Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 16 yanvar tarixli 10 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsi”ndə
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 129
Bakı şəhəri,
10 aprel 2017-ci il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, 2016-cı il 26 sentyabr
tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan
Respublikasının Konstitusiyasında dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının
Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar
Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 16 yanvar tarixli 10
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015, ¹ 1, maddə 62) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsi”nin 3.1-ci bəndində
“milliyyətindən” sözü “etnik mənsubiyyətindən”
sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 11 aprel.- S.6.