Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli
140 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında
Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nda dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 139
Bakı şəhəri,
10 aprel 2017-ci il
“Azərbaycan Respublikasının
Dövlət Gömrük
Komitəsi əməkdaşlarının
sosial müdafiəsinin
gücləndirilməsi, gömrük
işi sahəsində
prosedurların sadələşdirilməsi
və şəffaflığın
artırılması ilə
əlaqədar bəzi
tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 25
fevral tarixli 388 nömrəli Fərmanında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 24 yanvar tarixli 1207 nömrəli Fərmanının 2.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA
ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 6, maddə 549; 2000, ¹ 6, maddə 473; 2005, ¹ 8, maddə 782; 2011, ¹ 4, maddə 369; 2013, ¹ 12, maddə 1637; 2016, ¹ 5, maddə 954; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 mart tarixli 100 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nın 3.1-ci bəndinin on üçüncü abzasında “50” rəqəmi “60” rəqəmi ilə əvəz edilsin.
2. Bu qərar 2017-ci il fevralın 1-dən qüvvəyə minir.
Artur RASİ-ZADƏ
Azərbaycan
Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 12
aprel.- S.7.