Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci
il 25 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində
ümumi istifadədə
olan respublika və yerli əhəmiyyətli
avtomobil yollarının
saxlanması və istismarı üçün
xərclənməsi Qaydaları”nda
dəyişikliklər edilməsi
barədə
¹ 484 Bakı şəhəri, 25 noyabr
2016-cı il
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
“Azərbaycan Respublikasının
dövlət büdcəsinin
tərkibində “Avtomobil
yolları” Məqsədli
Büdcə Fondunun yaradılması haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 20 iyul tarixli 2227 nömrəli Sərəncamının 2.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 25 yanvar tarixli 13 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2007, ¹ 1, maddə 57; 2008, ¹ 2, maddə 125; 2013, ¹ 8, maddə
1024; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2016-cı il 11 oktyabr tarixli 406 nömrəli qərarı) ilə təsdiq edilmiş “Avtomobil yolları” Məqsədli Büdcə
Fondunun vəsaitinin ölkə ərazisində
ümumi istifadədə
olan respublika və yerli əhəmiyyətli
avtomobil yollarının
saxlanması və istismarı üçün
xərclənməsi Qaydaları”nın 2.1.6-cı yarımbəndinin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
2.1.7-ci yarımbənd əlavə
edilsin:
“2.1.7. iriqabaritli və
ya ağırçəkili
nəqliyyat vasitələrinin
icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə
parametrlərinə dair
tələblərin pozulmasına
görə tətbiq edilmiş inzibati cərimələr.”.
Artur Rasi-zadə,
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2016.- 29 noyabr.- S.6.