Rumıniya səfiri Milli

Kitabxanada olmuşdur

 

Dünən Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri Dan İanku Milli Kitabxanada olmuşdur. Qonağı kitabxananın direktoru, professor Kərim Tahirov qəbul etmişdir.

 

Görüşdə  Azərbaycan ilə Rumıniya  arasında münasibətlərin möhkəm əsaslar,  qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğundan danışılmış, milli kitabxanalar arasında da əlaqələrin genişləndirilməsinin zəruriliyi bildirilmişdir.

Səfir ölkəmizə yeni təyin olunduğunu bildirmiş, hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin daha da möhkəmləndirilməsinə təkan verəcəyini söyləmişdir.

Səfiri kitabxana ilə tanış edən direktor müavini Ədibə İsmayılova onu kitabxananın yeni layihəsi olan “Açıq kitabxana” ilə tanış  etmişdir. Səfir “Açıq kitabxana”nı bəyənmiş, maraqlı və əhəmiyyətli layihə olduğunu söyləmiş, “Xatirə kitabı”na ürək sözlərini yazmışdır.

Azərbaycan Milli Kitabxanasının “Fotoalbomu (Azərbaycan, ingilisrus dillərində), mədəniyyət obyektlərini özündə əks etdirən xəritə və “Azərbaycan ədəbiyyatı” kitabı qonağa hədiyyə edilmişdir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2016.- 5 noyabr.- S.2.