Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı
ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə
ödəmələrin və
əmək qabiliyyətini
müvəqqəti itirmiş
işçilərə sığortaedənin
vəsaiti hesabına ödənilən
müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də dəyişikliklər
edilməsi barədə
¹ 485 Bakı şəhəri, 28 noyabr
2016-cı il
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
“Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması
və “Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 16
fevral tarixli 386 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanının 9.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR :
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 9, maddə 596; 2000, ¹ 10, maddə 764; 2001, ¹ 3, maddə
214; 2003, ¹ 6, maddə 342; 2005, ¹ 7, maddə 661, ¹ 9, maddələr
857, 858, ¹ 12, maddə 1244; 2006, ¹ 1, maddə 58, ¹ 3, maddə
291, ¹ 4, maddə 370, ¹ 9, maddələr
819, 821, ¹ 10, maddələr 902, 903; 2007, ¹
2, maddələr 185, 188, ¹ 5, maddə 544; 2008, ¹ 2, maddələr
114, 129, 130, ¹ 9, maddə 853, ¹ 10, maddə 857; 2010, ¹ 3, maddələr
263, 264, ¹ 8, maddə 763, ¹ 12, maddə 1123; 2011, ¹ 5, maddə
449, ¹ 7, maddə 742; 2012, ¹ 2, maddə 180, ¹ 7, maddə
773; 2014, ¹ 4, maddə 459; 2016, ¹ 7, maddə 1343) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin
və əmək qabiliyyətini müvəqqəti
itirmiş işçilərə
sığortaedənin vəsaiti
hesabına ödənilən
müavinətin hesablanması
və ödənilməsi
haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər
edilsin:
1.
74-cü hissənin birinci
cümləsi aşağıdakı
redaksiyada verilsin:
“Uşağın
anadan olmasına görə müavinət
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir.”.
2. 91-ci hissə aşağıdakı
redaksiyada verilsin:
“91. Sığortaolunan, əmək
pensiyaçısı və
ya sosial müavinət alan şəxs vəfat etdikdə, dəfn üçün müavinət
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən vəfat edən şəxsin ailə üzvlərinə və ya onu dəfn
etməyi öhdəsinə
götürən şəxslərə
verilir.”.
3. 97-ci hissədə, 99-cu hissədə
(hər iki halda), 114-1-ci hissənin altıncı, yeddinci abzaslarında, 114-2-ci hissənin
yeddinci abzasında (hər iki halda), 120-ci hissədə, 121-ci hissədə
(hər iki halda), 123-cü hissənin
ikinci abzasında ismin müvafiq hallarında “yerli orqanları” sözləri
ismin müvafiq hallarında “şəhər
(rayon) şöbələri” sözləri ilə əvəz edilsin.
4.
113-cü hissənin dördüncü
abzasında, 114-1-ci hissənin
birinci abzasında,
114-2-ci hissənin səkkizinci
abzasında, 116-cı hissənin
birinci abzasında,
117-ci hissənin dördüncü
abzasında ismin müvafiq hallarında “yerli orqanı” sözləri ismin müvafiq hallarında “şəhər (rayon) şöbəsi”
sözləri ilə əvəz edilsin.
5. Əsasnaməyə 1-5 nömrəli
əlavələrin mətnində
“yerli orqanlarına” sözləri “şəhər,
rayon şöbələrinə” sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə,
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2016.- 29 noyabr.- S.6.