“1941-45-ci illər müharibəsində Bakı nefti olmasaydı, faşizm üzərindəki qələbədən söhbət belə gedə bilməzdi”

 

İkinci Dünya müharibəsi əyani şəkildə  bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüağ çıxmağa, misilsiz şücaət və rəşadət  nümunələri göstərməyə qadir olan çox dözümlü və qəhrəman xalqdır.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

 O günün dünya xalqlarına bəxş edilməsi üçün mütərəqqi və sülhsevər insanların hamısı, dünya xalqlarının böyük əksəriyyəti, Avropa, AsiyaAmerika qitələrinin bir çox dövlətləri çalışıb, qan töküb, mübarizə aparıblar. Ona görə də 9 May  – Qələbə Günü münasibətilə hamının danışmağa haqqı var.  Ancaq, eyni zamanda, hamı etiraf edir ki, bu gün artıq 71-ci dəfə qeyd etdiyimiz   tarixi Qələbənin qazanılmasında  daha çox Azərbaycanın, xüsusən, Bakı neftinin rolu olmuşdur.

...Tarixçi alimlərin “Mənəvi sərvətlər xəzinəmizə nadir töhfə” adlandırdığı bir kitabda - ulu öndər Heydər Əliyevin “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına Müraciət”ində İkinci Dünya müharibəsi və o müharibənin ən ağır yükünü çiynində daşımış Sovet xalqlarının Böyük Vətən müharibəsi illərində respublikamızın və xalqımızın göstərdiyi mərdlik və mübarizlik nümunəsi yüksək səviyyədə  yada salınır və  dəyərli bir tarixi örnək kimi qiymətləndirilir. Xatırladaq ki, həmin illərdə Azərbaycan   xalqı faşizmə qarşı döyüş meydanlarında, arxa cəbhədə, həmçinin Avropanın müxtəlif ölkələrindəki antifaşist hərəkatında misilsiz qəhrəmanlıqlar göstərmişdi. Respublikamızdan  hərbi səfərbərliyə alınmış 600 min nəfərin təqribən yarısı müharibədən qayıtmamış, 170 mindən çoxu  orden-medallarla təltif olunmuş, 130 nəfəri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Müharibə illərində Azərbaycanda akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hazırlanmış yeni texnologiya əsasında yüksək oktanlı aviasiya benzininin istehsalına başlanılmışdı. Nəticədə, Bakı neftçiləri və alimlərimiz böyük Qələbədə həlledici rol oynamışdılar.

XX əsrin bəxtinə düşən hər iki  cahan müharibəsi  dəhşətli nəticələrlə başa çatsa da, İkinci Dünya müharibəsinin fəsadları daha ağır idi. Çünki, tərəflər artıq daha müasir silah və hərbi texnika ilə vuruşurdu,  buna görə də insan tələfatı qat-qat çox olurdu. Dünyanın əksər dövlətlərini əhatə etmiş həmin müharibədə  milyonlarla insan qurban getmiş, böyük şəhərlər darmadağın edilmiş, xarabalığa çevrilmişdi. İtaliyadakı faşist və Almaniyadakı nasist diktaturaları təkcə öz ölkələrinin deyil, demək olar ki, bütün qonşu, yaxın və uzaq ölkələrin xalqlarını da fəlakətə düçar etmişdi.  Bu müharibədə dünyanın 61 dövlətindən 120 milyon adam iştirak etmiş, ideolojisiyasi yönümündən asılı olmayaraq, 50-dən çox dövlət antifaşist koalisiyasında birləşmiş, dünyanı faşizm taunundan xilas etmək üçün birgə mübarizə aparmışdılar.

Həmin illərdə respublikamızın  SSRİ tərkibində olduğuna görə  faşizmə qarşı amansız mübarizəyə  Azərbaycan da qoşulmalı olmuşdu.  Yuxarıda qeyd etdiyimiz kimi, xalqımız Böyük Vətən müharibəsinin əsas ağırlığını öz üzərinə götürmüş ölkələrdən  idi. İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən, azərbaycanlılardan ibarət 77-ci dağ atıcı diviziyası, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradılmış və onlar Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edilmişdi. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük və şərəfli bir döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi qəhrəmanlıq göstərmişdir.

Sovet İttifaqı Qəhrəmanı adına  layiq görülmüş  ilk döyüşçülər arasında azərbaycanlı İsrafil Məmmədovun da adı var idi. Bu ada iki dəfə layiq görülmüş həmyerlimiz, general Həzi Aslanovun şöhrəti isə bütün ittifaqa yayılmışdı. Sovet İttifaqı Qəhrəmanları Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz hünərləri ilə xalqımızın hərb tarixinə şanlı səhifələr yazdılar. Biz jurnalistlər üçün fəxr etməli ən başlıca məqam isə o idi ki,  Reyxstaqa Qələbə bayrağını sancanlar arasında bugünküXalq qəzeti”nə 17 il   baş redaktorluq etmiş mərhum Ağababa Rzayevolmuşdur.

Tarixçilər yazırlar ki, müharibə təkcə ön cəbhədə döyüşənlər üçün deyil, elə arxa cəbhədə qalanlar üçün də məşəqqətə çevrilmişdi. Təcili surətdə bütün SSRİ, o cümlədən Azərbaycan iqtisadiyyatı hərbi relslər üzərinə keçirilmişdi. Yüngülyeyinti sənayesi sahələri hərbiləşdirilmiş, az vaxt ərzində Bakı şəhəri döyüşən ordunun cəbbəxanasına çevrilmişdi. Bundan başqa, Azərbaycan neftçiləri   müharibə illərində 38 növ sürtkü yağı, 9 adda təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişdilər.

Tarix kitablarında və müharibə illərinin statistikasını göstərən mənbələrdə yazılır ki, 1941-ci ildə Azərbaycanın neft hasilatı tarixində rekord miqdarda — 23,5 milyon ton neft istehsal olunmuşdu. Bu, bütün SSRİ- istehsal olunan neftin 71,4 faizi demək idi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri keçmiş SSRİ- 75 milyon ton neft, 22 milyon ton benzin, sürtkü yağı başqa neft məhsulları vermişdilər. Sovet ordusunun təyyarə tankları, demək olar ki, Bakı nefti ilə işləyirdi. Təkcə onu demək kifayətdir ki, müharibədə hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Yəni, Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq fədakarlığını nümayiş etdirdi. BakıdaKatyuşaraketləri, “Şpakin pulemyotlarıistehsal edilir, “YAK-3” qırıcı təyyarələri yığılırdı.

 Fəxrlə yada salınmalı məqamlardan biri odur ki. böyük Qələbənin qazanılmasında Azərbaycan qadınının da kifayət qədər rolu olmuşdur. Çünki həmin illərdə   iqtisadiyyatı başdan-başa müharibə dövrünün tələblərinə uyğun qurulmuş respublikamızda orduya səfərbər edilmiş işçilərin əvəzinə qadınlar yeniyetmələr cəlb olunmuşdular. Müharibənin ilk ilində neft sənayesində işləməyə 11 min qadın gəlmişdi. Gənclərdən ixtisaslı kadrlar hazırlanması üzrə böyük işlər görülürdü. Müəssisələrdə kolxozlarda işləyənlərin təxminən 70 faizi qadınlar idi.

Respublika əhalisi Müdafiə Fondunun zənginləşdirilməsində özünəməxsus rol oynamışdı. Kənd əməkçilərimiz  müharibə illərində ölkəyə 500 min ton pambıq və digər strateji xammal vermişdilər. Zəhmətkeşlərimiz ölkənin Müdafiə Fonduna təmənnasız olaraq milyardlarla rubl könüllü vəsait və qiymətli əşyalar vermiş, müharibənin ilk üç ilində — 1941-1943-cü illərdə  Müdafiə Fonduna 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 311 milyon manatlıq istiqraz bağışlamışdılar. Cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərilmişdi.

Başqa bir məqamı da yada salaq. Belə ki,  bugünkü qatil  Ermənistan prezidenti Serj Sarkisyan kimi faşist Almaniyasının qatil füreri Adolf  Hitler də Azərbaycan torpaqlarına göz dikmişdi. Azərbaycanı işğal etmək Hitler Almaniyasının planlarına daxil idi.  Fürer hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsini hazırlamaq barədə tapşırıq da vermişdi.  Qafqaza hücum planında Bakının tutulmasının dəqiq vaxtı belə göstərilmişdi.  Yəni, tarix təkrar olunur. Həmin əsrin son onilliyində daha bir faşist, Hitlerdən də betər qaniçənlik etmiş Serj Sarkisyan Azərbaycanın Xocalı şəhərinin əhalisini qırmış, şəhəri xarabazara çevirmişdi. Amma yaxşı ki, tarix təkrar olunur. Məhz o təkrar nəticəsində biz 1945-ci il mayın 9-dakı Qələbənin sevincini  Sarkisyanın burnunu sındıraraq Xankəndiyə, Şuşaya Azərbaycan bayrağını sancanda  da yaşayacağıq...  1945-ci ildə o böyük Qələbə may ayında qazanılmışdı. Kaş ki...

Sonda xatırladaq ki, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirmişonlara hərtərəfli qayğı ilə yanaşmışdır. Məhz ulu öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılmışdır və 1994-cü ildən başlayaraq, Azərbaycanda Qələbə Günü qeyd olunur. Ölkəmizdə müharibə veteranlarına qayğının və onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuşya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə ordenmedallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması, 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar Azərbaycanın dövlət siyasətinin insan amilinə söykənməsi və humanist mahiyyət kəsb etməsinin növbəti bariz nümunəsidir.

 

İttifaq MİRZƏBƏYLİ,

 

Xalq qəzeti.- 2016.- 8 may.- S. 10.