“Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyində olan və fəaliyyəti məqsədəuyğun
hesab edilmə-yən təsərrüfathesablı
dövlət müəssisə və təşkilatlarının
ləğvi, özəlləşdirilməsi və yenidən
təşkili ilə bağlı tədbirlər haqqında”
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli
111 nömrəli qərarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 119
Bakı şəhəri, 4 aprel
2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 4, maddə 478; 2016, ¹ 9, maddə 1568) aşağıdakı məzmunda 32-1-ci hissə əlavə edilsin:
“32-1. Qax Rayon Damazlıq İpəkçilik Stansiyası Dövlət Toxum Fondunun tabeliyinə verilsin.”.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Dövlət Toxum Fondunun tabeliyindəki Qax Rayon Damazlıq İpəkçilik Stansiyasının fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 7
aprel.- S.2.