Azərbaycan Ümumdünya
Turizm Təşkilatının
İcraiyyə
Şurasının sədri
seçilmişdir
Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri
Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə
heyəti Misirin Luksor şəhərində keçirilən
Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının
İcraiyyə Şurasının 104-cü sessiyasında
iştirak edib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat
yaymışdır.
Məlumatda deyilir ki, Azərbaycan öz namizədliyini sədrliyə təqdim etmiş və üzv ölkələrin dəstəyi ilə ölkəmizin sədrliyi təsdiqlənmişdir.
Sədrin birinci müavini Zambiya, ikinci müavini isə Serbiya seçilmişdir.
Bununla bağlı Azərbaycan adından sədr qismində çıxış edən Əbülfəs Qarayev sədrlik müddətində Ümumdünya Turizm Təşkilatı tərəfindən turizmin inkişafı və insanların rifahına töhfə verməsini, həmçinin 2017-ci ilin "İnkişaf naminə davamlı turizm beynəlxalq ili” olduğunu nəzərə alaraq bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləyəcəyini bildirib.
Azərbaycanın Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilməsi Prezident İlham Əliyevin dəstəyi və təşəbbüsü ilə turizm sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq ölkəmizin beynəlxalq turizm məkanında qazandığı nüfuz və etimadın, habelə BMT sisteminin ixtisaslaşmış təşkilatı olan Ümumdünya Turizm Təşkilatının və İcraiyyə Şurasına üzv olan dövlətlərin ölkəmizə olan etimadının göstəricisidir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2016.- 3 noyabr.- S.6.