Binəqədi rayonu: Görülən işlər hər

bir sakinin həyatında hiss olunur

 

Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın bu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Nazirlər Kabinetinin 2016-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açıb.

 

Başçı bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi, dahi rəhbərin zəngin irsinin layiqli davamçısı Prezident İlham Əliyevin zamanın çağırışlarına cavab verən daxilixarici siyasəti respublikamızın siyasi nüfuzununiqtisadi gücünün artmasına, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə müqayisə olunacaq ölkəyə çevrilməsinə imkan yaradıb. Müstəqil Azərbaycanın bölgədə və dünyada layiqli yerini tutması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması da məhz dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla müəyyənləşdirdiyi və   Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilən uzaqgörən siyasətin nəticəsidir.

Xaləddin İsgəndərov diqqətə çatdırıb ki, bu gün dünyada təhlükələrin artması, iqtisadi böhranın daha da dərinləşməsi və bütün ölkələrin mövcud böhrandan müxtəlif formada əziyyət çəkməsi göz önündədir. Bununla belə Azərbaycanda uğurlu inkişafın təmin edilməsi, ictimai-siyasi vəziyyətin sabitliyi, ölkə qarşısında duran vəzifələrin həll olunması respublikada aparılan məqsədyönlü və hərtərəfli siyasətin bəhrəsidir. Ölkəmizdə keçirilən referendum seçkiləri barədə danışan başçı onu da xatırladıb ki, ümumxalq səsverməsi demokratik, ədalətli və tam şəffaf şəkildə reallaşıb. Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz müsbət rəyini bildirib. Bununla da dövlət başçısının yeritdiyi siyasətə xalq tərəfindən verilən böyük dəstək növbəti dəfə öz ifadəsini tapıb.

Natiq daha sonra bu ilin 9 ayı ərzində rayonun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrdən ətraflı danışıb. Başçı, eyni zamanda, bildirib ki, ölkədə geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq - abadlıq işləri Binəqədidə də yüksək templə davam edir. Rayon bu gün respublikanın ümumi inkişafına öz layiqli töhfəsini verir. Reallaşdırılan irimiqyaslı layihələr Binəqədinin sosial-iqtisadi inkişafına  müsbət təsir göstərməklə əhalinin yaşayış səviyyəsinin yüksəlməsini təmin edir.

Başçı nitqində xatırladıb ki, rayonda sosial-iqtisadi və abadlıq-quruculuq sahəsində son illər ərzində bir sıra nailiyyətlər əldə olunub, qəbul edilən dövlət proqramlarının icrası ilə bağlı xeyli görülüb. Sakinlər tərəfindən də rəğbətlə qarşılanan  tədbirlər nəticəsində vətəndaşların həm kommunal sahədə, həm də ümumi həyat şəraitlərində mövcud olan bir sıra problemlər öz həllini tapıb. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə reallaşdırılan  sosial layihələr çərçivəsində mikrorayonlarda və qəsəbələrdə yeni istirahət parkları istifadəyə verilib, binaların qarşısında sakinlərin istirahəti üçün oturacaqlar quraşdırılıb, küçə və məhəllədaxili yollara asfalt örtüyü döşənib.  Ötən müddətdə təkcə rayon mərkəzində deyil, digər yerlərdə – Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən, Sulutəpə və 28 May qəsəbələrində də genişmiqyaslı abadlıq işləri görülüb, xeyli sayda parkxiyaban salınıb. “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2014-2016-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Binəqədidə görülən işlər uğurlu nəticəsini verməkdədir.

Aparılan ardıcıl quruculuq  işlərinin nəticəsidir ki, bu gün  rayonun ən böyük prospektləri hesab olunan Azadlıq və  Ziya Bünyadov prospektləri boyunca yerləşən  çoxmənzilli yaşayış binalarının əksəriyyəti tamamilə yeni görkəm alıb. Rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işlərinin davamı olaraq, Azadlıq prospektində yaşıllıq zolaqları salınıb, güldekorativ kollar əkilib, milli ornamentlərə uyğun mənzərələr yaradılıb, işıqlandırma sistemi yenidən qurulub. Ərazidə yerləşən  binaların qarşısında istirahət guşələri, uşaqlar üçün oyun-  əyləncə qurğuları quraşdırılıb. Sakinlərin məmnunluğunun, rahatlığının təmin edilməsi məqsədilə “Abad məhəllə” çərçivəsində yenidənqurma işləri həyata keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında diqqətə çatdırıb ki, hesabat dövründə sakinlərin sosial əhəmiyyətli sifarişlərinin həyata keçirilməsi məqsədilə Azadlıq prospektinin Binəqədi rayonu ərazisinə düşən hissəsində genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilib. Prospektdə əsaslı təmirdən sonra yolun mühafizə hissəsinə aid olan ərazidə ekoloji tarazlığın qorunması məqsədilə abadlıq və yaşıllıq zonalarının salınması işləri aparılıb: yaşıllıq zonaları salınıb, ağacdekorativ gül kolları əkilib, ərazidə mütəmadi təmizlik işləri görülüb,  avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək, həmçinin yollarda sıxlığı aradan qaldırmaq istiqamətində kompleks tədbirlər həyata keçirilib. Rayon  icra hakimiyyətinin müvafiq planına uyğun olaraq, həyata keçirilən tədbirlər koordinasiya edilib və işlərin keyfiyyətinə daim nəzarət olunub.

Məhəllədaxili parklarda infrastrukturun yenilənməsi məqsədilə fəvvarə və fontanlar təmir edilib, avadanlıq və ehtiyat hissələri dəyişdirilib. Prospekt boyunca sәki divarları yenidәn qurulub, yaşıl örtüyün tәzәlәnmәsi üçün münbit meşә torpağından istifadә olunubağaclara aqrotexniki qulluq göstәrilәrәk yeni suvarma xәtlәri çәkilib.

Çıxışında hesabat dövründə rayonunun sosial-iqtisadi göstəricilərinə nəzər salan Xaləddin İsgəndərov vurğulayıb ki, sənaye sahəsində 153 milyon 37 min manatlıq məhsul istehsal edilib, nəqliyyat sektorunda 0,2 faiz artım müşahidə olunub, rabitə müəssisələri tərəfindən isə 4630,1 min manat xidmət göstərilib. İstehlak bazarında canlanma da diqqət çəkib, pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 906 milyon 927 min manatlıq istehlak malları satılıb. Tikinti sektorunda bütün maliyyə mənbələri hesabına 18 milyon 994 min manat əsas fondlar istifadəyə verilib. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 386,2 manat təşkil edib.

Getdikcə paytaxtın ən inkişaf etmiş bölgəsinə çevrilən rayonda sakinlərlə icra hakimiyyətinin sıx təmasda olması, mütəmadi qaydada təşkil edilən səyyar görüşlər də mövcud problemlərin uğurlu həllinə rəvac verib.

Daha sonra məruzə ətrafında çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qeyd edib ki, hesabat dövründə rayonun memarlıq görkəminin daha da yaxşılaşdırılması, təmizlik və abadlıq işlərinin aparılması istiqamətində çoxsaylı tədbirlər reallaşdırılıb. Binəqədi ərazisində mərhələli, eyni zamanda, planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində qəsəbələrarası və məhəllədaxili yollarda, mərkəzi prospektlərdə, yaşayış binalarının fasaddam örtüklərində, parkmeydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb.

Tərəqqi və inkişafa təkan verən dövlət proqramlarının çevik, mütərəqqi idarəçilik üslubunda ardıcıl və sistemli şəkildə reallaşdırılması nəticəsində rayonda tikinti-quruculuq, abadlıq işləri daha ünvanlı, konkret, məqsədyönlü xarakter alıb. Dövlət başçısının davamlı diqqət və qayğısı nəticəsində daxili resurslar tam səfərbər edilib, çevik, müasir tələblərə cavab verən innovativ idarəetmə sistemi formalaşdırılıb, illərdən bəri yığılıb qalan problemlərin aradan qaldırılmasına xidmət edən mühüm layihələr həyata keçirilib. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin bu layihələrin reallaşdırılmasına yaxından dəstək göstərməsi qısa müddətdə görülən işlərin səmərəli nəticələr verməsinə, hər bir rayon sakininin həyatında daha qabarıq hiss olunmasına imkan yaradıb.

Ölkə rəhbərliyinin yürütdüyü siyasətin mahiyyətindən irəli gələrək, Binəqədi rayonunda qarşıya qoyulan başlıca vəzifə əhalinin sosial rifah halının daha yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin sürətlə və yüksək keyfiyyətlə aparılmasıdır.

Aygün Əliyeva çıxışının sonunda xatırladıb ki, Prezident İlham Əliyevin Binəqədi rayonunda əsaslı təmir edilən və 9 nömrəli  Bakı Peşə Liseyinin bazasında yaradılan IT STEP akademiyasında görülən işlərlə tanış olması hesabat dövründə əlamətdar hadisəyə çevrilib. O, eyni zamanda, oktyabrın 11-də Qazaxıstan nümayəndə heyəti ilə birgə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Məşğulluq Mərkəzində olmasını da xatırladıb. Bildirib ki, bununla da məşğulluq xidməti işçilərinin say həddi ümumilikdə 2,5 dəfə artırılıb. Bu isə müvafiq sahədə icra strukturunun kadr potensialının mütərəqqi dünya təcrübəsində mövcud olan normalara uyğunlaşdırılmasına imkan verib.

Yığıncaq Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rayon sektorunun müdiri Abuş Məmmədovun cari ilin 9 ayı ərzində qaçqın və məcburi köçkünlərin mənzil - məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə çıxışı ilə davam etdirilib.

Sonda bu il dövlət təltiflərinə layiq görülən rayon sakinləri ictimaiyyət adından təbrik olunub, mükafatlar təntənəli surətdə sahiblərinə təqdim edilib.

Şura iclasının qərarı oxunduqdan sonra iclasa yekun vuran rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2016.- 15 oktyabr.- S.6.