Xoca Əhməd Yasəviyə həsr olunan

beynəlxalq elmi konfrans

 

Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılğı ilə XI əsrin məşhur mütəfəkkir-şairi Xoca Əhməd Yasəviyə həsr olunmuş beynəlxalq elmi konfranskitab sərgisinin açılış mərasimi keçirilmişdir.

 

Konfransı kitabxananın direktoru, professor Kərim Tahirov açmışdır. Sonra mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Xoca Əhməd Yasəvi yaradıcılığından danışmışdır.

TÜRKSOY-un baş katibinin müavini, professor Fırat Purtaş tədbirə ev sahibliyi etdiyinə görə Mədəniyyət Turizm Nazirliyinə Milli Kitabxanaya baş katib adından təşəkkürünü bildirmişdir.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov, Əhməd Yasəvi Universitetinin idarə heyətinin sədri, professor Musa Yıldız, millət vəkili Qənirə Paşayeva, Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman çıxış edərək türk dünyasının böyük mütəfəkkirinin yaradıcılığından söz açmışlar.

Xoca Əhməd Yasəviyə həsr olunmuş kitab sərgisi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2016.- 1 noyabr.- S.5.