QubadaAlma bayramı”

 

Qubanın rəmzi sayılan almanın şöhrəti təkcə bu gün  ölkəmizdə deyil, onun sərhədlərindən kənarda belə dolaşmaqdadır. Məhz buna görə də Qubada belə bir eyniadlı bayramın keçirilməsinə sentyabr ayının əvvəlindən hazırlıq aparılırdı. Demək olar ki, bütün rayon camaatı bu tədbirin hazırlıq prosesinə könüllü qoşulmuşdu.

 

DördüncüAlma bayramı”nı əvvəlki üç bayramdan fərqləndirən digər bir cəhət də o idi ki, bu bayrama  qonşu Qusar, Xaçmaz, Şabran rayonlarından da nümayəndələr dəvət olunmuşdular. Bu barədə məlumat verən rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə xanım Bayramova qeyd etdi ki, Qubada meyvəçiliyi, taxılçılığı inkişaf etdirmək üçün imkanlar çox genişdir: “Alma bayramı”nı keçirməkdə məqsədimiz bu imkanlardan daha səmərəli yararlanmaq üçün adamlarını rayona cəlb etmək, müasir bazar üçün donorların Qubaya diqqətini artırmaqdır. Bayrama həm də müxtəlif xarici ölkələrin səfirliklərinin nümayəndələri, sahibkarlar, şirkət rəhbərləri də qatılacaqlar. Bir daha rayonumuzun potensial imkanları nümayiş olunacaq, onlar rayonumuzun iqtisadiyyatı ilə tanış olacaqlar.

Qonşu rayonların nümayəndə­lərini dəvət etməkdə məqsəd budur ki, onlar da öz rayonlarının əhalisinin məşğuliyyətini, istehsal etdikləri məhsulları nümayiş etdirsinlər.

Məlum olduğu kimi, ölkə Prezidentinin sərəncamına əsasən, 2016-cı ilMultikulturalizm ilielan olunub. Qubada olduğu kimi, qonşu rayonlarda da müxtəlif xalqların nümayəndələri, etnik qruplar mehriban bir ailə kimi yaşayırlar. “Alma bayramı” onların da folklorunun, mədəniyyət nümunələrinin nümayişi və sərgilənməsi üçün bir fürsətdir”.

Rayon icra hakimiyyəti başçısının birinci müavini, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Yusif Abidov qeyd etdi ki, “Alma bayramı”nın Qubada keçirilməsi təsadüfi seçilməyib: “Sovet dövründə də Qubada hər il məhsul bayramları keçirilirdi. Axı Azərbaycanda ən çox meyvə istehsal edən rayon Qubadır. Alma qubalıların dolanacaq mənbəyi, evinin ruzisi, çörək təknəsidir. Ümummilli lider Heydər Əliyev tərəfindən torpaq islahatı aparıldıqdan sonra 14 min hektara yaxın bağ sahəsi kənd əməkçiləri arasında bölüşdürülüb. Quba bağçılığı özünün ən yüksək inkişaf mərhələsini yaşayır. Keçən il 122314 ton meyvə istehsal edilib. Hazırda rayonda kütləvi meyvə yığımı gedir.

Rayonumuzda digər kənd təsərrüfatı sahələri də inkişaf etdirilir. Yalnız bir neçə faktı diqqətinizə çatdırım ki, bu ilin 6 ayında 3602,1 ton ət, 2294 ton süd, 375 tondan çox yun istehsal edilib. Bayramda, həmçinin bütün kənd təsərrüfatı məhsullarına aid sərgilər nümayiş etdirilir.

Quba həm də böyük multikultural dəyərlərə, mədəniyyətə malik bir rayondur. Rayonumuzda 20-dən çox azsaylı xalqın nümayəndəsi yaşayır. Bu bayramda hər bir etnik qrupun öz sənətkarlıq nümunələrindən tutmuş, yaşadığı ərazidə istehsal etdiyi bütün məhsulları nümayiş etdirməyə imkanı olacaq. Bu bayram həm də xalqlar dostluğunun tərənnümüdür.

Oktyabrın 8-də - “Alma bayramı” günü rayon icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri dəstə-dəstə  ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektə axışırdı. Rəsmi qonaq olan Hindistanın ölkəmizdəki səfiri Sancay Rana bizimlə söhbətində bildirdi ki, son bir ildə dəfələrlə Qubaya səfər edirəm: “Buranın təbiəti ecazkardır, cəlbedicidir”. O, həmçinin son illərdə Azərbaycan – Hindistan əlaqələrinin daha da möhkəmləndiyini bildirdi.  

Bayram tədbiri ümummilli lider Heydər Əliyevin rayonun girəcəyində ucaldılmış əzəmətli abidəsinin qarşısından başladı. Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, rayon ictimaiyyətinin, respublikamızda akreditə olunan səfirliklərin nümayəndələri, Milli Məclisin deputatları, qonşu rayonların icra başçıları, tanınmış alimlər, yazıçı və şairlər,  müxtəlif nazirliklərin rəsmiləri ulu öndərin abidəsi önünə tər çiçək dəstələri düzdülər.

Mərasim iştirakçıları sonra Heydər Əliyev prospektinin girişinə toplaşdılar. Bayram tədbirini giriş sözü ilə açan Quba RİH başçısı Y. Məmmədov öncə qonaqları, ictimaiyyət nümayəndələrini salamladı. Bildirdi ki, “Alma bayramı”nın Qubada keçirilməsi təsadüfü deyildir. Çünki alma Qubanın şan-şöhrəti, əsas rəmzi, əhalinin ruzi və dolanışıq mənbəyidir. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi torpaq islahatından sonra rayonda bağ sahələri genişləndirilmiş, meyvə istehsalı nəzərə çarpacaq dərəcədə artmışdır. Hazırda rayonda  15 min hektardan çox meyvə bağı var. Artıq dünyada Qubanın “alma  brendi” formalaşıb.

Daha sonra çıxış edənlər – Milli Məclisin deputatı Vahid Əhmədov, Azərbaycan Mədəniyyət və Turizm Nazirinin müavini Nazim Səmədov, Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin, Qırğızıstanın səfiri Adjigid Buranov rayonun belə bir möhtəşəm tədbirinə dəvət olunduqlarına görə minnətdarlıqlarını bildirdilər və zəhmətkeş qubalılara daha böyük uğurlara imza atmağı arzuladılar.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin çıxışı xüsusi alqışlarla qarşılandı. Qonaq qeyd etdi ki,  Quba bizim dövlətlə, Rusiya ilə sərhəddə yerləşir. Burada müxtəlif xalqların nümayəndələri, o cümlədən ruslar, ləzgilər  mehriban yaşayırlar.

Daha sonra o, bir maraqlı faktı açıqladı: “Rusiyada  il ərzində 2,5 milyon ton alma yeyilir. Qubadan isə Rusiyaya vur-tut 10 min ton meyvə ixrac olunur. Arzu edirəm ki, daha çox meyvə istehsal edəsiniz. İstifadə edə bilmədiyiniz meyvəni bizə göndərin. Bizdə Quba almasına tələbat çoxdur. Quba almasını ruslar yaxşı tanıyırlar. Çünki Quba alması digər ölkələrdən gətirilmiş meyvələrlə müqayisədə daha keyfiyyətlidir”.

Qırğızıstanın ölkəmizdəki  səfiri Adjigid Buranov da öz çıxışında bu obanın gözəlliklərindən söz açdı. Bu gözəlliyə hər gün bir töhfə verən rayon əhalisinin ünvanına xoş sözlər söylədi.

Dostluq əlaqələri barədə danışan səfir bizimlə müsahibəsində dedi: “Biz qırğızlarda gözəl bir deyim var. Qonaq ev sahibindən üstündür, yəni getdiyi yerdə hamıya daha çox ərklidir. Biz burada elə mehribanlıq qonaqpərvərliklə əhatə olunduq ki,  özümüzü evimizdəki kimi hiss etdik. “Alma bayramı”na gəldikdə isə onu deyə bilərəm ki, bu bayram, doğrudan da, xalqlar dostluğunun möhkəmlənməsi, tərənnümü üçün daha bir stimuldur”.

Saat 12:00-da rayon ictimaiy­yətinin iştirakı ilə möhtəşəm alma paradı keçirildi. Öncə Quba rayonunun loqosu təqdim olundu. Almalarla dolu  maşın karvanı tədbir iştirakçılarının qarşısından keçdi. Yük maşınları elə gözəl bəzədilmişdi ki... Rəngbərəng almalardan düzəldilən üçrəngli bayrağımız meydana daxil olanda alqış sədaları ətrafa yayıldı. Vladimirovka, Amsar, Dəlləkli, Birinci İkinci Nügədi, Alpan, Talabıqışlaq, Zərdabi, Barlı, Aşağı Xuc s. kəndlərin fermerlərinin bəzədikləri alma maşınları da hamının marağına səbəb oldu.

Qubanın şöhrətini göylərə qaldıran əmək adamları, idmançılar, müxtəlif azsaylı xalqların nümayəndələrinin  Heydər Əliyev prospekti ilə yürüşü başladı. İnsan seli hərəkətə gəldi göydə dalğalanan bayraqlar qəlblərdə qürur  hissini coşdurdu. Xaçmaz, Qusar Şabran rayonlarının təmsilçiləri parada qoşuldular. Onların müxtəlif meyvə tərəvəz məhsulları ilə bəzədikləri maşın karvanları da diqqəti cəlb edirdi. Qusardan gətirilən kartof, Xaçmazın pomidoru, üzümü, balqabağı sairə məhsullar böyük maraq doğururdu.

 Milli geyimli qızlar oğlanlar regionun azsaylı xalqlarının mahnı rəqslərini ifa etdilər. Dəvə karvanının keçidi isə Alma paradına xüsüsi çalarlar əlavə etdi.

Daha sonra  mərasim Heydər Əliyev adına İstirahət Mədəniyyət Parkında davam etdirildi. İçəridə sərgilənən stendlərdə almaçılığın tarixi, onun növləri, tinglər haqqında məlumat diqqəti cəlb etdi. Almadan hazırlanmış müxtəlif şirniyyatların təqdimatı oldu. Qonaqlar bu təamlardan daddılar.

Rayonun keçmişini bugününü özündə ehtiva edən kitablardan, arxeoloji qazıntılar zamanı əldə edilən nümunələrdən, qədim sənət növlərindən ibarət  stendlərin çoxlu tamaşaçısı vardı. Könülləri oxşayan məşhur Quba xalçalarının yanlarından isə, biganə keçmək mümkün deyildi. Xalq gəzintisində iştirak edənlər musiqi sədaları altında Qubanın tarixi ilə yaxından beləcə tanış olurdular.

“Alma bayramı”nda azsaylı xalqların mədəniyyətlərini, tarixlərini, adət-ənənələrini özündə canlandıran bölmələrə daha çox maraq vardı. Tat, ləzgi, yəhudi, ahıska türkləri, xınalıqlılar qonaqlara vahid bir ailədə yaşadıqlarından söz açırdılar. Məlumat üçün onu da qeyd edək ki, respublikamızda 2016–cı ilinMultikultiralizm ilikimi qeyd olunması “Alma bayramı”nda tam şəkildə ehtiva olunmuşdu.

 “Alma bayramı”ndaŞəfəqqəzeti təmsil olunurdu. Rayonumuzun 95 illik tarixini yaradan bu mətbu orqanına da maraq böyük idi. ABŞ-ın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Robert F. Sekuta qəzetimizin 1922-ci il nüsxəsinə - “Yeni dirilik”ə baxanda təəccübünü gizlədə bilmədi: “Sizin rayonunuzun belə böyük mətbuat tarixi var?” – dedi. Baş redaktorun müavini Məzahir Məmmədov qəzetin tarixi haqqında gələnlərə məlumat verərək bildirdi ki, Qubada meyvəçiliyin inkişafındaŞəfəq”in xüsusi rolu olub. Mütərəqqi texnologiyaların tətbiqini, qabaqcıl təcrübəsini bizim qəzet həmişə böyük maraqla yayıb.

"Alma bayramı"nda Qubanın qədimliyi, milli adət-ənənələri, müasir inkişafı çox maraqlı tərzdə nümayiş olundu". Bu sözləri "Alma bayramı" ilə bağlı təəssüratlarını mətbuat nümayəndələri ilə bölüşən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta dedi. Qubada yaşayan müxtəlif xalqların mədəniyyətini, məişət mətbəxini əks etdirən sərgilərlə tanışlıqdan məmnun olduğunu dilə gətirən səfir söhbətini bu sözlərlə davam etdirdi: "Burada ayrı-ayrı xalqların multikultural ənənələri diqqətimi çəkdi. Xalqlar arasındakı bu dostluq, bu mehribançılıq bir çox ölkələr üçün multikultural örnək ola bilər".

Qeyd edək ki, bayramda ABŞ, Rusiya, Moldova, Fransa, Belarus, Qırğızıstan, Hindistan, Xorvatiya, Qazaxıstan, İndoneziya, İsveçrə, Mərakeş, Tacikistan, Misir, Norveç, Liviya dövlətlərinin səfirləri səfirliklərin diplomatik nümayəndələri, 100-dən çox elm, incəsənət adamı, alim, yazıçı, şair iştirak edib.

 

Qəhrəman Qasımov,

Şəfəqqəzetinin redaktoru,

Əməkdar jurnalist

 

Xalq qəzeti.- 2016.- 15 oktyabr.- S.7.