Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli
80 nömrəli qərarı ilə
təsdiq edilmiş “İcra məmurlarının fəaliyyətinə
nəzarət Qaydası”nda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 138
Bakı şəhəri, 10 aprel
2017-ci il
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 458-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1173 nömrəli Fərmanının 1.2-ci və 1.5-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il
1 may tarixli 80 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 5, maddə
361; 2002, ¹ 5, maddə 317, ¹ 10, maddə 635; 2006, ¹ 3, maddə
303, ¹ 10, maddə 902; 2010, ¹ 11, maddə 1040; 2016, ¹ 3, maddə
603) ilə təsdiq edilmiş “İcra məmurlarının fəaliyyətinə nəzarət
Qaydası”nın “II. İcra
ilə əlaqədar
icra məmurlarının
fəaliyyətinin yoxlanılması”
bölməsində aşağıdakı
dəyişikliklər edilsin:
1.
3-cü hissəsinin birinci
cümləsində “məhkəmə
icraçılarının” sözləri “icra qurumunun” sözləri ilə və “500” rəqəmi “5000” rəqəmi
ilə əvəz edilsin.
2. 5-ci hissəsində
“məhkəmə icraçıları”
sözləri “icra” sözü ilə və “məhkəmə icraçısına” sözləri
“icra məmuruna” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.-
12 aprel.- S.7.