Zeynəb MƏMMƏDYAROVA:

Tariximizə yeni parlaq səhifələr yazılır

 

Məmmədyarovlar ailəsi Azərbaycan şahmatına 3 qrossmeyster bəxş edib - Zeynəb, Şəhriyar və Türkan. Onların hər biri bu zəka idmanı növündə kifayət qədər uğur əldə edibdünyada tanınıb. Hazırda Şəhriyar şahmat üzrə kişilərdən, Zeynəb və Türkan isə qadınlardan ibarət Azərbaycan milli komandanın üzvləridirlər. Onlar yığmamızın heyətində bütün nüfuzlu yarışlara qatılırlar.

Ünlü şahmatçıların atası Həmid Məmmədyarov da vaxtilə idmanla məşğul olub. Amma güc idman növləri ilə. Bəs övladlarını nə üçün məhz şahmata yönəldib? Dediyinə görə, müstəqilliyimizin ilk illərində   klublar, idman zalları baxımsızlıqdan bərbad vəziyyətə düşdüyü üçün düşünüb ki, uşaqların evdə şahmatla məşğul olması daha məqsədəuyğundur. Məşqçi də ata özü olub. Onda Zeynəbin 10, Şəhriyarın 8, Türkanın isə 4 yaşı vardı. Həftədə altı gün şahmatla məşğul olur, eyni zamanda, hər gün dəniz kənarında iki saat atletika təmrinlərinə vaxt ayırırdılar.  Zəhmətləri hədər getməyib və parlaq qələbələr qazanıblar.

Yeri gəlmişkən, sovet dövründən Sumqayıtda fəaliyyət göstərən  şahmat məktəbi 30 ilə bir beynəlxalq usta belə yetişdirə bilməmişdi. Amma təkcə Məmmədyarovlar ailəsi bütöv bir şahmat məktəbinin işini gördü. Bu ailə dünyada 3 beynəlxalq qrossmeysterin yetişdiyi nadir ailələrdəndir.   

Bu gün Azərbaycan dünyanın tanınan şahmat ölkələrindəndir. Kişilərdən ibarət komandamız qitənin ən güclüləri sırasında yer alıb. Ümumdünya Şahmat Olimpiadasında isə qadın şahmatçılarımız 130 komanda içərisində 4-6-cı yerləri bölüşdürüblər. Hazırda Bakıda keçiriləcək növbəti olimpiadaya hazırlıq gedir.

Ailənin böyük övladı Zeynəb dəfələrlə Azərbaycan çempionatının qızıl medalını qazanıb. Gənclər arasında dünyaAvropa çempionudur. Ümumdünya Şahmat Olimpiadasında fərdi göstəricilərinə əsasən 2 dəfə gümüş, 1 dəfə bürünc medala layiq görülüb. Müxtəlif beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır. 10 ildən artıqdır ki, qadınlardan ibarət Azərbaycan yığmasının 1 nömrəli şahmatçısıdır. Zeynəb xanım 2009-cu ildə Sumqayıt Bələdiyyəsinin üzvü seçilib. Artıq 3-cü ildir ki, şəhər  bələdiyyəsi sədrinin müavinidir. 

O deyir ki, ölkəmiz idman sahəsində böyük uğurlar qazanır və bir sıra mötəbər yarışların təşkilatçılığında yaxından iştirak edir. Ötən il keçirilən ilk Avropa Oyunları buna parlaq misaldır. 7 aydan sonra paytaxt Bakı daha bir mötəbər yarışa - Şahmat Olimpiadasına ev sahibliyi edəcək. İlk sualımız da elə bu barədə oldu:

– Zeynəb xanım,  qadınlardan ibarət yığmamız Ümumdünya Şahmat Olimpiadasına necə hazırlaşır?

– 2015-ci ildə Bakı şahmat üzrə Dünya Kubokuna ev sahibliyi etdi. Ali şahmat qurumu - FİDE rəhbərliyi bu yarışın tarixində ən yaxşı təşkilatçılıqla yadda qaldığını etiraf etdi. Odur ki, Şahmat Olimpiadasının da yüksək təşkilinə görə fərqlənəcəyinə əminəm. Hazırlığa gəlincə, martda keçiriləcək ölkə çempionatından sonra yığmamızın heyəti təsdiqlənəcək. İnanıram ki, lazımınca hazırlaşıb  ölkəmizi layiqincə təmsil edəcəyik.  

Həmsöhbətimizə xatırlatdıq ki, 2002-2003-cü illərdə Bakıda və Naxçıvanda keçirilən şahmat üzrə gənclərin Avropadünya çempionatlarında mümkün olan 6 medalın 4-nü Məmmədyarovlar ailəsi qazanmışdı. Doğma divarların təsiri olmuşdumu?  -Əlbəttə, -deyə cavab verdi. - O mənada ki, doğma divarlar arasında yarışmaq ikiqat məsuliyyətlidir və bu, böyük uğurlara yol açır. Yada saldığınız yarışlarda mən və qardaşım Şəhriyar Məmmədyarov 2 qızıl və 2 bürünc medal qazanmışıq. Bacım Türkan o vaxt balacaydı. Əgər 2 yaş böyük olsaydı, o da mütləq mükafatçılar sırasında yer alardı. Bakıda keçirilən Avropa çempionatında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edərək bacım Türkanın əlini sıxıb, ona uğurlar arzulamışdır. Türkan cəmi 13 yaşının olmasına baxmayaraq 7-ci yeri tutmaqla böyük potensialının olduğunu göstərdi. Azərbaycan hər zaman güclü şahmat ənənələri iləseçilib, məhz buna görə də hər bir yarışda ən yüksək yerlər uğrunda yarışmaq bizim borcumuzdur.

Şahmat Olimpiadasında 175 ölkə və 200-dən çox komandanın iştirak edəcəyi gözlənilir. Olimpiada günlərində bütün dünyanın diqqəti Bakıya yönələcək. Mötəbər yarışın ölkəmizdə keçirilməsi çox böyük uğurdur. Bu bir daha sübut edir ki, Azərbaycanda idmana yüksək qayğı göstərilir. Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev daim idmançıların hazırlığı və çıxışları ilə maraqlanır.

Son zamanlar bəzi şahmat turnirlərində iştirak etməməyiniz nə ilə bağlıdır?

– Sumqayıt Bələdiyyəsində sədr müavini vəzifəsində çalışmağımla. Sumqayıt mənim üçün doğma şəhərdir, çox şadam ki, onun inkişafında çalışmaq mənə qismət olub. 2015-ci ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Zakir Fərəcov şəhərimizə  icra hakimiyyətinin başçısı təyin edilib. Qısa müddətdə burada aparılan abadlıq-quruculuq işləri şəhərin daha da gözəlləşməsinə səbəb olub. Sumqayıt Azərbaycanın üçüncü böyük şəhəridir. 500 minə yaxın əhalisi var. Zakir müəllim Sumqayıta gəldiyi gündən ilk olaraq uşaq  bağçaları və məktəblərin dam örtüyünün dəyişdirilməsinə, istilik sisteminin yenilənməsinə qərar verib. Bütün bağça və məktəblərdə lazımi şərait yaradılıb. Mən də imkanım daxilində vəzifə borcum olaraq şəhərimizdə geniş vüsət alan abadlıq yürüşündə iştirak edirəm.

Sonra Zeynəb xanım bir sumqayıtlı kimi bu şəhərdəki digər yeniliklərdən fərəhlə bəhs etdi. O bildirdi ki, Sumqayıtda çox sanballı bir tikiliyə – Heydər Əliyev Mərkəzinin inşasına başlanıb. Bu mərkəz ulu öndərimizin uca adına layiq bir memarlıq abidəsi olacaq. Bu gün Sumqayıt  sakinləri üçün heç zaman lazımi şəraitin yaradılmadığı Dənizkənarı Park Bulvar da inşa olunur.

Bəzi saytlarda Sumqayıtda ağacların kəsilməsi haqda məlumatların yer almasına gəlincə isə Zeynəb xanım dedi ki,  bu gün Sumqayıtda  görülən işlərin kimlərinsə xoşuna gəlməməsi təəssüf doğurur. Odur ki, hərzə-hədyan yazırlar. Əslində isə şəhərdə qurumuşümumi görünüşə xələl gətirən bir  qisim ağac çıxardılıb və əvəzində estetik gözəlliyə malik olan 50 min ağac əkilib. Cənab Prezidentin Sumqayıta ayırdığı vəsait hesabına 140 liftin yenilənməsi davam edir. Eyni zamanda, yaşayış binalarının dam örtükləri sürətlə yenilənir və fasadlara aqlay üzlüklər vurulur. Sumqayıtın ən gözəl məkanlarından olan Heydər Parkında əzəmətli şahmat məktəbi inşa edilir. Möhtəşəm musiqi məktəbi də tikilir. Sumqayıtın yeni parlaq tarixi yazılır.

Zeynəb xanımın təmsil olunduğu bələdiyyə də şəhərin tərəqqisi naminə öhdəsinə düşən işləri layiqincə görməyə çalışır.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2016.- 4 fevral.- S.6.