“Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 avqust tarixli 274 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 131

Bakı şəhəri, 10 aprel 2017-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddə-sinin səkkizinci abzasını rəhbər tutaraq, 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə min-məsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti-nin 2015-ci il 4 avqust tarixli 274 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 8, maddə 960) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin 4.1-ci bəndində “milliyyətindən” sözüetnik mənsubiyyətindən” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin 4.1-ci bəndində “milliyyətindən” sözüetnik mənsubiyyətindən” sözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 11 aprel.- S.6.