Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2015-ci  il          22 may tarixli 194 nömrəli qərarı ilə təsdiq edilmişUşaq evləri  sosial  xidmət  müəssisələrinin  Nümunəvi Nizamnaməsi”ndə  dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 130

 

Bakı şəhəri, 10 aprel 2017-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmişAzərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il

22 may tarixli 194 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 6, maddə 771) ilə təsdiq edilmişUşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamna-məsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci bənddəmilliyyətindənsözüetnik mənsubiyyətindənsözləri ilə əvəz edilsin.

2. 6.2-ci bəndin birinci cümləsindəmilliyyətinəsözüetnik mənsubiyyətinəsözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

 Xalq qəzeti.- 2017.- 11 aprel.- S.6.