Həyata keçirilən proqramlar ölkəmizdə

regionların iqtisadi inkişafını sürətləndirir

 

Azərbaycanda investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqət çəkir. Dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını qlobal layihələrin reallaşdırılması istiqamətində səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi ilə bağlı həyata keçirilən tədbirləri xüsusi vurğulamaq olar.

 

Xatırladaq ki, bölgələrdəki mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin reallaşdırılması siyasəti  ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini-neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla Azərbaycanın  uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırmışdır.

Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş qeyri-neft sektorunun, eləcə də regionların inkişafı strategiyasının düzgünlüyü ötən 12 ildə öz bariz təsdiqini tapmış, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişmiş, əhalinin paytaxta axını səngiyərək əks proses başlamış, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı isə artmışdır. Hazırda Azərbaycanın bölgələrində hər bir ailə, hər bir vətəndaş sözügedən strategiyanın real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.

Azərbaycanın dövlət siyasətinin sosialyönümlülüyü görülən hər bir işdə, icra olunan hər bir layihədə özünü büruzə verir. Uzun illər boyu təmir olunmadığına görə yararsız vəziyyətə düşmüş kənd yollarının abadlaşdırılması bunun əyani sübutudur. Hər bir yaşayış məntəqəsinin abadlığının əsas şərti onun yolunun rahat olmasıdır. İndi ölkəmizin demək olar ki, əksər regionlarında kənd yollarının təmiri və yenidən qurulması prosesi uğurla davam edir.

Prezident İlham Əliyev ötən il sentyabrın 17-də Kürdəmir və   Ağsu rayonlarına səfəri çərçivəsində Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun  açılışı mərasimində demişdir: “Kənd yollarının tikintisi Azərbaycanda, ümumiyyətlə, geniş vüsət almışdır. Bir çox hallarda yollar keyfiyyətli tikilir, amma keyfiyyətsiz yollar da hələ ki, var. Ona görə, bu məsələyə daim diqqət göstəriləcəkdir. Büdcədən, Prezidentin ehtiyat fondundan vəsait ayrılır, amma yerlərdə insanlar gərək buna məsuliyyətlə yanaşsınlar...”.

Dövlət başçısı daha sonra vurğulamışdır ki, bu gün bütün icra orqanlarının nümayəndələri bilməlidirlər ki, hər bir sahədə ciddi nəzarət var və ən güclü nəzarət ictimai nəzarətdir. Burada yaşayan insanlar görəndə ki, hər hansı bir ədalətsizlik var, keyfiyyətsiz yollar salınır, yaxud da başqa xoşagəlməz hallar baş verir, əlbəttə, ilk növbədə, yerli icra orqanlarına, əgər nəticə olmasa, mərkəzi icra orqanlarına məlumat verilməlidir... Bu yolların çəkilişi, infrastruktur layihələrinin icrası da bu məqsədi güdür - hər şey insanlar üçün, Azərbaycan xalqı üçün...

Ölkə rəhbəri çıxışlarının birində qeyd etmişdir ki, bu gün dünyada, bölgədə yaşanan xoşagəlməz mənzərə bir daha Azərbaycanın uğurlu inkişaf modelini ortaya qoyur: “Bizim ölkə nümunədir. Mən ona görə demirəm ki, özümüzü tərifləyək, qüsurlar da çoxdur. Ancaq indi dünyada gedən ümumi proseslərə baxdıqda görürük ki, Azərbaycanda həm ictimai proseslər, həm də iqtisadi inkişaf düzgün məcrada gedir. Baxmayaraq ki, neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb Azərbaycan vətəndaşı bunu hiss etməməlidir. Maaşlar, pensiyalar vaxtında verilir, islahatlar aparılır, beynəlxalq imicimiz gündən-günə güclənir. Çünki bu uğurlu inkişaf modelinin təməlində əlbəttə ki, düşünülmüş siyasət dayanır. Biz həmişə çalışmışıq və çalışırıq ki, daxili resurslara arxalanaq. Ona görə, heç kimdən asılı deyilik. Ona görə, özümüz öz həyatımızı qurmuşuq və yaxşı həyat qururuq”.

Bununla bərabər, hamımız yaxşı bilirik ki, hələ görüləsi işlər çoxdur, həm mərkəzdə - Bakıda, həm bütün bölgələrdə quruculuq, abadlıq, inkişaf, islahatsosial ədalət - bütün bu məsələlər daim diqqət mərkəzindədir. Mənim bölgələrə mütəmadi səfərlərimin məqsədlərindən biriodur ki, vəziyyətlə tanış olum, soruşum işlər necədir, hansı məsələlər insanları narahat edir, incidir ki, biz onları həll edək. Bax, biz bu yolla gedirik və əminəm ki, yaxın bir neçə il ərzində ölkə qarşısında duran bütün əsas infrastruktursosial məsələlər öz həllini tapacaq”, - deyə ölkə başçısı vurğulamışdır.

Azərbaycan hökuməti tərəfindən düzgün fiskal siyasətin həyata keçirilməsi, o cümlədən sahibkarlığın inkişafı üçün güzəştli kreditlərin verilməsi, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması, antiinhisar və digər iqtisadi münasibətlərin tənzimlənməsi nəticəsində son 12 ildə ölkədə ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artmışdır. Bu dövrdə respublikada 1 milyon 400 min yeni yeri açılmış, iqtisadiyyata 180 milyard dollar investisiya yatırılmış, strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10 dəfə çox olmuşdur. Həmçinin əhalinin gəlirləri inflyasiyanı üç dəfədən çox üstələməklə 6,5 dəfə, orta aylıq əmək haqqı 5,6 dəfə çoxalmış, işsizlik səviyyəsi 10,6 faizdən 4,9 faizədək, yoxsulluq səviyyəsi 44,7 faizdən 5 faizədək azalmışdır. Bütün bunlarla yanaşı, bir həqiqət də unudulmamalıdır: Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı, xüsusi qayğıya və sosial müdafiəyə ehtiyacı olan

1 milyondan artıq qaçqın və məcburi köçkünün mövcudluğu işsizliyinyoxsulluğun səviyyəsini, eləcə də ölkə iqtisadiyyatının sosial yükünü artırmaqla bərabər, həm də iqtisadi artımı zəiflədir.

Son illərdə qeyri-neft sektorunun, o cümlədən regionların inkişafına mühüm önəm verilmişdir. Bununla bağlı geniş tədbirlər reallaşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafına dair  dövlət proqramlarının uğurla həyata keçirilməsi, 2014-cü ilin sənaye, keçən  ilin kənd təsərrüfatı ili elan edilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması və bütün bunların nəticəsi olaraq regionlarda   sənaye məhəllələrinin sürətlə yaradılması, aqroparkların qurulması,  sonda qeyri-neft sektorundan ixracın həcminin böyük sürətlə artmasına zəmin yarada bilmişdir. Son 5 il ərzində ÜDM-in  tərkibində qeyri-neft sektorunun payı 20 faizə qədər artaraq ümumilikdə 70 faizə yaxınlaşmışdır. Elə bunun nəticəsidir ki, son 5 ildə qeyri-neft sektorundan ixracın həcmi 65 faiz artmışdır ki, bu da orta illik 13 faiz artım deməkdir.

Ekspertlərin fikrincə, qeyri-neft sektorunun, regionların  qısa zaman ərzində belə sürətli inkişafı təcrübəsinə heç yerdə rast gəlinməmişdir. Həm də nəzərə alınmalıdır ki, bu, Azərbaycanın Ermənistanla müharibə şəraitində olduğu bir dövrdə əldə edilmişdir.

Burada bir amili unutmaq olmaz. Neftin qiymətlərinin aşağı düşməsi Azərbaycanın gəlirlərinin azalmasına öz təsirini göstərsə , regionların sosial-iqtisadi inkişafını ləngidə bilməmişdir. Çünki  neft gəlirlərinin kifayət qədər səmərəli istifadə olunması  regionların inkişafında yüksək nəticələr əldə edilməsini şərtləndirir. Başqa sözlə, Azərbaycan hökuməti tərəfindən son 12 il ərzində neft gəlirlərinin bir hissəsinin bu məqsədlə səmərəli istifadə edilməsi ölkə iqtisadiyyatının diversifikasiyası üçün  möhkəm zəmin yaratmışdır. Bu isə iqtisadiyyatın neftdən asılılığının getdikcə minimuma enməsi deməkdir.

Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən əsas sahələrdən biri qeyri-neft sənayesidir. Dövlət başçısının 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmişAzərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramıölkədə sənayeləşmə prosesinin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir hazırda Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər uğurla icra olunur.

Sahibkarlıq sahəsində görülmüş tədbirlər nəticəsində ölkənin ticarət xidmət obyektləri müasir tələblərə uyğun geniş çeşiddə yerli ərzaq qeyri-ərzaq məhsulları ilə təmin edilmiş, ölkədən ixrac olunan mal çeşidi ötən ildə 2003-cü illə müqayisədə 76,6 faiz artmışdır.

Son illər regionlarda təkcə dövlətin maliyyə dəstəyi ilə müasir texnologiyalara əsaslanan 43 quşçuluq təsərrüfatı, 23 cins heyvandarlıq kompleksi, 8 süd 6 ət emalı müəssisəsi, 39 intensiv bağçılıq üzümçülük təsərrüfatı, 43 müasir istixana kompleksi, 16 meyvə-tərəvəz emalı müəssisəsi, 51 logistik mərkəz 22 taxıl anbarı kompleksi yaradılmışdır ki, bu da istehlak bazarının sabitləşməsində, ixrac potensialının artmasında, idxaldan asılılığın azalmasında, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsində əhəmiyyətli rola malikdir. Bununla yanaşı, hazırda aqroparkların intensiv metodlara əsaslanan yüksək məhsuldarlığa malik müasir iri fermer təsərrüfatlarının yaradılması tədbirləri davam etdirilir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın hazırda 19 rayonunda (Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxı, Yevlax, Ağdaş, Şəmkir, Siyəzən, İsmayıllı, Samux Şəmkir) 40 min hektardan artıq sahədə 22 sahibkarlıq subyekti tərəfindən 30 iri fermer təsərrüfatı yaradılır. Ümumi dəyəri 162,4 milyon manat olan bu təsərrüfatların yaradılmasına İqtisadiyyat Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 61,6 milyon manat güzəştli kredit verilmişdir.

Hazırda fəaliyyətdə olan təsərrüfatlarda müasir suvarma sistemləri qurulmuş, hər hektardan 58-60 sentner arpa buğda, 120 sentnerədək dənlik qarğıdalı götürülür. Bununla yanaşı, Şəmkir, Xaçmaz Xızı rayonlarında aqropraklar yaradılır. Aqroparklarda müasir istehsal, emal infrastruktur müəssisələrinin yaradılmasına 23 milyon manat güzəştli kredit verilmişdir. Şəmkir Yalama aqroparklarında birinci mərhələ üzrə işlər ilin sonunadək yekunlaşacaqdır.

Bölgələrimizin inkişafındaAzərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramımühüm əhəmiyyət kəsb edir. Dövlət proqramı çərçivəsində ötən ilin 9 ayı ərzində 170-dən artıq sənaye, kənd təsərrüfatı, xidmət ticarət müəssisəsi fəaliyyətə başlamış, 430-dan artıq müəssisənin isə tikintisi davam etdirilir. Həmin dövrdə regionlarda 34 məktəb, 26 bağça, 11 səhiyyə, 8 gənclər idman, 24 mədəniyyət digər sosial obyekt tikilmiş ya əsaslı təmir olunmuşdur. Hazırda 250-yə yaxın sosial obyektin təmir-tikintisi davam etdirilir.

Bütün bu deyilənlər isə Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqləyir. Bu dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun, eləcə regionların nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2016.- 8 yanvar.- S.3.