“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında

 

¹ 488      Bakı şəhəri, 28 noyabr 2016-cı il

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azər-baycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanının 9.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR :

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 nömrəli  qərarı ilə təsdiq edilmiş “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

1.1. 9-cu hissədə “əhalinin sosial müdafiəsi mərkəzi” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsi” sözləri ilə əvəz edilsin;

1.2. 11-ci hissədə “əhalinin sosial müdafiəsi mərkəzlərinə” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə” sözləri ilə əvəz edilsin;

1.3. 21-ci, 22-ci və 24-cü hissələrdə ismin müvafiq hallarında “əmək və əhalinin sosial müdafiəsi orqanları” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri” sözləri ilə əvəz edilsin.

2. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 191, ¹ 6, maddə 388, ¹ 8, maddə 534; 2002, ¹ 3, maddə 148, II kitab, ¹ 4, maddə 199; 2003, ¹ 6, maddə 342; 2006, ¹ 5, maddə 474, ¹ 9, maddələr 819, 830; 2008, ¹ 2, maddə 130; 2009, ¹ 7, maddə 604; 2010, ¹ 3, maddə 264; 2012, ¹ 12, maddə 1356; 2016, ¹ 4, maddə 824, ¹ 7, maddə 1343) 4.2-ci bəndində “əhalinin sosial müdafiə mərkəzləri” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri” sözləri ilə əvəz edilsin.

3. “Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB dövlətlərinə nəqliyyatda gediş güzəştlərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 133 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 528; 2006, ¹ 6, maddə 569; 2007, ¹ 2, maddə 199; 2009, ¹ 9, maddə 736; 2014,

¹ 1, maddə 57) 1-ci hissəsinin üçüncü abzasında “rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 1, maddə 53; 2002, ¹ 10, maddə 635; 2003, ¹ 6, maddə 342; 2008, ¹ 8, maddə 787; 2010, ¹ 3, maddə 264, ¹ 6, maddə 569; 2013, ¹ 10, maddə 1200) ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.4-cü bəndinin dördüncü abzasında, 1.5-ci bəndinin üçüncü abzasında, 1.9-cu, 1.10-cu, 1.11-ci bəndlərinin ikinci abzaslarında və 1.13-cü bəndinin altıncı abzasında “rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 9 yanvar tarixli 2 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 1, maddə 81; 2003, ¹ 4, maddə 217; 2006, ¹ 6, maddə 578; 2007, ¹ 2, maddə 199, ¹5, maddə 549) ilə təsdiq edilmiş “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydaları”nın 4-cü hissəsində “rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinə” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinə” sözləri ilə və “mərkəzlər” sözü “şəhər, rayon şöbələri” sözləri ilə əvəz edilsin.

6. “İşsizlik müavinətlərinin maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 4 may tarixli 76 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 313; 2004, ¹ 9, maddə 750; 2008, ¹ 2, maddə 130; 2011, ¹ 2, maddə 157, ¹ 5, maddə 449; 2012, ¹ 2, maddə 179; 2014, ¹ 6, maddə 747; 2016, ¹ 7, maddə 1339) 1-ci hissəsinin üçüncü abzası çıxarılsın.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 103 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 7, maddə 443; 2008, ¹ 2, maddə 130; 2011, ¹ 1, maddə 54) ilə təsdiq edilmiş “İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qaydaları”nın 2.5-ci bəndinin “Qeyd”ində “rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10, maddə 627; 2005, ¹ 7, maddə 678; 2006, ¹ 2, maddə 185, ¹ 4, maddə 378, ¹ 5, maddə 470, ¹ 9, maddə 819, ¹ 10, maddə 902; 2007, ¹ 5, maddə 546, ¹ 10, maddə 1026; 2008, ¹ 2, maddə 114; 2010, ¹ 7, maddə 700; 2011, ¹ 7, maddə 737; 2012, ¹ 2, maddə 178, ¹ 11, maddələr 1203, 1212, ¹ 12, maddə 1359; 2013, ¹ 3, maddə 348, ¹ 5, maddə 580; 2014, ¹ 5, maddə 554, ¹ 8, maddə 1005; 2015, ¹ 5, maddə 669; 2016, ¹ 2, II kitab, maddə 389, ¹ 7, maddə 1343; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 sentyabr tarixli 360 nömrəli qərarı) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 6.21-ci və 9.7-ci bəndlərində “əhalinin sosial müdafiəsi orqanlarına” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli

17 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 1, maddə 48) ilə təsdiq edilmiş “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nın 4-cü hissəsində “şəhər (rayon) əhalinin sosial müdafiəsi mərkəzlərinə” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 1, maddə 62; 2008, ¹ 2, maddə 130) ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 7-ci hissəsinə “Nazirliyi” sözündən sonra “yanında Dövlət Sosial Müdafiə Fondu” sözləri əlavə edilsin və həmin hissədə “rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri” sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 861, ¹ 9, maddə 923, ¹ 10, maddə 1021, ¹ 12, maddə 1331; 2009, ¹ 1, maddələr 22, 32, ¹ 2, maddə 150, ¹ 4, maddələr 282, 293, ¹ 8, maddələr 674, 675, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 2, maddələr 146, 161, ¹ 11, maddə 1040;  2011, ¹ 1, maddə 54, ¹ 5, maddə 447, ¹ 9, maddə 855; 2012, ¹ 5, maddə 475, ¹ 8, maddə 817, ¹ 10, maddə 1028, ¹ 11, maddə 1204, ¹ 12, maddələr 1363, 1388; 2013, ¹ 1, maddə 73, ¹ 8, maddələr 1015, 1038, ¹ 10, maddə 1219; 2014, ¹ 1, maddə 69, ¹ 3, maddə 312, ¹ 6, maddə 736, ¹ 7, maddə 918, ¹ 10, maddə 1308; 2015, ¹ 2, maddə 227, ¹ 5, maddə 612, ¹ 6, maddə 799, ¹ 11, maddə 1413; 2016, ¹ 2, II kitab, maddə 381, ¹ 4, maddələr 781, 831, ¹ 5, maddə 955, ¹ 7, maddə 1342, ¹ 8, maddələr 1439, 1450;  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 21 sentyabr tarixli 356 nömrəli,  22 sentyabr tarixli 360 nömrəli, 23 sentyabr tarixli 363 nömrəli qərarları) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 14.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“14.1.3. Dövlət Sosial Müdafiə Fondu, onun yerli bölmələri, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu”.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 12, maddə 1115; 2009, ¹ 2, maddə 153, ¹ 4, maddə 282, ¹ 7, maddə 605, ¹ 8, maddələr 674, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 1, maddə 60, ¹ 2, maddələr 146, 161, ¹ 10, maddələr 906, 912, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 66, ¹ 5, maddə 446, ¹ 9, maddələr 856, 862; 2012, ¹ 5, maddə 479, ¹ 8, maddə 818, ¹ 10, maddə 1027, ¹ 11, maddə 1205; 2013, ¹ 1, maddə 74, ¹ 8, maddələr 1014, 1037; 2014, ¹ 1, maddə 69, ¹ 3, maddə 313, ¹ 6, maddə 736, ¹ 7, maddə 919, ¹ 10, maddə 1308; 2015, ¹ 2, maddə 227, ¹ 5, maddə 611, ¹ 6, maddə 800, ¹ 11, maddə 1414; 2016, ¹ 1, maddə 171, ¹ 2, II kitab, maddə 382, ¹ 3, maddə 608, ¹ 4, maddələr 782, 831, ¹ 5, maddə 955, ¹ 7, maddə 1343, ¹ 8, maddələr 1440, 1450; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 21 sentyabr tarixli 357 nömrəli, 22 sentyabr tarix-li 360 nömrəli, 23 sentyabr tarixli 362 nömrəli qərarları) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda “Dövlət Sosial Təminat Xidməti” sözləri “Dövlət Sosial Müdafiə Fondu” sözləri ilə əvəz edilsin.

13.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 10, maddə 919; 2014, ¹ 2, maddə 205) ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması Qaydası”nın 2.1.4-cü yarımbəndində “rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin” sözləri  “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin” sözləri ilə əvəz edilsin.

14. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 mart tarixli 63 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 3, maddə 261; 2014, ¹ 4, maddə 455) 1-ci hissəsinin “Kollegiyanın üzvləri” bölməsində “yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi” sözləri “Aparatının sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri” sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 22 yanvar tarixli 12 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 1, maddə 71) ilə təsdiq edilmiş  “Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

15.1. 2.1-ci bənddə “Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinə (bundan sonra - Mərkəz)” sözləri “Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə (bundan sonra - Şöbə)” sözləri ilə əvəz edilsin;

15.2.  2.4-cü bənddə “mərkəzlərin” sözü “Şöbələrin” sözü ilə əvəz edilsin;

15.3.  2.6-cı bənddə “Mərkəz” sözü “Şöbə” sözü ilə əvəz edilsin.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 31 yanvar tarixli 17 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 1, maddə 76) ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

16.1. 2.1-ci bənddə “Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinə (bundan sonra - Mərkəz)” sözləri “Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə (bundan sonra - Şöbə)” sözləri ilə əvəz edilsin;

16.2. 2.2-ci, 2.3-cü və 2.4-cü bəndlərdə ismin müvafiq hallarında “Mərkəz” sözü ismin müvafiq hallarında “Şöbə” sözü ilə əvəz edilsin.

17. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında”  Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹9, maddə 1138; 2014, ¹ 7, maddə 916,

¹ 8, maddə 1016, ¹ 10, maddə 1325; 2015, ¹ 3, maddə 335, ¹ 6, maddə 775; 2016,

¹ 2, II kitab, maddə 393, ¹ 3, maddə 626)

19 nömrəli əlavə - “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdindəki dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin adında “Dövlət Sosial Təminat Xidmətinin” sözləri “Dövlət Sosial Müdafiə Fondunun” sözləri ilə əvəz edilsin.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 360 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 11, maddə 1504) ilə təsdiq edilmiş “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

18.1.  3-cü hissədə “Dövlət Sosial Təminat Xidmətinə və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinə” sözləri “Dövlət Sosial Müdafiə Fonduna və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə” sözləri ilə əvəz edilsin;

18.2.  6-cı hissədə “Dövlət Sosial Təminat Xidməti, Azərbaycan Respublikasında yaşayan ailə üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzləri” sözləri “Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan ailə üzvlərinə isə yaşayış yeri üzrə  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri” sözləri ilə əvəz edilsin.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 11, maddə 1457; 2015, ¹ 12, maddə 1584) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

19.1.  2.2.1.1-ci və 2.4.1-ci yarımbəndlərdə “Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinə” sözləri “Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə” sözləri ilə əvəz edilsin;

19.2.  2.2.1.2-ci, 2.2.1.3-cü, 2.3.1-ci, 2.4.3-cü və 2.4.4-cü yarımbəndlərdə ismin müvafiq hallarında “Dövlət Sosial Təminat Xidməti” sözləri ismin müvafiq hallarında “Dövlət Sosial Müdafiə Fondu” sözləri ilə əvəz edilsin.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 20 avqust tarixli 287 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 8, maddə 972) ilə təsdiq edilmiş “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın 2.3.1-ci yarımbəndində “rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzində” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsində” sözləri ilə əvəz edilsin.

21. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 10, maddə 1234) aşağıdakı dəyişikliklər edilsin:

21.1. adında və ikinci abzasında “Dövlət Sosial Təminat Xidmətinin” sözləri “Dövlət Sosial Müdafiə Fondunun” sözləri ilə əvəz edilsin;

21.2. həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi” üzrə:

21.2.1. adında, 1.5-ci və 1.6-cı bəndlərində “Dövlət Sosial Təminat Xidmətinin” sözləri “Dövlət Sosial Müdafiə Fondunun” sözləri ilə əvəz edilsin;

21.2.2.  1.1-ci bənddə “Dövlət Sosial Təminat Xidmətinin (bundan sonra - Xidmət)” sözləri “Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond)” sözləri ilə əvəz edilsin;

21.2.3. 1.3-cü, 1.4-cü, 4.4-cü, 4.6-cı, 6.5-ci, 6.8-ci, 7.2-ci bəndlərdə və 7.4.1-ci yarımbənddə ismin müvafiq hallarında “Xidmət” sözü ismin müvafiq hallarında “Fond” sözü ilə əvəz edilsin;

21.2.4.  6.2-ci bənddə “Xidmət rəisinin” sözləri “Fondun direktorunun” sözləri ilə əvəz edilsin.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2, II kitab, maddə 378, ¹ 7, maddə 1343) ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

22.1.  1.9-cu bənddə “rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzi” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsi” sözləri ilə əvəz edilsin;

22.2.  2.7-ci bənddə “əhalinin sosial müdafiəsi mərkəzinin” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin” sözləri ilə əvəz edilsin.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2, II kitab, maddə 379, ¹ 7, maddə 1342) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

23.1. 2.4-cü bənddə “Dövlət Sosial Təminat Xidmətinin rayon, (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzinə (bundan sonra - Mərkəz)” sözləri “Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinə (bundan sonra - Şöbə)” sözləri ilə əvəz edilsin;

23.2. 2.5-ci bəndin birinci və ikinci cümlələrində, 3.3-cü, 3.4-cü və 4.2-ci bəndlərdə ismin müvafiq hallarında “Mərkəz” sözü ismin müvafiq hallarında “Şöbə” sözü ilə əvəz edilsin.

24. “Ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsini həyata keçirən rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin işçilərinə nəqliyyat xərcləri üçün verilən pul kompensasiyasının məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 aprel  tarixli 164 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 4, maddə 819) 1-ci və 2-ci hissələrində “rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin” sözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2016.- 29 noyabr.- S.6.