Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı
ilə təsdiq edilmiş “Ümumtəhsil
məktəbinin Nümunəvi
Nizamnaməsi”ndə dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 125
Bakı şəhəri,
10 aprel 2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, 2016-cı il 26
sentyabr tarixli referendum
nəticəsində qəbul
edilmiş “Azərbaycan
Respublikasının Konstitusiyasında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının Referendum Aktının qüvvəyə
minməsi ilə əlaqədar Azərbaycan
Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, ¹ 1, maddə 58; 2012, ¹ 1, maddə 34, ¹ 10, maddə
1007; 2014, ¹ 10, maddə 1329; 2015, ¹ 12, maddə 1562; 2016, ¹ 7, maddə
1351, ¹ 10, maddə 1717) ilə
təsdiq edilmiş “Ümumtəhsil məktəbinin
Nümunəvi Nizamnaməsi”nin
3.1-ci bəndində “milliyyətindən”
sözü “etnik mənsubiyyətindən” sözləri
ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
11 aprel.- S.6.