Azərbaycan və Çexiya
milli
kitabxanaları əməkdaşlığı
genişləndirir
Çexiya Milli
Kitabxanasının direktoru Petr Kroupa Milli
Kitabxanada olmuşdur. Qonağı kitabxananın direktoru
professor Kərim Tahirov
qəbul edərək, görüşdən məmnunluğunu
bildirmiş, kitabxana
haqqında ətraflı məlumat verərək,
kitabxananın həm də milli mətbuatın
arxiv fondunun
yaradıcısı olduğunu,
respublikanın kitabxanaları üçün
metodik mərkəz rolu
oynadığını söyləmişdir.
Petr Kroupa Çexiya Milli Kitabxanasının fondunda Azərbaycana aid ədəbiyyatın qorunduğunu söyləmişdir. O, gələn il N.Gəncəvinin əsərlərindən ibarət sərginin Praqada təşkil olunmasını təklif etmişdir. K.Tahirov həmin sərginin həm də 2017-ci ilin sentyabr ayında keçiriləcək V Bakı Beynəlxalq kitab sərgi yarmarkası ərəfəsində Azərbaycan Milli Kitabxanasında nümayış olunmasını təklif etmişdir. O, həm də Çexiya Milli Kitabxanasında qorunan Azərbaycana aid qədim əlyazmaların, Azərbaycan klassiklərinin əsərlərinin kataloqunu 3 dildə: Azərbaycan, çex və ingilis dilində çap olunmasını təklif etmişdir. Kroupa bu layihəni bəyənərək dəstəkləmişdir.
Petr Kroupa Milli Kitabxana və onun yeni layihəsi olan “Açıq kitabxana” ilə tanış olmuşdur. O, “Açıq kitabxana”nı bəyənmiş, çox maraqlı və əhəmiyyətli layihə olduğunu söyləyərək, belə bir layihənin Praqada da həyata keçirilməsinin vacibliyini vurğulamışdır.
Qonağa “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), Azərbaycan mədəniyyət obyektlərini özündə əks etdirən xəritə hədiyyə edilmişdir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2016.- 2
oktyabr.- S.5.