Dövlətimizin diqqət və qayğısı Göygöl rayonunu

yeni inkişaf mərhələsinə çıxarmışdır

 

Adətən, belə olur: hər hansı bir sahədə problem, fövqəladə vəziyyət yarananda hamı oraya səfərbər olur. Məsul şəxslər isə vəziyyətlə yerindəcə tanış olmaqla təcili tədbirlər görməyə tələsirlər. Etiraf edək ki, son günlər havaların birdən- birə kəskin şəkildə dəyişməsi, güclü qar yağması bölgələrdə də belə gərginliklər yaratdı. Göygöl rayonuna səfərimiz də, bax, belə bir vaxtdadağlara güclü qar yağandan bir gün sonra baş tutdu.

 

Sözün düzü, düşünürdük ki, rayon icra hakimiyyətində, idarə, müəssisə və təşkilatlarda axtardığımız kimisə tapmayacağıq. Güman edirdik ki, hamı yerlərdədir. Ancaq belə olmadı. İlk üz tutduğum Göygöl Rayon  İcra Hakimiyyəti aparatında hamı öz yerində idi...

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov həssas adamdır, təəccübümüzü dərhal hiss etdi. Ona görə də belə çətin vəziyyətdə hamının adi qaydada öz yerində olması ilə bağlı sualımızı xoş bir təbəssümlə qarşıladı: — İndi bu ayazlı- şaxtalı günlərdə qar basmış obalara, gediş- gəlişi çətinləşmiş dağa- daşa ona görə düşməmişik ki, qışa vaxtında , özü də yüksək səviyyədə hazırlıq işləri aparmışıq. Əlavə olaraq, rayon icra hakimiyyəti yanında xüsusi operativ qərargah da yaratmışıq. Ancaq nə dünən, nə də bu gün həmin qərargaha bir nəfər də olsun zəng etməyib.

Əslində, rayon rəhbərinin bu sözləri bir çox ciddi məqamlardan xəbər verir. Onu da əlavə edək ki, təkcə qışa hazırlıqla bağlı deyil, digər sahələrdə də rayon icra hakimiyyətində, onun yerli strukturlarında aydın mövqe, dəqiq fəaliyyət proqramı, kompleks tədbirlər planı mövcuddur. Bu isə, sözsüz ki, hadisələri qabaqlamağa, çevik fəaliyyət göstərməyə əsas verir.

Yeri gəlmişkən, bir vacib məsələni vurğulamaq lazımdır ki, son illər, xüsusilə də yola saldığımız 2015- ci ildə rayonda iqtisadi, sosial və mədəni sahələrdə əldə edilmiş böyük uğurların əsasını da məhz belə amillər təşkil edir. Prezident İlham Əliyevin bu bölgəyə göstərdiyi gündəlik diqqət və qayğı, rayonda mövcud olan sağlam mənəvi- psixoloji mühit, daha çox elmi əsaslara söykənən üslubu və metodları, təşkilat- idarəetmə məsələləri, insan amili, möhkəm icra intizamı uğurların ciddi təminatıdır.

Gəlin, konkret fakt və rəqəmlərə, onların müqayisəli təhlilinə, son bir ilin dinamik inkişaf yoluna nəzər salaq. Onu da bildirək ki, rayonda ötən ilin sosial- iqtisadi göstəriciləri hələ tam yekunlaşdırılmadığından bəzi hallarda natamam statistikadan istifadə etməli olduq. Lakin bunun  özü də ötən ilin yüksək nailiyyətlərini kifayət qədər əks etdirir.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovun yığcam və dolğun məlumatından, RİH aparatında hazırlanmış arayışdan, ayrı- ayrı idarə və müəssisələrin fəaliyyəti ilə ayrıca tanışlıqdan öyrəndiklərimiz bir daha təsdiq etdi ki, Göygöl rayonu 2015- ci ildə də son illərin yüksəliş və tərəqqisi  yolunda sanballı nailiyyətlər qazanmışdır.

Əvvəlcə ümumi göstəricilərə nəzər salaq. Ötən il Göygöl rayonunda sosial obyektlərin tikintisi, abadlıq- quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıl davam etdirilmiş, ümumi  dinamik inkişaf təmin olunmuşdur. İqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi ilk 3 rübdə 97 milyon 407,6 min manat olmuşdur. Bunun 57 milyon 501,8 min manatı (59 faiz) istehsal, 39 milyon 905,8 min manatı (41 faiz) xidmət sahələrinin payına düşmüşdür. Adambaşına 1571,1 manat dəyərində məhsul istehsal edilmişdir.18 sənaye müəssisəsi 9 milyon 473,9 min manatlıq mal buraxmışdır. Sənaye məhsulunun həcmində qeyri- dövlət sektorunun çəkisi 38 faiz olmuşdur.

Rayon ərazisində müxtəlif nazirliklər, komitələr, agentliklər və əhali 6 milyon 525,2 min manatlıq əsas kapitala investisiya qoymuş, bunun da 5 milyon 897,3 min manatı tikinti- quraşdırma işlərinə yönəldilmişdir. Poçt və rabitə müəssisələri əhaliyə və təşkilatlara 666,3 min manatlıq xidmət göstərmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 62 min manat ( 10,1 faiz) çoxdur. Ticarətin bütün növləri üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 19 milyon 500 min manat artaraq 90 milyon manata çatmışdir. Əmtəə dövriyyəsində ərzağın xüsusi çəkisi 59,1 faiz, qeyri mallar 40,9 faiz olmuşdur.

Aqrar sahənin inkişafına yönəldilmiş dövlət proqramlarının uğurla həyata keçirilməsi üçün ölkə rəhbərliyinin yaratdığı əlverişli şəraitdən maksimum yararlanmaqla, Göygöldə kənd təsərrüfatı məhsulları istehsalçılarının traktor, kombayn, digər kənd təsərrüfatı maşın və avadanlıqları ilə, toxum, gübrə və pestisidlərlə təminatı xeyli yaxşılaşdırılmışdır. Əkinçilərə 70 faiz güzəştlə 51 532 manat dəyərində 167,2 ton azot, 1,6 ton superfosfat, 0,5 ton ammafos gübrəsi satılmışdır. 852 istehsalçıya yanacaqmotor yağlarının dəyərinin 50 faizi qədər – 417 min manat yardım, o cümlədən, 13 toxumçuluq təsərrüfatına istehsal etdikləri buğda toxumuna görə 137 min manat subsidiya verilmişdir.  Bütün bunların nəticəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 941,9 min manat çox – 42 milyon 130,6 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir, bunun da 99,6 faizi qeyri-dövlət sektorunun payına düşür. 2016-ci ilin məhsulu üçün 134,4 hektar sahədə payızlıq səpin aparılmışdır.

Ötən il heyvandarlıq da inkişaf etmiş, iri malın sayı 20 633 başa, davar isə 167 596 başa çatmışdır. Əvvəlki illə müqayisədə süd istehsalı 274,5 ton, ət 62,2 ton, yun 2,1 ton, yumurta 3 min 900 ədəd artmışdır. Aparılan baytarlıq profilaktikası nəticəsində kütləvi yoluxucu xəstəliklər baş verməmişdir.

Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 158 subartezian quyusu, 4 kilometr qapalı boru şəbəkəsi təmir edilmiş, 5 subartezian quyusu yenidən bərpa olunmuşdur. Balçılı və Xaqani kəndlərinin hər birində 2, Quşqara kəndində 3, Sərkarlı kəndində və Bəhrəmbağ qəsəbəsində 1 yeni subartezian quyusu qazılmışdır. Daşqınların qarşısını almaq məqsədilə çay məcrasında 193 min kubmetr təmizləmə işləri görülmüşdür.

Söhbət açılan dövrdə rayon büdcəsinin gəlirləri (dotasiyasız) 3 milyon 190 min manat proqnoza qarşı, 3 milyon 299 min manatya 103,4 faiz yerinə yetirilmişdir. Büdcə xərcləri isə 10 milyon 717,9 min manat icra edilmişdir ki, bu da ötən illə müqayisədə 1 096,9 min manatya 11 faiz çoxdur.

Ötən il tikinti- quruculuq və abadlıq sahəsində qarşıya qoyulmuş vəzifələr də uğurla yerinə yetirilmişdir. Dövlət proqramında yer almış tədbirlərin icrası ilə bağlı Göygöl şəhərinin Mircəlal Paşayev və Həsən bəy Zərdabi küçələrinə 12109, səkilərə isə 6317 kvadratmetr asfalt örtük salınmış, 3127 metr suötürücü arx çəkilmiş, 497 metrdə səki daşları düzülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ayırdığı vəsait hesabına 5 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Yeni Zod – Çaykənd — QarabulaqQuşçu— Sarısu avtomobil yolunun yenidən qurulması ilə bağlı layihə- smeta sənədləri əsasında nəzərdə tutulmuş 15,1 kilometr yola asfalt örtük salınmışdır.

Göygöl şəhərində 16 kommunal yaşayış evi təmir olunmuşdur. Şəhriyar kəndində və Göygöl şəhərində Böyük Vətən müharibəsində həlak olanların xatirə kompleksləri əsaslı təmir olunmuş, ətrafındakı parkda bərpa və yenidənqurma işləri aparılmışdır. Qızılca kənd uşaq bağçası, Çaylı kənd folklor evi və kitabxanası, Üçbulaq kənd kitabxanası, Quşçu kənd tibb məntəqəsi isə əsaslı təmir edilmişdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Göygöl rayon şöbəsi və Kənd Təsərrüfatı İdarəsi üçün inzibati binanın, müasir tipli otelin, respublika süni mayalanma mərkəzinin 40 başlıq kompleksinin tikintisi davam etdirilmişdir.

Əhalinin elektrik enerjisi təminatını və qaz təchizatını yaxşılaşdırmaq məqsədilə 127,9 min manat dəyərində təmir- bərpa, quraşdırma işləri aparılmışdır. 87 transformator təmir edilmiş, 16,6 kilometr elektrik verilişi xətti qəza vəziyyətində olan 138 elektrik dayağı və 16 transformator yenisi ilə əvəz olunmuşdur. Sarısu, QuşçuQarabulaq kəndlərində xətlərin izolyasiyalı naqillərlə əvəz olunmasına başlanılmışdır. Sarısu kəndində 370 dayaq basdırılaraq 4,6 kilometr xətt çəkilmişdir.

Rayonun şəhər, qəsəbə və kəndlərində yeni salınmış yaşayış massivində 69 təsərrüfatı təbii qazla təmin etmək üçün 3200 metr daşıyıcı və paylayıcı xətt çəkilmişdir.İstismarda olan müxtəlif diametrli qaz xətlərinin korroziyaya uğrayan hissəsində təmir-bərpa işləri görülmüşdür. Eyni zamanda, rayonun qaz təchizatını yaxşılaşdırmaq məqsədilə daşıyıcı xətlərin üzərində müxtəlif güclü 8 qaztənzimləyici quraşdırılmışdır. Yeni Qızılca, Qızılca, Sərkərli kəndlərinin və Bəhrəmbağ qəsəbəsinin qazlaşdırılmasına başlanılmış, 11000 metr müxtəlif diametrli qaz xətti çəkilmişdir.

İçməli su ilə təminatı yaxşılaşdırmaq məqsədilə Çaykənd kəndində 400 metr su xətti çəkilmişdir. Yeni Zod kəndində 1000 metr, Mollacəlilli kəndində isə 2000 metr metal xətt plastik boru ilə əvəz olunmuşdur.

Rabitə xidmətini yaxşılaşdırmaq üçün Göygöl şəhərinin Qarabağ məhəlləsinə 50 nömrəlik telefon xətti çəkilmişdir. Göygöl şəhərinin və Qırıqlı kəndinin təzə salınmış yaşayış massivlərinə telefon xətti çəkilişinə başlanılmışdır. Göygöl şəhərində 260, Qırıqlı kəndində 239, Cümşüdlü kəndində 54, Köşkü kəndində 16 nömrə telefon çəkilərək abunəçilərin istifadəsinə verilmişdir. Rayonda genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 3304 nəfərə və ya 38,5 faizə çatdırılmışdır. 45 yaşayış məntəqəsindən 37-də əhali və təşkilatlara genişzolaqlı sürətli internet xidməti göstərilir.

Bu müddətdə 514 yeni yerləri açılmışdır ki, bunun da 423-ü daimidir. Sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq hüquqi şəxslərin sayı 511-ə çatmışdır. Sahibkarlığa Kömək Milli Fondu 96 sahibkara 1 milyon 286,4 min manat dəyərində güzəştli kredit vermişdir. İl ərzində 331 nəfər axtaran Məşğulluq Mərkəzində qeydiyyata alınmış, onlardan 231 nəfəri münasib işlə təmin olunmuş, 11 nəfərə işsizlik müavinəti təyin edilmişdir. Rayonda keçirilən “Əmək yarmarkası”nda 168 yeri müəyyənləşdirilmiş, 44 nəfər münasib yeri tapmışdır.

Ümumtəhsil məktəblərinin və məktəbəqədər uşaq tərbiyə müəssisələrinin tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun möhkəmləndirilməsinə göstərilən dövlət qayğısının nəticəsi olaraq 2015- ci ildə 183,4 min manat dəyərində inventar və avadanlıq alınmışdır.

Ötən tədris ilində ali məktəblərə qəbul olan abituriyentlərin sayı əvvəlki ilə nisbətən 33 nəfər artmışdır. Sənəd verən 420 məzundan 200- ü ali məktəblərə qəbul olmuş, onlardan 40 nəfəri 500- dən, 14 nəfəri 600- dən çox bal toplamışdır. Yüksək nəticə göstərmiş abituriyentlərlə rayon icra hakimiyyətində görüş keçirilmiş, onlara hədiyyələr verilmişdir.

İndi rayonda 41 kitabxana, 30 klub tipli müəssisə, 2 muzey, 2 musiqi məktəbi, 32 yerli əhəmiyyətli tarixi abidə var. Keçən il 1196 nüsxə yeni kitab alınaraq fond 309004- ə, elektron kataloq kitab fondu isə 814 nüsxəyə çatdırılmışdır. Öyrəndik ki, bu uğurlarla yanaşı, yerli əhəmiyyətli tarixi abidələrin, mədəniyyət evlərinin, klub və kitabxanaların əksəriyyətinin əsaslı və cari təmirə ehtiyacı var.

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən, keçən il də əhali ümumi profilaktik müayinələrə cəlb olunmuşdur. Mərkəzi Rayon Xəstəxanası 38408 nəfəri hərtərəfli müayinədən keçirmişdir. İmtiyazlı xəstələrə pulsuz dərmanlar paylanmış, yoluxucu xəstəliklərə qarşı 5479 nəfər peyvənd edilmişdir.

Öyrəndik ki, il boyu əhalinin aztəminatlı təbəqəsinin, sosial müdafiəyə ehtiyacı olan insanların rifahının yaxşılaşdırılması da diqqət mərkəzində olmuşdur. 1028 ailə olmaqla, 4612 nəfərə 1389,7 min manat məbləğində ünvanlı sosial yardım verilmişdir.Qarabağ müharibəsi və Çernobl qəzası əlillərinin 116 uşağına 15,2 min manat, əmək və sosial pensiyaçılara 12 milyon 419,4 min manat müavinət və pensiya ödənilmişdir. 84 nəfər tənha və əlilə evində sosial xidmət göstərilmişdir. Rayon üzrə orta aylıq pensiyanın məbləği 161 manata çatmışdır.

Son illərdə rayon əhalisi arasında idmanın kütləviliyi artırılmışdır. Ötən il isə  3 klub, müxtəlif idman növü üzrə 292 bölmə təsis edilmiş, 2951 gənc idmana cəlb olunmuşdur. Yeni istifadəyə verilmiş Olimpiya İdman Kompleksində 9 idman növü üzrə 12 bölmə təşkil olunmuş, 101 gənc məşqlərə cəlb edilmişdir. 14 yerli, 13 respublika əhəmiyyətli idman tədbiri həyata keçirilmişdir.Kyojinkey-karate idman növü üzrə keçirilən Avropa çempionatında 1 nəfər 3-cü yerə, Bakı şəhərində keçirilən ağırlıqqaldırma üzrə respublika çempionatında isə 1 nəfər 1-ci yerə çıxmışdır.

Rayonda gənclərin həqiqi hərbi xidmətə çağırılması mütəşəkkil təşkil olunmuş, çağırış tapşırıqları vaxtında yerinə yetirilmiş, ordudan yayınma halları olmamışdır.

İl ərzində rayon icra hakimiyyətində vətəndaşların qəbul edilməsinə, onların ərizə və şikayətlərinə baxılmasına xüsusi diqqət yetirilmişdir. Müraciətlər hərtərəfli araşdırılmış, haqlı tələblər öz həllini tapmışdır. Ərizə və digər müraciətlərin ümumi sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 333 vahid, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətlərin sayı 105 vahid, bilavasitə rayon icra hakimiyyətinin başçısına ünvanlanmış müraciətlərin sayı 192 vahid azalmışdır.

İl boyu rayon icra hakimiyyəti başçısı aparatında vətəndaşların müntəzəm qəbulu təşkil olunmuş, 590 sakin , o cümlədən icra hakimiyyətinin başçısı tərəfindən 502 nəfərqəbul edilmişdir. Əhalini narahat edən problemləri vətəndaşlarla birbaşa ünsiyyətdə öyrənib lazımi tədbirlər görülməsi məqsədilə 33 səyyar qəbul keçirilmişdir. Bu görüşlərdə 1905 nəfər iştirak etmiş, 195 nəfərin 102 müxtəlif xarakterli təklif, müraciət və şikayəti səslənmişdir. Belə qəbullarda yerli əhəmiyyətli bir sıra sosial problemlər qaldırılmışdır. Bunların 64-ü icra edilmiş, 13-ü ilə bağlı lazımi izahat  verilmiş, 25-nin icrası isə rayonda həyata keçirilən tədbirlər sırasına daxil  edilmişdir.

Bugünlərdə rayonun bütün ərazisi qalın qar altındadır. İnsanlara bolluq bəxş etmiş torpaq sanki dincini alır. Adamlar isə il boyu qışa ciddi hazırlıq apardıqlarına ğörə belə soyuq günlərdə də qayğısız güzəran sürürlər. Onlar növbəti ilin uğurlarını təmin etmək, artan tələbatı daha dolğun ödəmək üçün yaxşıca dincəlir, rahatlanır, güc- qüvvət toplayırlar.  Bu yerdə rayon rəhbəri — Göygöl Rayon İcra Hakimiyyəti başçısı Arif Seyidovun görüşüb- ayrılarkən  dediyi sözləri xatırlamalı oluruq: Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, eyni zamanda, Göygöldə genişmiqyaslı quruculuq- abadlıq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğıdan güc alaraq rayonda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində kompleks tədbirləri bundan sonra da qətiyyətlə davam etdirəcəyik”.  Öz vədlərinə həmişə sadiq olan göygöllülər, yeni başlanan 2016- ci ilinizüzüağ yola saldığınız ötən il kimi uğurlu, bol ruzili olsun!

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2016.- 10 yanvar.- S.6.