Prezident İlham Əliyev Davosda ölkə

iqtisadiyyatının qlobal böhranın mənfi

meyillərindən maksimum qorunacağını bəyan etdi

 

Davos Dünya İqtisadi Forumunda iştirak təkcə rəsmi tədbirlərə qatılmaq və ya çıxış etməkdən ibarət deyil. Buraya, eyni zamanda, dünya dövlətlərinin və aparıcı iqtisadi qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlər keçirmək, əldə olunmuş uğurları tərəfdaş və həmkarlarla paylaşmaq, qarşıda duran vəzifələri müzakirə etmək, çoxsaylı mütəxəssislərin və dünyanın ən sanballı mətbuat vasitələrini təmsil edən jurnalistlərin suallarını cavablandırmaq kimi şanslar da daxildir. Ona görə də normal siyasi kurs götürmüş ölkələrin hamısı bu forumda böyük məmnunluqla iştirak edirlər.

 

Ötən əsrin son onilliyində öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası da ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi nəticəsində bütün beynəlxalq tribunalar kimi, Davos Dünya İqtisadi Forumuna da xüsusi önəm veribdaim orada Azərbaycanın səsi eşidilib. Ölkəmizin bu foruma olan marağının əsas göstəricilərindən biriodur ki, bu iqtisadi forumun rəsmiləri özlərinin çoxillik ənənələrini pozaraq, tarixdə ilk dəfə Davosdan kənarda keçirilən toplantılarını 2013-cü il aprelin 7-8-də məhz Bakıda təşkil etmişdilər.

Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, Davos Dünya İqtisadi Forumunun Azərbaycanda keçirilməsi sadəcə ölkənin daha geniş miqyasda təbliğ edilməsi deyil, eyni zamanda, dövlətimizin iqtisadi potensialının təqdim edilməsi baxımdan da müsbət göstərici idi. Bakı toplantısı Dünya İqtisadi Forumunun ən yaddaqalan tədbirlərindən biri olmuşdu. Çünki, adətən, yanvarın qarlı günlərində Avropanın ən soyuq ölkələrindən birində — İsveçrənin dağlıq ərazisində toplaşan dünya siyasətçiləri bu dəfə Xəzər sahilinin günəşli paytaxtlarından birinə, üstəlik, aprel ayında toplaşmışdılar. Bundan başqa, hələ iki il əvvəl xəbər verilmişdi ki, 2013-cü ildə bu forum Qazaxıstanda keçiriləcək. Həmin xəbər də inandırıcı idi. Çünki Qazaxıstan regionun ən böyük ölkələrindəndir. Digər tərəfdən, Azərbaycanın Ermənistanla müharibə şəraitində olması da regional forumun Bakıda keçirilməsi imkanlarını azaldırdı. Lakin bütün bunlara baxmayaraq, Davos İqtisadi Forumu Azərbaycanda keçirildi. Bu, ölkə Prezidentinin təşəbbüsü və səyi nəticəsində reallaşdı. Belə ki, Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə ümumi razılıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşündə əldə edilmişdi.

Azərbaycan beynəlxalq aləmdə yaşanan maliyyə və iqtisadi böhran fonunda da Davos İqtisadi Forumuna verdiyi önəmə öz sədaqətini nümayiş etdirdi. Bu, təkcə dövlət başçımızın artıq onuncu dəfə forumun işinə qatılmasında özünü göstərmədi. Başqa bir fakt da var idi. Belə ki, hələ forumun açılışından əvvəl məlum olmuşdu ki, Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun rəsmi saytı üçün məxsusi olaraq “Azərbaycan iqtisadiyyatının gələcəyi” adlı məqalə yazıb. Sırf Azərbaycan həqiqətlərindən ibarət olan bu məqalə təkcə Avropanın deyil, bütövlükdə dünyanın iqtisadçı mütəxəssisləri tərəfindən maraqla qarşılanmışdı. Çünki son 10-12 ildə beynəlxalq tribunalardan dönə-dönə səsləndirilən “İnkişafın Azərbaycan modeli” ifadəsinə yaxşı bələd olmuş iqtisadçılar beynəlxalq iqtisadi böhran fonunda bu modelin səmərəsinin nədən ibarət olacağını öyrənmək istəyirdilər. Dünyada gedən dərin iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycan öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfi meyillərdən maksimum dərəcədə qorumağa çalışır” – məntiqi ilə başlanan məqalədə kifayət qədər maraqlı olan həqiqətlər vardır.

Dövlət başçımızın məqaləsində oxuyuruq: “Dünyadakı siyasi, hərbi və maliyyə böhranının dərinləşməsi şəraitində iqtisadi inkişafı saxlamaq, əlbəttə ki, böyük nailiyyətdir. Neftin qiyməti 2015-ci il ərzində üç dəfə aşağı düşmüşdür. Ona görə də bizim gəlirlərimiz də kəskin şəkildə azalmışdır, təbii ki, büdcə gəlirləri və eləcə də büdcə xərcləri. Biz 2015-ci ildə büdcə xərclərinə böyük qənaət edə bilmişik. Əfsuslar olsun ki, dünyada gedən proseslər 2016-cı il üçünnikbin əsaslar vermir”.

 

Təbii ki, Azərbaycanda aparılan siyasətin uğurlu olduğunu təkcə biz yada salmırıq. Bunu bütün beynəlxalq təşkilatlar, o cümlədən indi haqqında söz açdığımız Davos Dünya İqtisadi Forumu da dəfələrlə qeyd etmişdir. Bu məqam barədə dövlət başçımızın adı çəkilən məqaləsində də əhatəli şəkildə danışılır: Son illərdə Azərbaycanda yerli istehsala böyük əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lazımsız yoxlamaların aradan qaldırılması və lisenziyalarla bağlı vəziyyətin yaxşılaşdırılması üçün iqtisadi islahatlar məsələsinə mühüm əhəmiyyət verilir. Azərbaycanda iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesini davam etdiririk. Bu baxımdan Davos Dünya İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətlilik qabiliyyətinə görə 40-cı yerə, MDB məkanında isə yenidən birinci yerə layiq görmüşdür”.

Bundan başqa, Dünya İqtisadi Forumunun rəsmi saytının oxucu auditoriyasının miqyasını nəzərə alan Azərbaycan Prezidenti ölkəmizin beynəlxalq aləm üçün kəsb etdiyi əhəmiyyəti də xatırlatmağı vacib sayır: “ Enerji təhlükəsizliyi məsələsinə nəzər saldıqda görünür ki, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan “Cənub qaz dəhlizi” layihəsinin icrasına başlanması tarixi hadisədir. “Cənub qaz dəhlizi” 4 layihədən ibarətdir. Birincisi, “Şahdəniz-2” fazasının işlənilməsidir. “Şahdəniz” yatağında qaz ehtiyatları bir trilyon kubmetrdən çoxdur. Ümumiyyətlə, Azərbaycanın digər yataqları ilə birlikdə qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir.

İkinci layihə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsidir. Üçüncü layihə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsidir. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış bu layihəyə əsasən, qaz kəməri Türkiyə-Gürcüstan sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanacaq. Dördüncü layihə isə Trans-Adriatik boru kəməri (TAP) layihəsidir. Bu layihə əsasında qaz kəməri Yunanıstandan Albaniyaya, oradan da Adriatik dənizinin altından keçməklə İtaliyaya çatacaqdır. Bütün bu dörd layihə “Cənub qaz dəhlizi”ni formalaşdırır. Azərbaycan bu dörd layihədə önəmli səhmdar, TANAP layihəsində isə əsas səhmdardır. “Cənub qaz dəhlizi”nin icrası nəticəsində bir çox ölkələr alternativ qaz mənbəyi kimi, Azərbaycan qazına çıxış əldə edəcəkdir. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniyaİtaliya “Cənub qaz dəhlizi” layihəsinin iştirakçılarıdır. Eyni zamanda, Monteneqro, BosniyaHerseqovina, Xorvatiya bu layihəyə qoşulmaq barədə Azərbaycan tərəfi ilə anlaşma memorandumu imzalamışlar. Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli və etibarlı tərəfdaşa çevrilir”.

 Azərbaycan Prezidenti yanvarın 21-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Yeni enerji tarazlığı” mövzusunda sessiyada iştirak edərkən də bu məsələlərə həmişəki kimi qətiyyətlə və orijinal məntiqlə münasibət bildirmişdir. Məsələn, sessiyanın aparıcısı, CNN-in redaktoru Con DefteriosBrent” markalı neftin qiymətinin 28 dollara düşməsi ilə bağlı qonaqların təssüratlarını öyrənmək istəyəndə dövlət başçımız özünə xas bir nikbinlik nümayiş etdirdi:Biz xərclərimizi, investisiyalarımızı azaltmalı və sosial təminatı eynilə saxlamalı olduq... Bizim iqtisadiyyatımız sabit və davamlıdır. Bizim geniş ehtiyatlarımız var. Bu vəziyyəti tarazlaşdıra bilərik. Ancaq bu vəziyyət daha uzun müddətə davam edərsə, əlbəttə, bu, büdcəmizə ciddi təsir göstərəcək”.

Bundan başqa, sessiya aparıcısının Azərbaycan manatının indiki durumu ilə bağlı məsələni yada salması da dövlət başçımızın milli valyutamızla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırmasına zəmin yaratmış oldu:Bunun, əlbəttə, bir çox səbəbi var. Birincisi, neftin qiymətlərinin azalması. Bizim milli valyutamız ötən on ildə dollara nisbətdə çox dəyər qazanmışdı. Manat 1,3 dollara bərabər idi. İlk devalvasiya zamanı manat 1-1 nisbətində oldu. İkinci devalvasiyanın əsas səbəbi isə qonşu ölkələrdə milli valyutaların kəskin devalvasiyası oldu. Nəticə olaraq bizim məhsullarımızın rəqabətədavamlılığı azaldı bu, büdcəmiz üzərində artıq yükə çevrildi. Beləliklə, bu, qaçılmaz idi. Bacardığımız qədər bunun qarşısını almağa çalışdıq. Milli bank ehtiyatlarımızın bir hissəsini itirdik. Ancaq bu addımı atmalı idik. Bununla əlaqədar bir sıra narahatlıqlar yarandı. Çünki idxal edilən məhsulların qiymətində dərhal artım oldu. Biz hələ bəzi məhsullar baxımından idxaldan asılı ölkəyik. Bu səbəbdən qiymətlərin artması bir sıra narahatlıqlara səbəb oldu. Bu, kiçik bir etiraz idi. Bunun səbəbi insanların hazır olmadığı bir stress vəziyyəti yaşaması idi. Amma artıq bu, bitdi zənn edirəm ki, Azərbaycandakı inkişaf davamlı olacaq. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına sahib idi. Son 10 ildə iqtisadiyyatımız 300 faiz artmışdı zənnimcə bu, bizim üçün bir qədər yüksək göstərici idi. İndi bu tempin azalması vaxtıdır. Valyuta ehtiyatları ilə biz bu vəziyyətdən çıxacağıq”. Yuxarıda qeyd etdiyimiz kimi, Davos Dünya İqtisadi Forumu dövlət başçıları siyasətçilər üçün bir neçə baxımdan xüsusi əhəmiyyət kəsb edir. Forumun sonuncu tədbirində biz bunun şahidi olduq. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin forum çərçivəsində Türkiyənin Baş naziri Əhməd Davudoğlu, “Lazard Avropaşirkətinin vitse-prezidenti Metyu Piqas, “Lukoylşirkətinin prezidenti Vahid Ələkbərov, bp şirkətinin baş icraçı direktoru Robert Dadli, TOTAL şirkətinin baş icraçı direktoru Patrik Ruyanne, Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Norveçin xarici işlər naziri Borge Brende, İsveçrə Prezidenti Yohan Şnayder – Amman, Ukrayna Prezidenti Petro Poroşenko, İran Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, “Microsoft Corporation” şirkətinin vitse-prezidenti Syuzan Hauser, Avropa Yenidənqurma İnkişaf Bankının prezidenti Suma Çakrabarti, İsrailin Baş naziri Benyamin Netanyahu, “Proster and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe, Pakistanın Baş naziri Navaz Şərif digər rəsmi şəxslərlə təkbətək görüşləri olmuşdur. Son 20 ildə daim inkişaf edən, indiki mürəkkəb beynəlxalq vəziyyətdə öz inkişaf tendensiyasını saxlamaq istəyən gənc müstəqil Azərbaycan dövləti üçün bu görüş müzakirələrin qədər əhəmiyyətli olduğunu söyləməyə ehtiyac yoxdur. Bir sözlə, dövlət başçımızın Davos Dünya İqtisadi Forumundakı növbəti iştirakı da həm özümüz, həm beynəlxalq aləmdəki dost tərəfdaşlarımız üçün xüsusi əhəmiyyət kəsb edən bir siyasi hadisədir.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2016.- 24 yanvar.- S.1.