Azərbaycanın müstəqilliyinə

həsr olunan kitab sərgisi

 

Bu münasibətilə keçirilən mərasimi giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov  bildirdi ki, müstəqilliyimizin qorunmasında  ümummilli liderin əvəzsiz xidmətləri olmuşdur.

 

Bu gün Azərbaycan inkişaf dövrünü yaşayır. Söz yox ki, bu nailiyyətlər də ulu öndərin əbədi ideyalarından güc almışdır. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı Cənubi Qafqazda lider  dövlətə çevirmişdir.

Direktor müavini Ədibə İsmayılova isə Azərbaycanın müstəqillik yolunda inamlı addımlarından danışdı. O, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunmasından, bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşmasından ətraflı  bəhs etdi.  O, müstəqilliyə həsr olunmuş kitab sərgisində ulu öndərin  qiymətli kitablarının, eyni  zamanda  bu illərdə Azərbaycanın  qazandığı uğurlarla bağlı nəşrlərin nümayiş etdirildiyini  bildirdi.

 “18 oktyabr – Dövlət Müstəqilliyi günüdür” adlı kitabdövri mətbuat materiallarından ibarət geniş sərgi bir neçə gün davam edəcək.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2016.- 20 oktyabr.- S.11.