Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
30 may tarixli 171 nömrəli
qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti
institutları tərəfindən
seçilməsinə dair Əsasnamə”də
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 128
Bakı şəhəri, 10 aprel
2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, 2016-cı il 26
sentyabr tarixli referendum
nəticəsində qəbul
edilmiş “Azərbaycan
Respublikasının Konstitusiyasında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının Referendum Aktının qüvvəyə
minməsi ilə əlaqədar Azərbaycan
Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
30 may tarixli 171 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 5, maddə
595, ¹ 12, maddə 1654) ilə
təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti
institutları tərəfindən
seçilməsinə dair
Əsasnamə”nin 1.2-ci bəndində
“milliyyətindən” sözü
“etnik mənsubiyyətindən”
sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.- 11
aprel.- S.6.