“Naxçıvan tarixiçoxcildliyinin təqdimatı olmuşdur

 

Yanvarın 26-da Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Naxçıvan tarixiçoxcildliyinin təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvanın elmi həyatında mühüm hadisə olan “Naxçıvan tarixiçoxcildliyinin təqdimatı münasibətilə muxtar respublika ziyalılarını və elmi ictimaiyyəti təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan böyük şəxsiyyətlər yetişdirmiş bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”, – fikrini xatırladaraq demişdir: Bəşər sivilizasiyasının ilk məskənlərindən olan Naxçıvan antikorta əsrlər dövrü maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə – ilk insanların yaşadığı mağaralar, qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir. Naxçıvan həm də Azərbaycan dövlətçilik tarixinə mühüm töhfələr verən bir diyardır. Azərbaycan türkləri min illər boyu burada ardıcıl həyat sürmüş, öz dövlətlərini yaratmışlar. Beş min il bundan əvvəl Naxçıvan şəhər mədəniyyətinin formalaşması bu yurdda sivilizasiyanın inkişafının ən mühüm göstəricisidir.

Buna görədir ki, ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının tarixinin elmi şəkildə öyrənilməsinə xüsusi diqqət yetirmişdir. Görkəmli şəxsiyyətin ötən əsrin 70-ci illərindən başlayaraq, milli dəyərlərin qorunması və xalqın tarixi yaddaşının bərpası istiqamətində həyata keçirdiyi tədbirlər milli tarixə yeni yanaşmanın əsasını qoymuşdur. Hələ o dövrdə Naxçıvanın tarixi ilə bağlı elmi araşdırmaların aparılması, yeni arxeoloji tədqiqat qruplarının yaradılaraq muxtar respublikaya göndərilməsi tariximizin öyrənilməsi üçün geniş imkanlar açmışdır. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə ulu öndərimiz xalqımızın qədim tarixinin fundamental əsaslarla öyrənilməsi və təbliği ilə bağlı qarşıya yeni vəzifələr qoymuş, Azərbaycan, eləcə də Naxçıvan tarixinin yenidən araşdırılmasına başlanmışdır.

Ali Məclisin sədri demişdir: Ulu öndərin tapşırıq və tövsiyələri əsas götürülərək Naxçıvan Muxtar Respublikasında tariximizə, dilimizə, ədəbiyyatımıza, folklorumuza, arxeologiya və etnoqrafiyamıza dair araşdırmalar diqqət mərkəzində saxlanmışdır. 1996-cı ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq Simpoziumu bu istiqamətdə fəaliyyətə ciddi təkan vermiş, sonrakı dövrdə keçirilən 50-dən artıq beynəlxalq simpoziumkonfransda da sanballı elmi nəticələr əldə edilmişdir. Aparılan elmi araşdırmaların vahid mərkəzdən əlaqələndirilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, əldə olunan elmi nəticələrin yetişməkdə olan gənc nəslə öyrədilməsi və təbliği məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır. Bütün bunlar elmi tədqiqatlara stimul vermiş, muxtar respublika ərazisində, ələlxüsus Gəmiqaya, Ovçulartəpəsi, Kültəpə, Oğlanqala, Qızqalası, Xaraba Gilan, Duzdağ, Əlincəqala, Gülüstan türbəsi, Sirab ətrafı və başqa ərazilərdə aparılmış arxeoloji tədqiqatlar zamanı mühüm tarixi əhəmiyyət kəsb edən maddi-mədəniyyət nümunələri, elmi materiallar aşkar edilmiş və toplanmışdır. Əldə olunan materiallar əsasında Naxçıvan tarixinin müxtəlif dövrlərinə və problemlərinə dair mindən artıq kitab və elmi-tədqiqat əsərləri yazılmış, “Naxçıvan Abidələri Ensiklopediyası”, iki cildlik “Naxçıvan Ensiklopediyası” və “Naxçıvan tarixi atlası” nəşr edilmişdir.

Qeyd olunmuşdur ki, görülmüş işlər və aparılmış elmi tədqiqatlar Naxçıvan tarixi ilə bağlı ümumiləşdirilmiş əsərin hazırlanması məsələsini aktuallaşdırmışdır. Bütün bunlar nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2012-ci il 6 avqust tarixli Sərəncamına əsasən üç cilddən ibarət “Naxçıvan tarixiçoxcildliyinin hazırlanmasına başlanmışdır. Ötən üç il ərzində “Naxçıvan tarixi” üzərində aparılan işlər öz bəhrəsini vermiş, ilk dəfə olaraq Naxçıvanın ən qədim dövrdən müasir dövrədək tarixi sistemlifundamental tədqiqatların predmetinə çevrilmiş, tariximizə və mədəniyyətimizə aydınlıq gətirən qiymətli çoxcildlik nəşr olunmuşdur.

Ali Məclisin sədri demişdir: Hər bir xalqın tarixi o xalqın milli kimlik pasportudur. Təsadüfi deyil ki, müasir dövrdə o xalq mütərəqqi dəyərlərə malik xalq hesab olunur ki, onun qədim tarixi, dövlətçilik ənənələri, mədəniyyəti olsun. Bütün bunlar bizdə – tarix boyu bu torpaqlarda yaşamış Azərbaycan türklərində vardır. Ona görə də bu gün öz tariximizə, milli dəyərlərimizə, dövlətçilik ənənələrimizə sahib çıxır, tədqiqatlar, elmi araşdırmalar aparır, xalqımızın sabahı olan yeni nəsli tarixi köklər üzərində yetişdiririk.  Tarixi yazmaq nə qədər vacibdirsə, onu öyrənmək və öyrətmək, gənc nəslə aşılamaq da o qədər vacibdir. “Naxçıvan tarixiçoxcildliyi ali təhsil müəssisələrində dərslik kimi tədris olunmalı, bu qədim diyarın tarixinin müxtəlif mərhələlərinə ətraflı nəzər salınmalı, elmi müzakirə və konfranslar keçirilməlidir. “Naxçıvan tarixiteleradio və qəzetlərdə geniş təbliğ olunmalıdır.

Ali Məclisin sədri diqqətə çatdırmışdır ki, əsas vəzifələrdən biritariximizi dünya ictimaiyyətinə olduğu kimi çatdırmaqdan və tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısını almaqdan ibarət olmalıdır. Bu işdə yalnız tarixçi alim və tədqiqatçılar deyil, bütün ziyalılar, ictimaiyyət nümayəndələri fəallıq göstərməlidirlər. Bu gün “Naxçıvan tarixiçoxcildliyinin nəşrinin yekunlaşmasını Naxçıvan tarixi ilə bağlı görülən işlərin hesabatı kimi də dəyərləndirmək olar. Lakin bununla bitməməlidir. Naxçıvanın tarixi ilə bağlı elmi tədqiqatlar bundan sonra da davam etdirilməli, yeni elmi istiqamətlər müəyyənləşdirilməli, kitablar yazılmalıdır.

Ali Məclisin sədri tədbir iştirakçılarına bu vəzifələrin icrasında uğurlar arzulamış, “Naxçıvan tarixiçoxcildliyinin müəlliflərinə və kitabın hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək demişdir ki, ümummilli liderimizin 2002-ci il 7 avqust tarixli sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması Naxçıvan tarixinin öyrənilməsinə və tarixçi kadrların hazırlanmasına əsaslı zəmin yaratmışdır. Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq sərəncamları və tövsiyəsi ilə beynəlxalq simpoziumkonfranslar keçirilmiş, Naxçıvan tarixinin müxtəlif problemlərinə dair elmi məruzələr dinlənilmiş və simpozium materiallarına daxil edilərək toplu halında çap olunmuşdur. Bütün bunlar Naxçıvan tarixinin tədqiqi üçün əlavə materiallar vermişdir. Çoxcildlik hazırlanarkən yüzlərlə mötəbər qaynaqlara, xarici dövlətlərin 10-dan çox arxivlərinin sənəd və materiallarına, kitabmonoqrafiyalara, internet saytlarına, dövri mətbuat materiallarına istinad edilmişdir. İsmayıl HacıyevNaxçıvan tarixiçoxcildliyinin hazırlanması və nəşrinə göstərdiyi diqqət və qayğıya görə yaradıcı heyət və muxtar respublikanın elmi ictimaiyyəti adından Ali Məclisin sədrinə minnətdarlıq etmiş, bundan sonra da qarşıya qoyulan tapşırıqların lazımınca yerinə yetirilməsi üçün bilik və bacarıqlarını əsirgəməyəcəklərini bildirmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək demişdir ki, “Naxçıvan tarixiçoxcildliyinin nəşri bütövlükdə Azərbaycan elmində əlamətdar hadisədir. Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərini əks etdirən çoxcildlik Naxçıvanın tarixi barədə ilk ümumiləşdirilmiş elmi əsər kimi mühüm əhəmiyyətə malikdir. “Naxçıvan tarixi” çoxcildliyində tarixə hərtərəfli baxış prinsipi ortaya qoyulmuş, ən qədim dövrlərdən günümüzədək Naxçıvanda elmin, mədəniyyətin, ədəbiyyatın, sənətkarlığın, eləcə də mətbuatın inkişafı tariximizin ayrılmaz tərkib hissəsi kimi araşdırılmışdır. Kitab Azərbaycan tarixinin Neolit dövrünün maddi sübutlarla elmi ictimaiyyətə çatdırılması və xalqımızın etnogenezinin öyrənilməsi baxımdan da dəyərli, eyni zamanda, Azərbaycan tarixşünaslığı üçün örnək tədqiqat toplusudur. Kitabda ilk dəfə olaraq bu məsələ vahid mövqemilli maraqlar əsasında təhlil edilmişdir. Çoxcildlikdə Naxçıvanda yaşı min illərə dayanan sənayeləşmə dövrünün tədqiqi sanballı və tutarlı faktlarla ortaya qoyulmuş, bu ərazidə formalaşmış duzçıxarma sənayesi barədə dəyərli materiallar verilmiş, Nuh peyğəmbər və dünya tufanı haqqındakı tədqiqatlar öz əksini tapmışdır. Həmçinin çoxcildlikdə Azərbaycanın müstəqillik tarixi nəzəri və elmi əsaslarla tədqiq olunmuşdur. İsa Həbibbəyli “Naxçıvan tarixiçoxcildliyinin nəşrini Azərbaycan elminə və ictimai-humanitar fikrinə töhfə kimi dəyərləndirmiş, bu münasibətlə ziyalılar adından Ali Məclisin sədrinə minnətdarlıq etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fəxrəddin Səfərli demişdir ki, 1996-cı ildən başlayaraq, Naxçıvan tarixinin ən qədim zamanlardan müasir dövrədək müxtəlif problemlərinin tədqiqi genişləndirilmişdir. Muxtar respublikada yerli tədqiqatçıların iştirakı ilə 10-a yaxın arxeoloji ekspedisiya, həmçinin ABŞ və Fransa arxeoloqlarının iştirakı ilə iki beynəlxalq ekspedisiya, 2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası fəaliyyətə başlamışdır. Aparılan arxeoloji tədqiqatlar sübut etmişdir ki, Naxçıvan “Eneolit mədəniyyəti”nin, “Kür-Araz mədəniyyəti”nin və “Boyalı qablar mədəniyyəti”nin yarandığı mərkəzlərdəndir. Naxçıvan tarixi ilə əlaqədar aparılan bütün  tədqiqatların sistemləşdirilməsi və tarixi həqiqətlərin obyektiv şəkildə xalqa, beynəlxalq ictimaiyyətə çatdırılması üçün sanballı ümumiləşdirici əsərin yaradılmasına böyük ehtiyac var idi. Məhz bütün bunlar nəzərə alınaraq “Naxçıvan tarixiçoxcildliyi hazırlandı.

Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Zəhmət Şahverdiyev qeyd etmişdir ki, “Naxçıvan tarixi” çoxcildliyində qədim diyarın keçdiyi mürəkkəb və çoxşaxəli yol ilk dəfə olaraq bütün mərhələləri ilə sistemli şəkildə əks olunmuşdur. Naxçıvanın zəngin tarixini lazımınca öyrənmək, geniş ictimaiyyətə çatdırmaq xüsusi elmi əhəmiyyət daşımaqla yanaşı, həm də böyük vətənpərvərlik işidir. Bu mənada çoxcildliyin hazırlanması və nəşri Azərbaycan tarixində mühüm mövqe tutan, qədim şəhər mədəniyyətinə malik olan Naxçıvanın tarixini işıqlandıran dəyərli elmi mənbədir.

Sonra Ali Məclisin sədri və tədbir iştirakçıları Naxçıvan tarixinə həsr olunan yeni nəşrlərdən ibarət sərgiyə baxmışlar.

Məlumat verilmişdir ki, sərgidə “Naxçıvan tarixiçoxcildliyi ilə yanaşı, akademik Nailə Vəlixanlının “Naxçıvanın VII-XII əsrlər dövrü tarixdə və tarixşünaslıqda” əsəri və “Türklər” kitabından Naxçıvana dair seçmələr" qoyulmuşdur. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə çap olunan “Naxçıvan tarixiçoxcildliyi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində və Naxçıvan Dövlət Universitetində çalışan 25 tədqiqatçı tərəfindən hazırlanmışdır. Çoxcildliyin 452 səhifəlik birinci cildi Naxçıvanın ən qədim zamanlardan başlayaraq, on səkkizinci əsrin qırxıncı illərinə, 528 səhifəlik ikinci cildi XVIII əsrin ortalarından başlayaraq XX əsrin 30-cu illərinin sonunadək olan dövrü, 560 səhifəlik üçüncü cildi isə ikinci dünya müharibəsinin başlanmasından günümüzə qədərki dövrü əhatə edir. Kitablar hazırlanarkən tariximizə dair qəbul edilmiş xronoloji ardıcıllıq gözlənilmiş, müvafiq xəritələrin, cədvəllərin, kitabələrin surətlərinin, dövlət rəmzlərinin, görkəmli siyasi və dövlət xadimlərinin, eləcə də tarixi abidələrin, maddi-mədəniyyət nümunələrinin fotoşəkillərinin verilməsi əsərin tarixielmi əhəmiyyətini daha da artırmışdır.

“Naxçıvanın VII-XII əsrlər dövrü tarixdə və tarixşünaslıqda” kitabında Naxçıvanın ərəb xilafəti, feodal dövlətləri və Atabəylər dövləti dövrlərindəki ictimai-siyasi həyatı işıqlandırılmışdır. Kitabda müxtəlif mənbələrdən götürülmüş məlumatların müqayisəli izahı Naxçıvanın qədim və orta əsrlər tarixinin obyektiv tədqiqinə yeni üfüqlər açır. Naxçıvan Muxtar Respublikasından olan tədqiqatçıların elmi məqalələrinin də yer aldığı “Türklər” kitabından Naxçıvana dair seçmələr"də isə Naxçıvanın qədim tarixi, özünməxsus memarlıq ənənələri, muxtar respublika ərazisində aşkar olunan qoç heykəllər, birinci Sultan Süleymanın Naxçıvan səfəri və Naxçıvan xanlığı barədə maraqlı məlumatlar verilmişdir.

Ali Məclisin sədri hər iki kitabın “Naxçıvan tarixiçoxcildliyinin əlavəsi kimi mühüm elmi əhəmiyyətə malik olduğunu bildirərək demişdir: Azərbaycan xalqının zəngin tarixi vardır. Bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması qarşıda duran əsas vəzifədir. “Naxçıvan tarixiçoxcildliyinin hazırlanması Azərbaycan tarixinin öyrənilməsi sahəsində görülən işlərin tərkib hissəsi olmaqla yanaşı, həm də gələcək tədqiqatçılar üçün yeni elmi istiqamətlər müəyyənləşdirir. Çoxcildliyin hər fəsli ayrıca bir elmi tədqiqatın mövzusudur. Ona görə də Naxçıvan tarixinin öyrənilməsi sahəsində görülən işlər, aparılan arxeoloji qazıntılar bundan sonra da davam etdirilməli, yeni tədqiqat qrupları yaradılmalıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ali təhsil müəssisələri ilə əlaqələri gücləndirməli, hamiliyə verilən ixtisaslar üzrə mütəxəssislərin, gənc tədqiqatçı və alimlərin hazırlanmasına diqqəti artırmalı, tələbələr arxeoloji qazıntılara cəlb edilməli və tarixi abidələrə ekskursiyalar təşkil olunmalıdır.

 

Xalq qəzeti.- 2016.- 27 yanvar.- S. 7.