Azərbaycan Milli Kitabxanasının

fəaliyyətində elektron sistemə keçid

ötən il prioritet istiqamət olmuşdur

 

Azərbaycanın müstəqillik tarixinə 2015-ci il də uğurlu il kimi daxil oldu. Söz yox ki, ötən il  bütün  sahələrdə  qazanılmış nailiyyətlər  Azərbaycan Prezidenti  İlham Əliyevin  müdrik, uzaqgörən daxili və xarici siyasətinin  real nəticəsidir. Ölkəmizin  ötənilki nailiyyətlərini sadalamaqla qurtaran deyil. Azərbaycan 2015-ci ildə  I Avropa Oyunlarına ev sahibliyi etməklə  Avropa idman tarixinə yeni, şərəfli  səhifə yazdı. Bu oyunların  yüksək  təşkilati səviyyədə  keçməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nuq və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı  Mehriban xanım Əliyevanın məxsusi  xidmətləri oldu.

 

Ötən il Azərbaycan bütün  sahələrdə  liderliyini  qoruyub  saxlaya  bildi. Dünyaya inteqrasiya yolunu seçmiş milli  mədəniyyətimiz də 2015-ci ildə öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata  keçirilən davamlı  tədbirlər milli-mədəni irsin qorunması, təbliği və  gələcək nəsillərə ötürülməsində əhəmiyyətli rol oynadı.

Azərbaycan Milli Kitabxanasının ötənilki fəaliyyəti də  milli mədəniyyətimizin inkişafına, onun beynəlxalq aləmə inteqrasiyasına öz töhfələrini verə bildi. Bu bilik məbədində həyata keçirilən əhəmiyyətli tədbirlər  nəticəsində oxuculara xidmət işi xeyli təkmilləşdirilmiş, yeni formametodlardan istifadə olunaraq uğurlu nəticələr əldə olunmuşdur. Bunu  bir neçə faktla diqqətə çatdırmaq istərdik. Kitabxananın informasiya resursları xeyli genişlənərək 4 milyon 578 min nüsxəni keçmişdir. 2015-ci ildə kitabxananın oxucularının sayı 77 min 100 nəfər olmuş, davamiyyət 188 min 169 nəfər, kitab verilişi isə 958 min 200 nüsxəyə çatmışdır. Kitabxanada virtual oxucuların sayı da kifayət qədər artaraq  791 038 nəfərə çatmış, virtual xidmətlərindən istifadə edənlər  1 331 nəfər, Rusiya Dövlət Kitabxanasının Dissertasiyaların virtual oxu zalından və Azərbaycanda müdafiə olunmuş dissertasiyaların elektron məlumat bazasından istifadə edənlər  1021 nəfərə çatmışdır.

Azərbaycan Milli Kitabxanasının əsas vəzifəsi milli mətbuatımızın və kitabiyyatımızın arxiv fondunu yaradaraq, gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Lakin respublikamızın nəşriyyatları, qəzet və jurnal redaksiyaları tərəfindən “Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası qanunlarının müvafiq maddələrinə əsasən pulsuz məcburi nüsxələri Milli Kitabxanaya göndərməmələri səbəbindən kitab və mətbuat materiallarımızın arxiv fondunu tam şəkildə yaratmaq mümkün olmamışdır. Buna görə də 2015-ci ildə Milli Kitabxana Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Milli Məclis, Nazirlər Kabineti, Prezident Administrasiyası qarşısında məsələ qaldıraraq, “Kitabxana işi haqqında” Qanunun müvafiq maddəsinin tələblərini pozan nəşriyyatlara, qəzet və jurnal redaksiyalarına qarşı sanksiyaların tətbiq olunması barədə təklif vermişdir.

Nəticədə 20 oktyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq Qanun imzalanmışdır. Bu qanunla İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilmişdirbu maddəyə əsasən “Kitabxana işi haqqında” Qanunun müvafiq maddəsinin tələblərini pozan nəşriyyatlara, poliqrafiya müəssisələrinə, hüquqi şəxslərə, qəzet və jurnal redaksiyalarına qarşı sanksiyalar tətbiq olunmuşdur.

Milli Kitabxana mütəmadi olaraq yaratdığı arxiv fondunun məzmununu oxucular, tədqiqatçılar və alimlər üçün açmaq məqsədilə onların repertuarını və cari bülletenlərini nəşr edir. Ötən ilin əvvəlində ölkə kitabiyyatının tam repertuarı olan “Azərbaycan kitabı” 10 cildlik fundmental məlumat nəşrinin  3-cü cildi çap olunaraq oxucuların istifadəsinə verilmişdir.  Bu il  isə 4-cü cildi çapa hazırlanacaqdır. Bundan başqa, ötən il arxiv fonduna daxil olan ədəbiyyatın cari göstəricisinin 4 buraxılışı və “Birillik Azərbaycan kitabiyyatı”nın 2 buraxılışı nəşr olunmuşdur.

Ötən ildə Milli Kitabxananın fəaliyyətinin əsas prioriteti informasiya texnologiyalarının tətbiqi ilə oxuculara kitabxana xidmətinin bütün proseslərinin avtomatlaşdırılmasından ibarət olmuşdur. Bu vəzifə demək olar ki, tamamilə yerinə yetirilmiş və xidmətlə əlaqədar bütün proseslər-oxucuların qeydiyyatı, nəzarət-buraxılış məntəqəsi, kitabların elektron kataloq üzrə axtarışı və birbaşa kitab fonduna sifarişlərin verilməsi, zallarda kitabların oxuculara verilməsi və geri qaytarılması prosesləri, kitabların kitabxanadan qeyri-qanuni yollarla çıxarılmasının qarşısının alınması, oxucuların yaşayış və yerlərindən kitabların əvvəlcədən virtual sifarişi, onlayn biblioqrafikmetodik xidmət və s. proseslər tam avtomatlaşdırılmışdır.

Milli Kitabxananın qarşısında duran prioritet vəzifələrdən birioxuculara göstərilən elektron xidmətlərin əhatə dairəsinin və keyfiyyətinin genişləndirilməsindən ibarət olmuşdur. Belə ki, 2015-ci ildə yeni virtual biblioqrafik xidmət növü təcrübəyə tətbiq olunmuşdurbu yolla çoxlu sayda oxucuların biblioqrafik sorğuları məsafədən keyfiyyətli şəkildə ödənilir və onların müxtəlif xarakterli biblioqrafikfaktoqrafik sorğular üçün vaxt itirərək kitabxanaya gəlmələrinə ehtiyac qalmır. Başa vurduğumuz ildə kitabxananın Elektron kataloqu da təkmilləşdirilmişdir. VirtualAKİS-in ən son nailiyyətlərini özündə əks etdirən, daha təkmil interfeysə və mütəhərrik imkanlara malik yeni CAMO adlı proqramın alınaraq tətbiq olunması nəticəsində oxuculara elektron kataloqdan birbaşa kitab fondlarına kitab sifariş edə bilmək imkanları yaradılmışdır. Hazırda heç bir əlavə blank doldurmadan birbaşa elektron kataloqdan sifariş modulu tətbiq olunur.

 Elektron kitabxananın təkmilləşdirilməsi məqsədilə Milli Kitabxana tərəfindən xüsusi proqram hazırlanmış, bu proqram vasitəsilə kitabların pdf. formatda hazırlanmış elektron versiyalarına milli kitabxananın holoqramı vurulur, elektron resurs kodlaşdırılır ki, bu da elektron kitabxanada yerləşdirilmiş və müəllif hüquqları qorunan kitabların surətlərinin çıxarılmasına, elektron daşıyıcılarına köçürülməsinə imkan vermir. Cari ildə 107 min 922  biblioqrafik yazı Elektron kataloqa daxil edilmiş, 1371 dissertasiyaavtoreferat, 28 min 933 informasiya resursu (kitab, dövri mətbuat və not) rəqəmsallaşdırılmış, Azərbaycn Respublikası Prezidentinin müvafiq sərəncamlarının icrasına uyğun olaraq 3 elektron məlumat bazası-"Bəxtiyar Vahabzadə-90", “20 Yanvar” və “Qarabağ müharibəsi” adlı yeni elektron məlumat bazaları yaradılaraq internetintranet səhifələrində yerləşdirilmişdir. Hazırda, ümumilikdə elektron kitabxananın məlumat bazasında  126 min 323 elektron resurs (kitab, dövri mətbuat materialları və not nəşrləri)  vardır və cari ildə onların əksəriyyəti oxucular üçün açıq olacaqdır.

2015-ci ildə Azərbaycan Milli Kitabxanası elektron fondunu zənginləşdirmək  məqsədi ilə elektron kitabxananın xarici elektron informasiya resursları ilə komplektləşməsini təmin etmək məqsədilə oxucuların sorğusu əsasında zəngin axtarış imkanlarına malik olan, dünyanın və  Rusiyanın aparıcı     elektron elmi jurnallarını əhatə edən “elibrary.rurusdilli elektron-informasiya bazasına (176 adda jurnalının tam elektron mətnlərini əhatə edir) abunə olmuşdurbu resurs alimlər və tədqiqatçilar tərəfindən daha geniş istifadə edilir.

Ötən ildə Milli Kitabxana Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə nazirliklə Milli Kitabxananın birgə layihəsi əsasında işlənib hazırlanan, ilk orijinal milli avtomatlaşdırılmış sistem hesab edilən və innovasiya texnologiyalarının kitabxana işinə tətbiqinin müasir tələblərinə tam cavab verən Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sisteminin (ALİSA) nazirlik sistemindəki bütün mərkəzi kitabxanalarda tətbiqi işlərini həyata keçirməyə başlamışdır. İlk növbədə kitabxanamızın Treninq Mərkəzində 8 avtomatlaşdırılmış iş yerləri yaradılaraq region kitabxanaçılarına ALİSA proqramının və bütün dünyada geniş tətbiq olunan “MARK-21” formatının öyrədilməsi üzrə treninqlərə başlanmışdır. Üç  ay müddətində respublikamızın bütün regionlarındakı və Bakı şəhərindəki 72 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin(MKS) mütəxəssisləri treninqlərdən keçərək yerlərdə birbaşa işə başlamışlar. Hazırda Milli Kitabxananın və ALİSA-nı hazırlayan “Ultra Computers” şirkətinin mütəxəssisləri ilə birlikdə yerlərdə bu proqramın tətbiqi işləri uğurla davam etdirilir.

Nazir Əbülfəs Qarayev klassikmüasir Azərbaycan musiqisinin dünya miqyasında geniş təbliğini təmin etmək məqsədilə müvafiq not materiallarının məşhur dünya musiqi saytlarında (məs. “IMSLP Petrucci Music Library”) yerləşdirilməsi ilə əlaqədar Bəstəkarlar İttifaqının, Musiqi Akademiyasının, Milli Konservatoriyanın və digər müvafiq qurumların rəhbərlərinin iştirakilə Milli Kitabxanada müşavirə keçirmişdir. Müşavirədə müasir Azərbaycan bəstəkarlarının not əsərlərinin dünyada məşhur olan “IMSLP Petrucci Music Library” saytında yerləşdirilməsi barədə Milli Kitabxanaya tapşırıq vermişdir. Bu günə kimi xalq musiqisi nümunələrimizin və Dövlət himnimizin səs yazısının, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Cahangir Cahangirov, Tofiq Bakıxanov, Xəyyam Mirzəzadə və digər 20 Azərbaycan bəstəkarının not əsərlərinin həmin saytda yerləşdirilməsi təmin olunmuşdur və hazırda bu davam etdirilir.

Ötən il Milli Kitabxana mədəniyyət və turizm naziri tərəfindən təsdiq olunan “Kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsinə dair konsepsiya”nın icrasını təmin etmək məqsədilə respublikamızın MKS-lərinin və kənd kitabxanalarının fəaliyyətinin təhlili üzrə monitorinqlər keçirmişdir. Bu məqsədlə Milli Kitabxananın, Respublika Uşaq Kitabxanası və Respublika Gənclər Kitabxanasının mütəxəssislərindən ibarət işçi qrupları yaradılmış və 3 ay müddətində 65 rayon (şəhər) və Bakı şəhəri üzrə bütün mərkəzi kitabxanalarda və əksər kənd kitabxanalarında monitorinqlərin keçirilməsi başa çatdırılmışdır.

Kitabxananın ötənilki nəşriyyat fəaliyyəti də uğurlu nəticələrlə yadda qalmışdır. Ötən il Milli Kitabxana tərəfindən 29 adda, 4114 nüsxə tirajla, 302.7 çap vərəqi həcmində biblioqrafiyabiblioqrafik vəsaitlər, məlumat kitabları və informasiya bülletenləri, metodik materiallarb. vəsaitlər  nəşr edilmişdir.  Çap olunan bütün nəşrlər respublikanın MKS-nə və kitabxanalarına çatdırılmış, Elektron kitabxanamızda və saytımızın “Kitabxanamızın  nəşrləri” bölməsində yerləşdirilmişdir. Ölkəmizin kitabxana tarixində ilk dəfə olaraq fundamental “Azərbaycan Kitabxana Ensiklopediyası” nəşrə hazırlanaraq çap olunmuşdur.

Ötən ildə Milli Kitabxananın əldə etdiyi nailiyyətlər il ərzində kitab təbliğinin genişləndirilməsi, kitabın və mütaliənin kütləviləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində mümkün olmuşdur. İl boyu kitabxanada keçirilən kitab təqdimatları, oxucu konfransları, oxucu günləri, yazıçı və şairlərlə görüşlər, kitab sərgiləri, biblioqrafik icmallar və digər tədbirlərdə oxucular fəal iştirak etmiş, millət vəkillərinin, ziyalıların, ədəbiyyatşünas alimlərin iştirakı təmin olunmuşdur.

Keçən il kitab təbliğinin genişləndirilməsi məqsədilə keçirilən ilin ən əhəmiyyətli tədbirlərindən biri Mədəniyyət və Turizm NazirliyininMilli Kitabxananın birgə təşkil etdiyi ənənəvi IV Bakı Beynəlxalq Kitab Sərgisi olmuşdur. Hər iki ildən bir keçirilən bu beynəlxalq sərgi-yarmarkalarda getdikcə daha çoxlu sayda xariciyerli nəşriyyatların və milli kitabxanaların iştirak etməsi bu tədbirə marağın ildən-ilə artması ilə izah olunur və yaxın gələcəkdə həmin sərginin Franfurt, London, İstanbul, MoskvaTurin beynəlxalq sərgiləri ilə bir sıraya çıxacağından xəbər verir. IV Bakı Beynəlxalq kitab sərgisində Milli Kitabxana tərəfindən 10 xarici ölkə milli kitabxanasının iştirakı təmin olunmuşdur. Belə sərgilərin ən əhəmiyyətli yekunlarından biriorada iştirak edən xarici milli kitabxanaların nümayiş etdirkləri qiymətli kitabların sərgi bitdikdən sonra Azərbaycan Milli Kitabxanasına hədiyyə edilməsidir.

Milli Kitabxananın özündə də maraqlı və yaddaqalan tədbirlər həyata keçirilir. Sərgi müddətində 2-3 ölkənin milli kitabxanası ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanır, qiymətli materialların sərgiləri təşkil olunur. Ötən il keçirilən beynəlxalq kitab sərgisi çərçivəsində sentyabr ayının 17-də Rusiya Milli Kitabxanasının fondlarında qorunan Azərbaycana dair ötən əsrlərdə ərəb əlifbası ilə çap olunmuş qiymətli kitabların Milli Kitabxanaya təqdimetmə mərasimi və “Azərbaycan inciləri dünya kitabxanalarında” adlı sərginin açılış mərasimi olmuşdur. Tədbirin sonunda 100 addan artıq çox qiymətli elektron resursu əhatə edən 10 disk Milli Kitabxanaya hədiyyə olunmuşdur. Tədbir çərçivəsində BosniyaHersoqovina Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun təntənəli imzalanma mərasimi keçirilmişdir.

2015-ci ildə Milli Kitabxananın beynəlxalq əlaqələri də genişlənmişdir. Kitabxanamız artıq dünyanın 34 ölkəsinin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandum imzalamışdır və onlar müvəffəqiyyətlə icra olunur. Qarşılıqlı beynəlxalq kitabinformasiya mübadiləsi, elektron resurslardan ikitərəfli istifadənin təşkili, mütəxəssislərin təcrübə mübadiləsi, qarşılıqlı beynəlxalq tədbirlərin keçirilməsi, ötən əsrlərdə çap olunmuş ölkələrə dair nəşr materiallarının qarşılıqlı mübadiləsi imzalanan memorandumların əhəmiyyətli nəticələri hesab oluna bilər. Ötən il ərzində beynəlxalq kitab mübadiləsi yolu ilə Milli Kitabxanaya xarici ölkə kitabxanalarından 2051 nüsxə yeni ədəbiyyat daxil olmuş, xarici ölkələrin milli kitabxanalarına isə 2657 nüsxə  ədəbiyyat göndərilmişdir. Ölkədaxili Ehtiyat-mübadilə fonduna keçən ildə 27 min 626 nüsxə kitab daxil olmuşil ərzində müxtəlif təşkilatlara, region kitabxanalarına, beynəlxalq kitab sərgilərinə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və s. təşkilatlara 18 min 036 nüsxə kitab verilmişdir.

Ötən il ərzində Milli Kitabxananın yerinə yetirdiyi ən vacib missiyalardan biri də Azərbaycan həqiqətlərinin ölkə xaricində daha geniş təbliğində fəal iştirak etməkdən ibarət olmuşdur. İl ərzində Milli Kitabxana Mədəniyyət və Turizm Nazirliyi ilə birgə 10-dan artıq beynəlxalq kitab sərgisində - Frankfurt, London, Tehran, İstanbul, Turin, Moskva, Praqa, Qahirə, Budapeşts. Azərbaycana dair zəngin ekspozisiyalarla iştirak etmişdir. Dünyanın  60-dan artıq milli kitabxanasına, səfirliklərə, universitetərə və digər təşkilatlara 7 min nüsxədən artıq Azərbaycanın tarixinə, mədəniyyətinə, iqtisadiyyatına, daxilixarici siyasətinə, Dağlıq Qarabağ məsələsinə və s. dair müxtəlif kitablar göndərilmişdir.

Milli Kitabxananın ötənilki fəaliyyətində ölkə daxilində və xarici ölkələrdə beynəlxalq tədbirlərin-kitab sərgilərinin və beynəlxalq konfransların keçirilməsi də ənənə halını almışdır. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən oktyabrın 28-də Milli Kitabxanada Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə əlaqədar TÜRKSOY beynəlxalq təşkilatı ilə birlikdə türkdilli ölkələrin nümayəndələrinin iştiraki ilə yubileyə həsr olunmuş elmi konfrans və B.Vahabzadənin 15 şeirinin 6 türkdilli ölkənin dilində TÜRKSOY tərəfindən nəşr olunmuşTürk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabının və Milli Kitabxana tərəfindən tərtib edilmiş “Bəxtiyar Vahabzadə” biblioqrafiyasının və Elektron məlumat bazasının təqdimat mərasimi keçirilmişdir.

Dekabr ayının 9-da isə Türkiyənin Ankara şəhərində TÜRKSOY təşkilatının iqamətgahında Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi münasibətilə Milli Kitabxananın fondlarında mühafizə olunan kitablardan ibarət kitab sərgisi və beynəlxalq elmi konfrans keçirilmişdir. Bu tədbirdə TÜRKSOY-un Baş katibi D. Kaseinov, Azərbaycanın Ankaradakı fövqaladə və səlahiyyətli səfiri F. Bağırov, Türkiyə Milli Kitabxanasının əməkdaşları, Qazaxıstandan və Qırğızstandan nümayəndələr, Azərbaycan Milli Kitabxanasının rəhbərliyi, Amasya Universitetinin professoru, Türk Dünyası Yazarlar Birliyinin prezidenti və digər qonaqlar iştirak etmişlər. Dekabrın 10-da həmin konfransMilli Kitabxananın kitab sərgisi Ankaradakı B.Vahabzadə adına orta məktəbdə də keçirilmişdir. Tədbirin sonunda Milli Kitabxana tərəfindən həmin orta məktəbin kitabxanasına 100 nüsxə kitab, B.Vahabzadənin portreti, Azərbaycanın bayraqları və digər hədiyyələr təqdim olunmuşdur.

2015-ci ilin ən yaxşı nəticələrindən biri də Azərbaycan Milli Kitabxanası tərəfindən xarici ökə milli kitabxanalarında Azərbaycana dair guşələrin və bu guşələrdə Milli Kitabxananın virtual oxu zallarının yaradılması işlərinə başlaması olmuşdur. İlin son günlərində Türkiyə və Rusiya Federasiyasının kitabxanaları ilə bu barədə razılıq əldə olunmuşdur. Xarici milli kitabxanalarda Azərbaycan guşələrinin yaradılması və virtual oxu zallarının təşkili işlərinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan həqiqətlərinin, reallıqlarının xarici  ölkələrdə  daha geniş təbliğinin vacibliyinə dair göstərişinə müvafiq olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin tövsiyyəsi ilə başlanılmışdır. 2016-cı ildə 5 xarici ölkədə belə guşələrin və virtual oxu zallarının açılması müvafiq ölkələrin milli kitabxanalarının rəhbərliyi ilə razılaşdırılmışdır. Bununla da xarici ölkə vətəndaşlarının və xaricdə yaşayan azərbaycanlıların informasiya resurslarımıza birbaşa girişi təmin olunacaqdır.

Milli Kitabxananın Elmi Şurasının qərarı ilə kitabxananın 1990-cı ildə nəşri dayandırılmış “Elmi Əsərləri”-nin nəşri bərpa olunmuş, Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək VII buraxılışı nəşr olunmuşdur. Kitabxanamızın əməkdaşları il ərzində 10-dan artıq xarici ölkədə keçirilən elmi konfranslarda, simpoziumlarda, treninqlərdə iştirak etmişelmi məruzələrlə çıxışlar etmişlər.

Kitabxanamızın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilmiş, yeni server avadanlıqları alınaraq saytımızın və elektron kitabxanamızın bütün materialları orada yerləşdirilmişdir. Kitabxananın Arxiv Fondu üçün müasir tipli yanğınxəbərverici və yanğınsöndürücü avadanlıqları, işıqlandırma və havalandırma sistemləri, qiymətli kitabları kənar təsirlərdən(toz, günəş işığı, rütubət və s.) etibarlı mühafizə edən mobil kitab rəfləri quraşdırılmışdır.

Əlbəttə,  qazanılmış nailiyyətlər kollektivimizi yeni ildə daha məsuliyyətlə işləməyə, cənab Prezident İlham Əliyevin qarşıya  qoyduğu   vəzifələrə  uyğun  təbliğat işini  daha da  gücləndirməyə, Azərbaycan həqiqətlərinin  dünyaya  çatdırılmaq üçün  öz imkanlarını  səfərbər etməyə  sövq edir.

 

Kərim TAHİROV,

M.F. Axundzadə adına Milli Kitabxananın direktoru,

Əməkdar mədəniyyət işçisi, professor

 

Xalq qəzeti.-2016.- 26 yanvar.- S.6.