Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2014-cü  il  22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmişGömrük sərhədindən  keçirilən  malların   nəqliyyat  vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər  edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 134           

 Bakı şəhəri, 10 aprel 2017-ci il

 

Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 7, maddə 951, ¹12, maddə 1653; 2015, ¹ 5, maddə 615; 2016, ¹ 10, maddə 1727) ilə təsdiq edilmişGömrük sərhədindən keçirilən malların nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.6.2-ci 2.6.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“2.6.2. gömrük borcu gömrük bəyannaməsi təsdiq edilənədək ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilmirsə, gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənəd;

2.6.4. bitki mühafizə vasitələrinin aqrokimyəvi maddələrin idxalı ya prekursorların idxalı, tranziti ixracı zamanı lisenziya;”;

1.2. 2.6.5-ci yarımbənd ləğv edilsin;

1.3 2.6.8-ci yarımbənddən “, ixrac edildikdə isə fitosanitar sertifikatısözləri çıxarılsın;

1.4. 2.6.9-cu yarımbənd ləğv edilsin;

1.5. 2.6.13-ñü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.6.13. mallar gömrük ərazisinə idxal edildikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmişMalların preferensial qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları”nın 10.1-ci bəndində göstərilən hallarda mənşə ölkəsini təsdiq edən sertifikat.”.

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

 

Yaqub Eyyubov,

Azərbaycan Respublikası

Baş nazirinin birinci müavini

 

Xalq qəzeti.- 2017.- 12 aprel.- S.6.