“Orta ixtisas
təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi
və bəzi qərarlarının qüvvədən düşmüş
hesab edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu
il
19 yanvar
tarixli
11 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 135
Bakı şəhəri,
10 aprel 2017-ci il
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına
əsasən və Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 19 yanvar tarixli 11 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, ¹ 1, maddə 57) ilə
təsdiq edilmiş “Orta ixtisas təhsili
üzrə ixtisasların
Təsnifatı”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. “1. Təhsil ixtisasları qrupu” bölməsinə “040111 Rəqs
müəllimliyi” sətri
əlavə edilsin.
2. “4. İqtisadiyyat və idarəetmə
ixtisasları qrupu” bölməsinə “040413 Turizmin
iqtisadiyyatı” sətri
əlavə edilsin.
3. “7. Səhiyyə, rifah və xidmət ixtisasları
qrupu” bölməsinə “040724 Rekreasiya, idman və
sağlamlıq turizmi” sətri əlavə edilsin.
Artur Rasi-zadə,
Azərbaycan
Respublikasının
Xalq qəzeti.- 2017.- 12 aprel.- S.6.