“Dövlət sosial sığorta şəhadətnaməsinin formasının
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il
23 mart tarixli 46 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
¹ 486 Bakı şəhəri, 28 noyabr
2016-cı il
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
“Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması
və “Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 16
fevral tarixli 386 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanının 9.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 23
mart tarixli 46 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 3, maddə
149; 2005, ¹ 6, maddə 546; 2008, ¹ 2, maddə 114; 2016, ¹ 6, maddə
1221) ilə təsdiq edilmiş “Dövlət sosial sığorta şəhadətnaməsinin Təsviri”ndə
aşağıdakı dəyişikliklər
edilsin:
1. Beşinci abzasda “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu” sözləri ilə əvəz edilsin.
2. Altıncı abzasa “Cinsi” sözündən sonra “, “Ünvanı” və “Fərdi identifikasiya nömrəsi”
sözləri əlavə
edilsin.
Artur Rasi-zadə,
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2016.- 29 noyabr.- S.6.