Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı
ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin
və kompensasiyaların
təyin olunması üçün
təqdim edilən
sənədlərin rəsmiləşdirilməsi,
baxılması
və saxlanılması
Qaydaları”nda dəyişikliklər
edilməsi barədə
¹ 489 Bakı şəhəri,
28 noyabr 2016-cı il
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
“Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və
“Azər-baycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 16
fevral tarixli 386 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanının 9.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 10, maddə 1225; 2016, ¹ 7, maddə 1343) ilə təsdiq edilmiş “Sosial müavinətlərin,
təqaüdlərin və
kompensasiyaların təyin
olunması üçün
təqdim edilən sənədlərin rəsmiləşdirilməsi,
baxılması və
saxlanılması Qaydaları”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. 1.1-ci bənddə
“Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin
sosial müdafiəsi mərkəzləri (bundan
sonra — Mərkəz)” sözləri “Dövlət
Sosial Müdafiə Fondunun şəhər,
rayon şöbələri (bundan sonra — Şöbə)” sözləri
ilə əvəz edilsin.
2. 2.1.1-ci yarımbənddə,
3.1-ci, 4.1–4.3-cü, 4.6-cı, 5.1-ci (hər
dörd halda), 5.2-ci (hər iki halda),
5.4-cü, 6.2-ci (hər iki
halda), 6.3-cü (hər
beş halda),
6.4-cü (hər iki halda), 6.5-ci (hər iki halda), 6.7-ci, 7.1-ci,
7.2-ci, 7.4-cü, 7.6-cı (hər üç halda), 7.8-ci,
7.10-cu, 7.11-ci, 7.13-cü bəndlərdə
ismin müvafiq hallarında “Mərkəz”
sözü ismin müvafiq hallarında “Şöbə” sözü
ilə əvəz edilsin.
3. 4.7-ci bənddə “Mərkəzə
və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına” sözləri “Şöbəyə”
sözü ilə əvəz edilsin.
4. 5.2-ci bəndin ikinci cümləsində
“Dövlət Sosial Təminat Xidməti” sözləri “Dövlət
Sosial Müdafiə Fondu” sözləri ilə əvəz edilsin.
5. 6.1-ci və 6.6-cı bəndlər
aşağıdakı redaksiyada
verilsin:
“6.1. Yaşayış yerini dəyişməklə
əlaqədar müavinət,
təqaüd və kompensasiya işinin qeydiyyatdan çıxarılması
yeni yaşayış
yeri üzrə Şöbənin sorğusu
əsasında aparılır.
6. 6. Müavinət təyin olunmuş şəxsə
pensiya təyin olunduqda,
iş üzrə ödəniş pensiya təyin edildiyi gündən dayandırılır
və müavinət işi hərəkətdən
çıxarılır. Müavinətdən
tutulmalar olduqda, tutulmalar pensiyadan aparılır.”.
6. 6.9-cu bənddə “Azərbaycan
Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarından və digər Mərkəzlərdən tələb
edilməsi haqqında
daxil olan sorğular, göndərilən
müavinət, təqaüd
və kompensasiya işlərinin qeydiyyatı
Mərkəzin” sözləri
“digər Şöbələrdən
tələb edilməsi
haqqında daxil olan sorğular, göndərilən müavinət,
təqaüd və kompensasiya işlərinin qeydiyyatı Şöbənin”
sözləri ilə əvəz edilsin.
7. 7.9-cu bənddə “Dövlət
Sosial Təminat Xidmətinə” sözləri
“Dövlət Sosial Müdafiə Fonduna” sözləri ilə əvəz edilsin.
8. Qaydalara 1 nömrəli əlavə – “Ərizə”
formasına “Azərbaycan
Respublikasının” sözlərindən
sonra “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri əlavə
edilsin və həmin formada “(şəhər, rayon əhalinin
sosial müdafiəsi mərkəzinə)” sözləri
“(şəhər, rayon şöbəsinə)”
sözləri ilə,
“Mərkəzə” sözü
“Şöbəyə” sözü
ilə əvəz edilsin.
9. Qaydalara 4 nömrəli əlavədə “ƏSMM-in direktoru”
sözləri “DSMF-nin
şəhər, rayon şöbəsinin
müdiri” sözləri
ilə əvəz edilsin.
10. Qaydalara 4 və 5 nömrəli əlavələrdə
“ƏSMM-in” sözü “DSMF-nin şəhər, rayon şöbəsinin” sözləri
ilə, “Direktor” sözü “Şöbə
müdiri” sözləri
ilə əvəz edilsin.
11. Qaydalara 6 nömrəli əlavədə “Əhalinin
sosial müdafiəsi mərkəzinin” sözləri
“Şəhər, rayon şöbəsinin”
sözləri ilə,
“şəhər, rayon əhalinin
sosial müdafiəsi mərkəzi” sözləri
“şəhər, rayon şöbəsi”
sözləri ilə,
“Direktorun” sözü
“Şöbə müdirinin”
sözləri ilə əvəz edilsin.
12. Qaydalara 7 nömrəli əlavə - “Müavinət,
təqaüd və kompensasiyanın təyin edilməsi üçün
tələb olunan sənədlərin siyahısı”nın
1.2-ci bəndində, 2.15.3-cü,
2.19.4-cü, 2.22.2-ci və 2.23.4-cü yarımbəndlərində “yerli
orqanlarının” sözləri
“şəhər, rayon şöbəsinin”
sözləri ilə,
2.13.1-ci yarımbəndində “Dövlət Sosial Təminat Xidmətinin müvafiq şəhər,
rayon əhalinin sosial müdafiəsi mərkəzinin”
sözləri “Dövlət
Sosial Müdafiə Fondunun müvafiq şəhər, rayon şöbəsinin”
sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə,
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2016.- 29 noyabr.- S.7.