“Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli qərarı
ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil
müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 126
Bakı şəhəri,
10 aprel 2017-ci il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, 2016-cı il 26 sentyabr
tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan
Respublikasının Konstitusiyasında dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının
Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar
Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012, ¹ 10, maddə 1000) ilə təsdiq
edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin
Nümunəvi Nizamnaməsi”nin 1.2-ci bəndində “milliyyətindən”
sözü “etnik mənsubiyyətindən” sözləri ilə
əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 11 aprel.- S.6.