Azərbaycan dövləti 2015-ci ildə də

inkişaf dinamikasını və əhalinin

hərtərəfli təhlükəsizliyini təmin etdi

 

2015-ci ildə yaşadığımız regionda iqtisadi, siyasi, hərbi böhran daha da dərinləşdi, risklər artdı, təhlükələr artdı, yeni çağırışlar meydana gəldi. Bütün bunlara baxmayaraq, Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir. Bizim əsas vəzifəmiz ondan ibarət idi ki, Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edək, ölkəmizin dinamik inkişafına nail olaq. Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildi. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır və yaşayacaqdır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Yeni il münasibətilə Azərbaycan xalqına təbrikindən

 

31 dekabr 2015-ci il

 

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs  nəticəsində ildən-ilə inkişaf edən gənc müstəqil Azərbaycan dövləti özünəməxsus inkişaf modeli formalaşdırmışdır.

 

Bu tendensiyanın “özünəməxsus” adlandırılması da təsadüfi deyil. Çünki bizimlə eyni dövrdə müstəqillik əldə etmiş ölkələrin bir çoxu müəyyən dövrdə sürətli inkişaf yoluna düşür və qısa müddətdən sonra növbəti iqtisadiya siyasi uğursuzluqlarla üzləşir. Azərbaycan dövləti isə istənilən halda öz inkişaf dinamikasını qoruyub saxlamağı və ölkə əhalisinin təhlükəsiz həyatının təmin edilməsini bacarır. 1993-cü ilin yayından sonra biz istənilən təqvim ilinin nəticələrinə nəzər salarkən mütləq çoxsaylı tərəqqi və inkişaf faktları barədə danışırıq. Tanrının xalqımıza bəxş etdiyi xoşbəxtlikdir ki, 2015-ci il kimi siyasi cəhətdən qarışıq, təbəddülatlı və mürəkkəb bir zaman kəsiyində də Azərbaycan dövləti öz əsas hədəflərindən yayınmadı və qarşıya qoyulan məqsədlərə əvvəlki illərdəki səviyyədə olmasa da, nail ola bildi. Təbii ki, əvvəlki illərdə aparılmış uğurlu islahatlar və mükəmməl siyasi idarəetmə nəticəsində.

Bizim ümumi şəkildə qələmə aldığımız bu məqamların daha geniş və müfəssəl məzmunlu ifadəsini  Prezident İlham Əliyevin son bir neçə ayda, xüsusən, dekabrın son həftələrində səsləndirdiyi çıxış və nitqlərində daha aydın şəkildə görürük. Dövlət başçımızın  Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə oxuyuruq:   “2015-ci ildə neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür, üç dəfə aşağı düşmüşdür. Bunu ilin əvvəlində təsəvvür etmək mümkün deyildi. Ancaq bu, reallıqdır və yenə də Azərbaycanda aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində iqtisadi artım təmin edildi, Azərbaycanda qeyri-neft sektoru inkişaf etdi. Xüsusilə qeyri-neft sənayesinin 7 faizdən çox artması məni xüsusən sevindirir. Bu, onu göstərir ki, əvvəlki illərdə apardığımız siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır və neftdən asılılığımız getdikcə daha da azalacaq”. 

Azərbaycan Prezidenti İlham Əliyev hələ siyasi hakimiyyətə gəldiyi ilk illərdən etibarən dönə-dönə vurğulayırdı ki, biz ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün mütləq qeyri-neft sektorunun, xüsusən, kənd təsərrüfatının inkişaf etdirilməsinə nail olmalıyıq.  Postneft dövründə hansısa problemlə üzləşməmək üçün bundan məqbul yolun olduğunu düşünmək sadəlövhlük olardı. Məhz həmin siyasi uzaqgörənliyin nəticəsidir ki, dövlət başçımızın qeyd etdiyi sahədəki göstəricilərimiz ən arzuolunmaz iqtisadi dövr kimi qəbul edilən  2015-ci ildə də öz müsbət tendensiyasını saxlaya bilmişdir.

Həmin məqamı da bilavasitə Prezidentin adıçəkilən təbrikindən eşitmək daha məqsədəmüvafiq olardı: “Bu il “Kənd təsərrüfatı ilidir. Şadam ki, kənd təsərrüfatı təxminən 7 faiz artmışdır. Bütövlükdə, götürəndə bizim iqtisadi sahədə apardığımız siyasət mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı yerdədir. Bu, böyüktarixi nailiyyətdir. Bu, onu göstərir ki, biz düzgün siyasət aparırıq və gələcəkdə, əlbəttə, Azərbaycan xalqının maraqlarını daim təmin edəcəyik”.

Bundan başqa, öz nitq və çıxışlarında daimbizim siyasətimizin təməlində insan amili dayanır”, –  deyən Prezident İlham Əliyev  dünyada yaşanan iqtisadi böhransiyasi qarşıdurmalar fonunda Azərbaycan insanının sosial rifahının yaxşılaşdırılmasının bir an belə ikinci dərəcəli məsələlər sırasına düşməsinə imkan verməmişdir: “Azərbaycanda sosial məsələlər öz həllini tapır. Baxmayaraq ki, gəlirlərimiz kəskin şəkildə azalmışdır, bir dənə də olsun sosial proqram təxirə salınmadı. Bütün sosial layihələrimiz icra edilmişdir. Bu da siyasətimizin mahiyyətini, yəni, mənasını göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz güclü dövlət qururuq, güclü iqtisadiyyat qururuq, eyni zamanda, insanların rifahı bizim üçün həmişə prioritet məsələ olubdur və olacaqdır”.

Dövlət başçımızın fikrincə, 2016-cı və bundan sonrakı illərdə də Azərbaycan prinsipial siyasətdən dönməyəcəkdir. Çünki Azərbaycan demokratiya yolu ilə gedir, inkişaf yolu ilə gedirbu, xalqımızın  şüurlu seçimidir. Bu gün ölkəmizdə xalq iqtidar birliyi, milli həmrəylik  ən yüksək səviyyədədir.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun fikrincə,  2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunubuğurlu inkişafını davam etdirib. Prezidentin köməkçisi  ilin son günlərində AZƏRTAC-a verdiyi müsahibədə  qeyd edir ki,  2015-ci il Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran vəzifələrin həyata keçirilməsi, daxilixarici siyasət məsələlərinin həlli baxımından mühüm il olub: “Ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadisosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilib, əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilib, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib, milli təhlükəsizlik və sabitlik təmin olunub”.  Əli Həsənov qeyd edib  ki, Prezident İlham Əliyevin müstəqil, düşünülmüşçevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub, itkilər minimuma endirilib, ölkəmiz öz uğurlu inkişafını davam etdirib.

2015-ci ildə ölkəmizin ictimai-siyasi həyatında ən mühüm hadisələrdən biri Milli Məclisə seçkilər olduğunu deyən Əli Həsənov diqqətə çatdırıb ki, xalqın Azərbaycan Prezidentinə böyük etimadı və onun həyata keçirdiyi siyasətə hərtərəfli dəstəyi seçki prosesinin nəticəsinə təsir göstərən mühüm amil olub. Ötən il qarşıya qoyulan vəzifələrin uğurla icra olunduğunu söyləyən Prezident köməkçisi xatırladıb ki, artıq Bakı 2017-ci ildə İslam Həmrəylik Oyunlarını qəbul etməyə hazırlaşır. Bu, Azərbaycanın dünyada necə nadir bir missiya daşımasının əyani ifadəsidir: “Azərbaycan artıq mədəniyyətlərin, dinlərin, fərqli geosiyasi qütblərin əməkdaşlıq məkanı kimi qəbul olunur.

Geridə qalan 2015-ci il və ümumiləşdirilən Azərbaycan həqiqətləri barədə qələmə aldığımız qeydləri yekunlaşdırarkən yada salaq ki, ötən il dekabrın 30-da Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışında iştirak edən Azərbaycan  Prezidenti İlham Əliyev Bakıətrafı kənd və qəsəbələrin təmsilçiləri ilə söhbətdə çox maraqlı fikirlər səsləndirdi. 2015-ci ili həm dünya ölkələri, həm də Azərbaycan üçün  sınaq ili adlandıran dövlət başçımız dedi: “Dünyada gedən proseslər istər-istəməz bizə də təsir etmişdir. Ancaq 2015-ci ildə Azərbaycanda ictimai sabitlik təmin edildi, xalqımız sülh, əmin-amanlıq şəraitində yaşayır və yaşamalıdır. Baxmayaraq ki, indi ətraf bölgələrdə müşahidə olunan mənzərə çox acınacaqlıdır. Əfsuslar olsun ki, 2015-ci ildə həm dünyada, həm bölgədə qanlı toqquşmalar, müharibələr, ayrı-seçkilik və anlaşılmazlıq özünü daha qabarıq şəkildə büruzə verir. Azərbaycanda isə bütün işlər normal məcrada davam edir, xalqımızın təhlükəsizlik şəraitində yaşaması təmin edilir, milli birlik, həmrəylik hökm sürür.

Əlbəttə, biz diqqəti xüsusən gələcək iqtisadi inkişafımıza yönəltməliyik. Son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə edilmişdir. Şəhərlərimizin siması dəyişdi, Bakı dünyanın ən gözəl şəhərinə çevrildi. Ancaq görüləsi işlər çoxdur. Gələn il xüsusilə idarəetmə sahəsində çox ciddi islahatlar davam etdiriləcək. Bu islahatlar daim aparılır. Ancaq gələn il daha da ciddi struktur islahatları aparılacaq. Biz, xüsusilə, idarəetmə sahəsində artıq yeni formatda, daha böyük səmərə ilə işləməliyik. Bütün sahələrdə tam şəffaflıq təmin edilməlidir ki, dövlət büdcəmizin gəlirləri ilə bağlı heç bir problem olmasın. Biz elə işləməliyik ki, neftin qiymətindən asılılığı aradan götürək”.

Doğrudan da, bütün bunlar həm ölkə əhalisinin, həm də dünya ictimaiyyətinin müasir Azərbaycan həqiqətləri kimi qəbul etdiyi reallıqlardır. Əminik ki, bu reallıqlar müstəqil Azərbaycanın daha böyük uğurlarının stimuluna çevriləcəkdir.

 

İttifaq  MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2016.- 9 yanvar.- S.1.