“Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının)
Təsnifatı”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
№ 120
Bakı şəhəri,
4 aprel 2017-ci il
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən,
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin təklifini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 12 yanvar tarixli
8 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, № 1, maddə 29, № 4, maddə
287; 2011, № 3, maddə 230, № 11, maddə 1069; 2012, № 4, maddə
387,
№ 8, maddə 823, № 12, maddə
1378; 2013,
№ 3, maddə 330; 2015, № 6, maddə
786; 2016, № 3, maddə 619; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 22 fevral tarixli 60 nömrəli qərarı)
ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının)
Təsnifatı”nın “6. Texniki
və texnoloji ixtisaslar qrupu” bölməsinə aşağıdakı
məzmunda 128-7-ci, 128-8-ci və
128-9-cu hissələr əlavə
edilsin:
128-7.
050657
Sənaye
mühəndisliyi
128-8.
050658
Logistika
və nəqliyyat texnologiyaları mühəndisliyi
128-9.
050659
Şəhərsalma
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
7 aprel.- S.2.