrə çox güclü və dəqiq mesaj verdiyinizə əminəm. Sizə millətim adından bir daha təşəkkürümü bildirirəm".
Dünyanın ədalətsevər insanları yazdılar ki, Prezident İlham Əliyevin belə bir çətin məqamda türk xalqının və Türkiyə dövlətinin yanında olması adi bir siyasi fəaliyyət deyil, konkret ünvanlara istiqamətləndirilmiş tarixi mesaj idi. Bəzi siyasətçilər isə həmin mesajın qarşılığından da söz açırlar. Onların fikrincə, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında, Türkiyənin dövlət başçısının dilindən səslənən “Türkiyə bütün sahələrdə Azərbaycanın ən yaxın strateji müttəfiqidir. Şükürlər olsun ki, ikitərəfli əlaqələrimiz bir çox ölkənin qibtə etdiyi və nümunə götürdüyü səviyyədə davam edir. Bu iclasımız, inşallah, mövcud əməkdaşlığımızı daha da inkişaf etdirəcək və möhkəmləndirəcək. İclasımızın əsas mövzuları enerji, nəqliyyat, iqtisadiyyat və hərbi təhlükəsizlik, yəni, müdafiə sahəsində əməkdaşlıq olaraq müəyyənləşdirilib. Dünyadakı hazırkı iqtisadi və siyasi vəziyyəti nəzərə aldıqda mən bu məsələlərin çox dəqiq seçildiyini vurğulamaq istəyirəm”,— ifadələrinin özü də Azərbaycanın bədxahlarına göndərilən mesaj idi.
Cənab Ərdoğanın dilindən səslənən “Hərbi təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq” ifadələri Ermənistanda və ermənipərəst ölkələrin paytaxtında Ankarada törədilmiş terrordan qat-qat artıq əks-səda vermişdi.
Dövlət başçılarının müzakirələr zamanı xüsusi əhəmiyyət verdikləri digər bir məsələ də var idi ki, o məsələ türk bədxahlarının qulağında daim həyəcan təbili çalır. Türkiyə Prezidentinin yada saldığı məqam ermənilərin və erməniliyin qulağına rahatlıq verməyən həmin təbilin səsini birə-beş qat artırdı: “Əhəmiyyət verdiyim digər məqam isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin və təsir dairəsinin daha da artırılmasıdır. Asiya iqtisadi və ticari baxımdan XXI əsrin mərkəzinə çevrilir. Qafqaz bölgəsi isə Asiya ilə Avropa arasında ən mühüm nəqliyyat, ticarət və enerji marşrutlarından biri kimi get-gedə daha çox diqqət mərkəzinə çevrilir. Bu baxımdan tarixi ”İpək yolu"nun bərpası və təkmilləşdirilməsi məqsədilə həyata keçirilən işlər qətiyyətlə davam etdirilməlidir. Azərbaycanın həmin layihələr üzrə qovşaq və yolların kəsişməsində yerləşməsi baxımından mühüm rolu var. Başda Bakı və Ələt limanlarında aparılan işlər olmaqla, logistik dəhlizi əhatə edən bütün layihələrdə Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində işləmək istəyirik".
Azərbaycan Prezidentinin “Bu dəhşətli
terror aktı bizi də sarsıtdı. Azərbaycan xalqı, həmişə
olduğu kimi, bu gün də
türk xalqı ilə birlikdədir.
Biz həmrəyik, dostuq, qardaşıq.
Bizim əlaqələrimizin təməlində
xalqlarımızın birliyi,
qardaşlığı dayanır.
Yaxşı günlərdə
də, ağır günlərdə də
biz hər zaman bir-birimizin yanındayıq”,— deyimi İlham
Əliyevin hələ
2003-cü ildə, ilk dəfə
dövlət başçısı
seçilərkən dediyi
“bizim siyasətimiz sözlə deyil, əməli işlərlə
ifadə olunacaq”- qətiyyətini
yada salırdı.
Çünki Azərbaycan Prezidenti
həm daxili, həm də xarici siyasətdə öz əməli fəaliyyəti ilə seçilən liderlərdəndir.
Bütün addımlarda
inkişafı, tərəqqini
dəstəkləyən Prezident
İlham Əliyev bu tendensiyanın qardaş ölkədə
də sürətlə
davam etməsindən məmnunluq ifadə etdi: “Türkiyənin son illər
ərzində sürətli
inkişafı da bizi sevindirir. Türkiyə bu gün dünya miqyasında güclü ölkələr
sırasındadır. Türkiyənin bütün dostları
buna sevinirlər, ilk növbədə Azərbaycan
xalqı buna sevinir”.
Dövlət başçılarını görüşlərindən, xüsusən,
Azərbaycan-Türkiyə Yüksək
Səviyyəli Strateji
Əməkdaşlıq Şurasının
beşinci iclasındakı
müzakirələrdən, eləcə də sənədlərin
imzalanması mərasimindən
sonra Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış
ediblər. Ev sahibi kimi birinci bəyanatla çıxış edən
Rəcəb Tayyib Ərdoğanın qardaşlığın
yaratdığı gücü,
həmrəyliyi dilə
gətirməsi təsadüfi
deyildi. Çünki
bu gün istənilən türk dövlətinin üstünə
diş qıcıyanlar
çoxdur, o ki ola Türkiyə
və Azərbaycan kimi sürətlə inkişaf edən türkdilli ölkələrə.
Cənab Ərdoğanın
bəyanatındakı bu
sətirlər
türk düşmənlərinin
yaddaşında hələ
uzun illər qalacaq: “Mən bu səfəri, bu gün burada
Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq
Şurasının iclasını
həm bu hadisə ilə bağlı birlikdə gücümüzü, həmrəyliyimizi,
həm də bütün terror hücumlarına
qarşı birlikdə
olduğumuzu milli və beynəlxalq miqyasda göstərmək
baxımından çox
yüksək qiymətləndirirəm.
Mən Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq
Şurasının bu
iclasının Ankaramızda
keçirilməsini çox
təqdirəlayiq hesab
edirəm və mərhum Heydər Əliyevin dediyi kimi, “Bir millət,
iki dövlət” anlayışının daha
bir təzahürü
olduğunu bildirirəm.
Qardaşım İlham Əliyev
Azərbaycanın millətimizin
dar günündə dostu olduğunu bir daha göstərdi.
Buna görə ona dərindən təşəkkürümü bildirirəm".
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq
Şurasının beşinci iclasında enerji, nəqliyyat, müdafiə,
hərbi və bütün bu istiqamətlərdə əməkdaşlıq
məsələləri müzakirə edildi, ölkələrarası
əməkdaşlığa yeni stimul verəcək altı müqavilə imzalandı.
Tərəflər əmindirlər
ki, Ankarada imzalanmış sənədlər əməkdaşlığımızı
sürətləndirməklə yanaşı, beynəlxalq
aləmdəki nüfuzumuza
da yeni çalarlar
gətirəcək.
Həmin məsələni növbəti
dəfə dilə gətirən Azərbaycan
Prezidenti yada saldı ki, biz bütün sahələrdə
uğurla əməkdaşlıq
edirik. Bu gün
burada imzalanan sənədlər, apardığımız
danışıqlar bir
daha bizim birliyimizi nümayiş etdirir. Biz beynəlxalq
müstəvidə bir-birimizi
daim dəstəkləyirik:
“Biz çox şadıq
ki, Türkiyə dünya çapında güc mərkəzinə
çevrilibdir. Əziz qardaşımın
yorulmaz fəaliyyəti
nəticəsində Türkiyə
son illər ərzində
böyük zirvələrə
qalxa bilmişdir.
Türkiyənin dünyadakı rolu
artır, mövqeləri
möhkəmlənir. Türkiyəyə dünya birliyi
tərəfindən bəslənilən
inam və rəğbət bizi sevindirir”.
“Nə qədər Türkiyə güclü
olarsa, bir o qədər biz güclü
olacağıq”,— deyən dövlət başçımız əlavə
elədi ki, bizim gücümüz birliyimizdədir və bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik, bir-birimizin yanındayıq.
Türkiyə hər zaman
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
ədalətli, beynəlxalq
hüquq normalarına
uyğun həllinin tərəfdarı olmuşdur
və bu dəstək bu gün də göstərilir. Azərbaycanın ərazi bütövlüyü
pozulub, bərpa edilməlidir, beynəlxalq
təşkilatlar tərəfindən
qəbul olunmuş qərar və qətnamələr icra edilməlidir. Biz bu məsələ ilə bağlı ikili standartlarla üzləşmişik və
Türkiyə kimi böyük dövlətin
göstərdiyi dəstək
bizim üçün
çox önəmlidir.
Sonda xüsusilə qeyd edilməli başqa bir məqam da var. Prezident İlham Əliyevin Ankara səfəri zamanı qarşılanmasından yola salınmasına qədər olan məqamlar, xüsusilə , Prezident Rəcəb Tayyib Ərdoğanla görüşlərdə nümayiş etdirilən qardaş səmimiyyəti, təbiilik, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının materialları, imzalanan sənədlər, ümumiyyətlə, bütün detallar Türkiyə ictimaiyyəti, qardaş ölkənin mətbuat vasitələri və çoxsaylı ekspertlər, politoloqlar tərəfindən yüksək səviyyədə təqdir və təbliğ olundu. Türk jurnalistlərdən birinin yazdığı “ Prezident Əliyev Türkiyənin son beş aydakı üç terror hadisəsində aldığı acıların azaldılmasını bacardı”,—ifadəsi , eləcə də müxalifət partiyalarından birini təmsil edən İsa Yaşar Tezelin “Azərbaycan Prezidentinin bu gözəl jestini dövlətimiz və millətimiz heç bir zaman unutmayacaq”,- deyə nümayiş etdirdiyi qədirbilənlik nümunəsi mətbuatın diqqətindən yayınmadı.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2016.- 19
mart.- S.1-2.