Milli mədəniyyətimizin dünyaya inteqrasiyasında

Azərbaycan diasporu əhəmiyyətli rol oynayır

 

Dünya ölkələri ilə mədəni əlaqələrin genişlənməsi, müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri, dünyanın mötəbər salonlarında rəssamlarımızın sərgiləri, musiqi xadimlərimizin konsertləri bunu deməyə əsas verir ki, Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində  məhsuldar aparılır. Azərbaycan mədəniyyətinin dünyada belə geniş nüfuz qazanmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır.

 

Fondun çoxşaxəli fəaliyyəti mədəni məkanda inteqrasiya modeli kimi bütün dünyaya örnək ola bilər. Milli mədəniyyətimiz, mənəvi dəyərlərimiz, folklorumuz, milli musiqimiz Mehriban xanım Əliyevanın fədakar fəaliyyəti nəticəsində qlobal miqyasda təbliğ olunur. Onun fəaliyyəti xoşməramlı səfiri olduğu nüfuzlu beynəlxalq təşkilat - UNESCO tərəfindən xüsusilə yüksək qiymətləndirilmişdir. Fondun fəaliyyəti yalnız Azərbaycan xalqının tarixi və mədəniyyətini inkişaf etdirmək və yaymaqla bitmir. Eyni zamanda, bütün dünya xalqlarının mədəni ənənələri və təcrübəsi ilə ətraflı tanışlıq prosesi gedir.

Eyni zamanda, Azərbaycanın diaspor təşkilatları və xarici ölkələrdəki səfirliklərimiz dünya ölkələri ilə mədəni əlaqələrimizin inkişafına mühüm töhfələr verirlər.

Bu gün dünyada Azərbaycanı təkcə iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkə kimi deyil, həm də yüksək milli-mənəvi dəyərlərə malik xalq kimi tanıyırlar. Azərbaycanda mütəmadi keçirilən beynəlxalq mədəniyyətlərarası dialoq forumları, humanitar forumlar dünya ilə mədəni əlaqələrimizin gələcək inkişafı üçün geniş perspektivlər açır. Milli mədəniyyətimizin dünyaya inteqrasiyası istiqamətində son illər Azərbaycan diasporunun fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Azərbaycan diasporunun ölkəmizin mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər nəticəsində dünyanın əksər ölkələrində görkəmli elm və mədəniyyət xadimlərimiz  barədə dolğun fikir formalaşıb, onların əsərləri geniş təbliğ edilib.

Bu cəhətdən Fransa ilə əlaqələrin inkişafı daha təqdirəlayiqdir. Strasburqdakı “Azərbaycan evi” Cəmiyyəti ölkənin məşhur Mark Blok Universiteti ilə əlaqələr qurub. “Nizami Gəncəvi və dünya mədəniyyəti” mövzusunda keçirilən konfrans əlaqələrin inkişafı baxımından əhəmiyyətli idi. Tədbirin təşkilatçıları Strasburqda fəaliyyət göstərən “Azərbaycan evi” və Strasburq Türkologiya Departamenti olub.

Araz” Fransa-Azərbaycan  Mədəni Əlaqələr Assosiasiyası 2006-cı ildə Parisdə təsis edilmişdir. Assosiasiyanın əsas məqsədi mədəni tədbirlər və xeyriyyə aksiyaları təşkil etmək, Fransada fəaliyyət göstərən başqa mədəni və dini icmalarla sıx əlaqələr qurmaqdır. Təşkil olunmuş tədbirlər zamanı Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, musiqisi, Dağlıq Qarabağ munaqişəsi və Fransada məskunlaşmış azərbaycanlılarla bağlı ətraflı məlumat verilir və əvvəlcədən hazırlanmış filmlər nümayiş etdirilir.

Azərbaycan Kültür Mərkəzi 1990-cı ildən Strasburqda fəaliyyət göstərir. Kültür Mərkəzinin məqsədi mədəni tədbirlər və milli bayramlarımızı təşkil etməklə xalqımızın mədəniyyətini, folklorumuzu qoruyub saxlamağa xidmət etməkdir. Azərbaycan Kültür Mərkəzinin sədri Əhməd Mehribanidir.

Avstriyanın paytaxtı Vyana şəhərində Avstriya-Azərbaycan Akademik Birliyinin təşəbbüsü və Avropa Komissiyasının dəstəyi ilə gənclər proqramı həyata keçirilib. Proqramda Portuqaliya, Slovakiya, Almaniya, Türkiyə və Azərbaycan gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Proqram çərçivəsində “Azərbaycan gecəsi” təşkil olunub. Belə tədbirlər vaxtaşırı keçirilir.

Novruz bayramı ərəfəsində diaspor təşkilatları mühüm tədbirlər keçirirlər. Ümumiyyətlə, Azərbaycanın milli bayramları dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız tərəfindən təntənəli şəkildə qeyd olunur. Berlindəki “Azərbaycan evi” cəmiyyətinin keçirdiyiNovruzunuz mübarək!” bayram şənliyində Azərbaycan incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Tədbirdə Almaniyanın paytaxtında və onun ətrafında yaşayan həmyerlilərimiz, Türkiyə diasporunun təmsilçiləri və Berlin ictimaiyyətinin nümayəndələri iştirak edib. Almaniyanın Oldenburq şəhərində, Hamburqdakı Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzində, Köln Azərbaycan-Türk Dayanışma Dərnəyində, Mannhaym şəhərində hər il Azərbaycan və türk icmalarının nümayəndələri tərəfindən Novruz bayramı ilə əlaqədər tədbirlər təşkil olunur.

Məhz Heydər Əliyevin tapşırığı və xüsusi diqqəti sayəsində Ukraynada Azərbaycan diasporu təşkilatlanmış və inkişaf yolu tutmuşdu. 1997-ci ildə Ukraynaya rəsmi səfər edən Prezident Heydər Əliyev burada yaşayan azərbaycanlılarla görüşdə demişdi:Harada yaşamasından asılı olmayaraq, heç bir azərbaycanlı öz Vətənini, ulu babalarını, dilini unutmamalıdır. Harada yaşayırsansa yaşa, yaxşı da, pisyaşasan, gərək ürəyin öz Vətəninlə, torpağınla döyünsün. Gərək nəbzin Vətənin nəbzi ilə vursun. Bu vətənpərvərlik hissi bizim hər birimizdə olmalıdır. O cümlədən, respublikamızdan kənarda, Ukraynada yaşayan azərbaycanlılarda da olmalıdır”.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Ukrayna ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsində diasporun rolunu xüsusi vurğulayır və bu ölkədə yaşayan soydaşlarımıza daha fəal olmağı tövsiyə edir. Prezident İlham Əliyev haqlı olaraq bildirir ki, diasporlarımız ölkələrimizi, xalqlarımızı birləşdirən təbii körpüdür. Ümumiyyətlə, Azərbaycan və Ukrayna münasibətlərinin dostluq və qarşılıqlı etimad əsasında inkişafında Ukraynadakı Azərbaycan icması fəal iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlər barədə  demişdir: “Diasporlarımız ölkələrimizi, xalqlarımızı birləşdirən təbii körpüdür. Mənə çox xoşdur ki, həm Azərbaycanda yaşayan ukraynalılar, həm də Ukraynada yaşayan azərbaycanlılar özlərini rahat, inamlı, öz evlərindəki kimi hiss edir, öz dövlətlərində bir ailə kimi yaşayır, eyni zamanda, Ukrayna ilə Azərbaycan arasında münasibətlərin, indi olduğu kimi, fəal inkişaf etməsinə çalışırlar”. Ukraynada yaşayan bir neçə yüz minlik Azərbaycan diasporu bu gün də ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.

Ukrayna Azərbaycanlıları Konqresi hər il Novruz bayramı münasibətilə konsert təşkil edir. “Beynəlxalq Ana dili Günü” çərçivəsində Ukrayna Müdafiə Nazirliyinin Mərkəzi Mədəniyyət evində “Dil palitrası” mədəni-yaradıcılıq aksiyası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi tədbirdə Azərbaycan, Belarus, gürcü, macar, yəhudi, moldovan, alman, rus və digər diasporların nümayəndələri iştirak ediblər. Ölkəmizi konsertdə Ukrayna Azərbaycanlıları Konqresinin “Azərbaycan” kvarteti uğurla təmsil edib.

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı ilə əlaqədar Hayfa şəhərində Azərbaycan incəsənət ustalarının böyük konsert proqramı təşkil olunub. Azərbaycandan köçmüş 800 nəfərdən çox yəhudinin iştirak etdiyi konsertdə Hayfa şəhərinin meri cənab Yona Lav da iştirak edib. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı çərçivəsində qurultayın keçirildiyi salonda xalqımızın zəngin mədəni irsini əks etdirən rəsm sərgisi də təşkil olunub

Kanadanın Toronto şəhərindəki Yapon Mədəniyyət Mərkəzində isə türk icmaları ilə birgə təşkil olunmuş ənənəvi “Uşaq bayramı”nda Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin nəzdindəki rəqs dərnəyinin və “Həftə sonu” məktəbinin şagirdləri də fəal iştirak ediblər. Bayram tədbirində milli rəqslərimiz, habelə Azərbaycan haqqında videofilm nümayiş etdirilib. Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərindəki Ayn-Şəms Universitetinin dillər fakültəsində keçirilmiş XXVI Xalqlar Günü festivalında azərbaycanlı tələbələrin “Vətən” cəmiyyəti birinci yeri tutub. Festivalda tələbələrimiz Azərbaycan üçün ayrılmış guşənin girişini Qoşa qala qapısının maketi ilə bəzəmiş, Azərbaycanın tarixinimüasir dövrünü əks etdirən stendlər hazırlamışdılar.

Xarici ölkələrdəki Azərbaycan icmaları müxtəlif ölkələrdə keçirilən beynəlxalq mədəniyyət festivallarında da fəal iştirak edir, xalqımızın zəngin mədəni irsini tanıtmağa çalışırlar. Birləşmiş Ştatların Hyuston şəhərində türk xalqlarının festivalı keçirilib. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının üzvləri Azərbaycandan gətirilmiş milli suvenirlər, əl işləri ilə bəzədilmiş guşə yaratmışlar.

Hollandiyanın Amsterdam şəhərində Azərbaycan dilinin tədris ediləcəyi məktəb açılıb. Hər bazar günü 4 saat Azərbaycan dilinin tədris olunduğu məktəbdə bu ölkədə yaşayan azərbaycanlı uşaqlarla yanaşı, İraq türkmanlarının balaları da ana dilimizi öyrənirlər. Digər 2 saat ərzində isə yaşlılara bu dil tədris edilir. Benilüks Azərbaycanlıları Konqresinin xüsusi səyi sayəsində açılmış məktəb ilk vaxtlar qurumda təmsil olunan Türkman Federasiyasının Amsterdamdakı qərargahında fəaliyyət göstərib.

Almaniyanın Maynts şəhərində milli azlıqların beynəlxalq festivalı keçirilib. Maynts şəhər bələdiyyəsinin keçirdiyi festivalda Azərbaycanı Maynts-Azərbaycan Dostluq Cəmiyyəti təmsil edib. Tədbirdə ümumilikdə 34 dövlətin tanıtım stendi və 25 ölkənin folklor və rəqs qrupları iştirak edib. Maynts-Azərbaycan Dostluq Cəmiyyətinin rəqs qrupunun ifasında Azərbaycanın milli rəqsləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Birləşmiş Ştatların Kaliforniya ştatının İrvin şəhər rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “İrvine Global Village” festivalında ilk dəfə olaraq soydaşlarımız da iştirak ediblər.

Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Azərbaycanın tarixi şəxsiyyətlərini də unutmur, onların fəaliyyəti haqqında yaşadıqları ölkələrin ictimaiyyətini məlumatlandırmağa çalışır, xatirələrini ehtiramla yad edirlər. Tallində fəaliyyət göstərən “Aydan” Estoniya-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən ümummilli liderin xatirəsinə həsr olunmuş tədbir keçirməklə yanaşı, Heydər Əliyev haqqında hazırlanmış film və fotosərgi nümayiş etdirilib. Estoniyadakı Akademik Z.Əliyeva adına Şərq Mədəniyyəti İnstitutu ulu öndərin fəaliyyətinə həsr olunmuş konfrans keçirib. Litva Azərbaycanlıları Cəmiyyətinin və “Günəş” Cəmiyyətinin üzvləri dahi şəxsiyyətin xatirəsinə həsr olunmuş anım mərasimləri təşkil ediblər. Azərbaycan səfirliyinin dəstəyi ilə Latviyada “Azəri-Vəhdət” Cəmiyyəti və “Ocaq” Mədəniyyət Mərkəzi ulu öndərin xatirəsinə həsr olunmuş yığıncaqla bərabər, Heydər Əliyevin həyatının və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi təşkil edib.

Əlbəttə, bunlar son illər diaspor təşkilatlarının həyata keçirdikləri tədbirlərin bir qismidir. Son dövrlər Azərbaycan diaspor təşkilatları daha da fəallaşmışdır. Xüsusilə, erməni təcavüzkarlarının milli-mənəvi dəyərlərimizə sahib çıxmaq cəhdlərinə qarşı diaspor təşkilatları ciddi mübarizə aparır.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da hər zaman qeyd edir ki, Azərbaycan xalqının mədəni irsinin təbliği diaspor təşkilatlarının qarşısına vəzifə kimi qoyulub: “Bu istiqamətdə dövlət qurumlarının, eyni zamanda Diaspor Komitəsinin təklif və layihələri olur. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin bır çox uğurlu layihələri diasporumuzun iştirakı ilə həyata keçirilib. Dünya ölkələrində yaşayan azsaylı xalqların beynəlxalq festivalları keçirilir ki, Diaspor Komitəsi də o festivalların qrafikini diqqətdə saxlayır və həmin festivallarda hökmən azərbaycanlı icmasının da iştirakını təmin etməyə çalışır. Bu təşkilatlara maddi dəstək verilir və lazımi vəsaitlərlə təmin edilir. 21 mart BMT tərəfindən Beynəlxalq Novruz Günü elan olunubUNESCO-nun mədəni irs siyahısına daxil edilib. Bu tədbirlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə birgə, ya da müstəqil şəkildə diaspor təşkilatlarının layihələri həyata keçirilir, mədəniyyətimiz əcnəbilərə çatdırılır”.

Son illər  diaspor təşkilatları  beynəlxalq aləmdə  Azərbaycan mədəniyyətinin təbliği istiqamətində  davamlı aparırlar. Bunun  nəticəsidir ki, Azərbaycan mədəniyyəti  beynəlxalq miqyasda tanınır    milli-mənəvi irsimizə maraq ildən-ilə artır.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2016.- 6 yanvar.- S.5.