Azərbaycanlı rəssam Roma Müasir

İncəsənət Akademiyasının fəxri üzvü seçilib

 

Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən biri olan Sakit Məmmədovun rəsmləri bu gün dünyanın məşhur muzeylərinin, qalereyalarının, habelə hərraclarda kolleksionerlərin məmnuniyyətlə əldə etmək istədikləri əsərlər sırasındadır.

 

Azərbaycanın Əməkdar rəssamı, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Rusiya Rəssamlıq və Avropa Təbiət Elmləri akademiyalarının fəxri akademiki , “Vətən övladı” qızıl ordeninin, “Dədə Qorqud” mükafatının, Leonardo da Vinçi medalının, “Avropanın şərəfi” ordeninin, Rusiyanın nüfuzlu “Minilliyin adamı” mükafatının sahibi, Vatikan Zadəgan Heraldika Akademiyasının qrafı Sakit Məmmədov dünya mədəniyyətinə verdiyi töhfələrə görə Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü seçilmişdir. Bu barədə Mədəniyyət  və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Avropa Təbiət Elmləri Akademiyasının  İrs” mərkəzindən bildiriblər ki, qurumun Rəyasət Heyəti də Sakit Məmmədovun təsviri sənətin inkişafına şəxsi töhfəsini nəzərə alaraq, onu K.Şpitsveq medalı ilə mükafatlandırıb.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2016.- 4 noyabr.- S.7.